Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-458/2023 26.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi4 iştirakları ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Tapdıqova (Mustafayeva) Günay Şafahət qızı və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən eilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Tapdıqova (Mustafayeva) Günay Şafahət qızı və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək, Füzuli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 100/7 saylı qərarına əsasən ailə üzvləri daxil olmaqla bizə verilmiş JN 0075, KOD 60605028 seriyalı dövlət aktının onlara, yəni Ərizəçi1, Ərizəçi2, Tapdıqova (Mustafayeva) Günay Şafahət qızı və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Füzuli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 100/7 saylı qərarına əsasən mülkiyyəti huququ əsasında ailə üzvləri daxil olmaqla JN 0075, KOD 60605028 seriyalı dövlət aktı ilə 1.51 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Lakin həmin dövlət aktında mülkiyyətçi olaraq onların adı, soyadı və ata adlarında səhvlər buraxılaraq yazılmışdır. Belə ki, rəsmi sənədlərdə ad, soyad və ata adı Ərizəçi1 olduğu halda həmin dövlət aktında səhvən X1, Ərizəçi2 olduğu halda həmin dövlət aktında səhvən X4,Tapdıqova (Mustafayeva) Günay Şafahət qızı olduğu halda həmin dövlət aktında səhvən X2, Ərizəçi4 olduğu halda həmin dövlət aktında səhvən X3 yazılmışdır. Rəsmi sənədlərdə, yəni doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və digər sənədlərdə ad, soyad və ata adları düzgün olaraq qeyd etdiyi kimidir. Dövlət aktında qeyd olunan səhvlərin buraxılması qeydiyyat aparan şəxslərin səhlənkarlığı ilə bağlıdır. Hazırda həmiı dövlət aktında səhvlərin olması sənədləşmə ilə əlaqədar olaraq müəyyən problemlər yaradır. Lakin bu məsələnin həlli DTXK-nin Füzuli rayon şöbəsində mümkün deyildir, çünki həmin idarə ləğv olunmuşdur. Ona görə də, məsələnin məhkəmə qaydasında həll olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında: Ərizəçilər S.Mustafayev və Ərizəçi4 ərizədə göstərilənlərlə oxşar məzmunlu izahat verdilər və ərizənin təmin olunmasını xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçilərin izahatını və iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AA******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1983-cü il tarixdə doğulmuşdur. Seriya AZE № 0******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1986-cı il tarixdə Füzuli rayonu, Qazaxlar kəndində doğulmuşdur. AZ-İ № 457380 nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X6 xx.xx.2009-cu il tarixində nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Tapdıqov, arvada Tapdıqova soyadı verilmişdir. AA******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1981-ci il tarixdə doğulmuşdur. AA******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1954-cü il tarixdə doğulmuşdur. Torpağa mülkiyyət hüququna dair JN 0075, KOD 60605028 seriyalı dövlət aktının surətindən görünür ki, Füzuli rayonu, Qazaxlar kənd sakinləri X7, X10, X8, Ərizəçi4 Şafahat qızına və digər ailə üzvlərinə 1.51 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, həmin dövlət aktında düzəliş edilməsi Ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır və məhkəməyə müraciət olunması izah edilmişdir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 6.1-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. 6.3-cü bəndinə qeyd olunur ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Füzuli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 100/7 saylı qərarına əsasən 60605028 seriyalı dövlət aktının surətindən görünür ki, Füzuli rayonu, Qazaxlar kənd sakinləri Ərizəçi1, Ərizəçi2, Tapdıqova (Mustafayeva) Günay Şafahət qızı və Ərizəçi4 və digər ailə üzvlərinə 1.51 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. Lakin torpağa mülkiyyət hüququna dair JN 0075, KOD 60605028 seriyalı dövlət aktında ərizəçilərin adları və ata adlarında texniki səhvlər yazılmışdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla həmçinin müəyyən edildi ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması ərizəçilərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və bunun məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Azərbaycan Respublikası Müki-Prosessual Məcəlləsinin: 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305-309 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. Füzuli rayonu, Qazaxlar kənd sakinləri X7, X10, X8, Ərizəçi4 Şafahat qızına və digər ailə üzvlərinin adlarına verilmiş torpağa mülkiyyət huququna dair JN 0075, KOD 60605028 seriyalı dövlət aktının əslində Ərizəçi1, Ərizəçi2, Tapdıqova (Mustafayeva) Günay Şafahət qızı və Ərizəçi4 və digər ailə üzvlərinə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-458/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-458/2023
26.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver