Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-467/2023 10.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən eilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, Füzuli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 100/8 saylı qərarı ilə X3 və ailə üzvlərinə 1.84 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsinin verilməsinə dair JN-0273, KOD 60623028 seriyalı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı sənədinin hüquq sahibləri X5, Ərizəçi1, Ərizəçi2 və digər ailə üzvlərinə оlması faktınının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 ərizəsini onunla əsaslandırmışdır ki, Füzuli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 100/8 saylı qərarına əsasən mülkiyyəti huququ əsasında ailə üzvləri daxil olmaqla onlar JN-0273, KOD 60623028 seriyalı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə 1.84 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. Lakin JN-0273, KOD 60623028 seriyalı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında müəyyən səhvlər buraxılaraq yazılmışdır. Belə ki, X5 olduğu halda səhvən X1, Ərizəçi1 olduğu halda səhvən Ərizəçi1 Əvəz oğlu kimi və Babayeva (Hüseynova) Lalə Qara qızı olduğu halda səhvən X2 yazılmışdır. X5 xx.xx.2019cu ildə Füzuli rayonu, Şükürbəyli kəndində vəfat etmişdir. Rəsmi sənədlərdə, yəni doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və digər sənədlərdə ad, soyad və ata adları düzgün olaraq qeyd etdiyi kimidir. JN-0273, KOD 60623028 seriyalı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qeyd olunan səhvlərin buraxılması qeydiyyat aparan şəxslərin səhlənkarlığı ilə bağlıdır. Hazırda həmin sənəddə səhvlərin olması sənədləşmə ilə əlaqədar olaraq müəyyən problemlər yaradır. Ona görə də, məsələnin məhkəmə qaydasında həll olunası zərurəti yaranmışdır. Məhkəmə iclasında: Ərizəçi1 ərizədə göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AA ******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1994-cü il tarixdə doğulmuşdur. Seriya AZE № ******** şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1962-ci il tarixdə Füzuli rayonunda doğulmuşdur. AZ-İİ № 041448 ölüm haqqında şəhadətnamənin urətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə Füzuli rayonunda vəfat etmişdir. Torpağa mülkiyyət hüququna dair JN-0273, KOD 60623028 seriyalı dövlət aktının surətindən görünür ki, Füzuli rayonu, Şükürbəyli kənd sakinlari X5 və onun ailə üzvlərinə Füzuli rayon Aqrar İslahat Komissiyasının 2003-cü il 30 sentyabr tarixli 100/8 nömrəli qərarı ilə 1.84 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN-0273, KOD 60623028 seriyalı dövlət aktındakı səhvin düzədilməsi ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. Düzəlişin edilməsindən imtina edilmiş və ərizçiyə məhkəməyə müraciət olunması izah edilmişdir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 6.1-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. 6.3-cü bəndinə qeyd olunur ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Füzuli rayonu, Şükürbəyli kəndi ərazisində X4 və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.84 hektar torpaq sahəsi ayrılmış və həmin torpağa mülkiyyət hüququna dair JN-0273, KOD 60623028 saylı dövlət aktı verilmişdir. Lakin dövlət aktında ərizəçi və onun ailə üzvləri X5 olduğu halda səhvən X1, Ərizəçi1 olduğu halda səhvən Ərizəçi1 Əvəz oğlu kimi və Babayeva (Hüseynova) Lalə Qara qızı olduğu halda səhvən X2 yazılmışdır. Ərizəçi bu səhvin düzəliş olunması üçün əvvəlcə DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, lakin imtina cavabı aldıqdan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması ərizəçi üçün hüquqi nəticələr doğurmaqla əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və o, bu faktı təsdiq edən lazımi sənədləri məhkəmədən kənar başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Müki-Prosessual Məcəlləsinin: 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305-309 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. Füzuli rayonu, Şükürbəyli kənd sakinləri X6, Ərizəçi1 Əvəz oğlu, X7 və onun ailə üzvlərinin adlarına verilmiş JN-273, KOD 60623028 torpağa mülkiyyət hüququna dair dövlət aktının əslində X5, Ərizəçi1, Ərizəçi2 və digər ailə üzvlərinə məxsus оlması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-467/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-467/2023
10.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver