Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-483/2023 15.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi X2 İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27 iyun 2014-cü il tarixli, 74 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in: - 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İş materiallarına əlavə edilmiş Füzuli Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(064)2197/2022 nömrəli qərardadının surətindən görünür ki, həmin məhkəmənin qanuni qüvvəyə minmiş 15 oktyabr 2021-ci il tarixli, 2(064)675/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı 27 iyun 2014-cü il tarixli, 74 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi barədə iddia ərizəsi təmin edilmədiyinə görə Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı 10 noyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş eyni məzmunlu iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilmişdir. 2(064)2197/2022 nömrəli mülki işin materiallarından görünür ki, İddiaçı Füzuli Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(064)2197/2022 nömrəli qərardadının surətini 28 noyabr 2022-ci il tarixdə SS807762105 AZ xəbərnaməyə şəxsən imza etməklə rəsmi qaydada almış, həmin məhkəmə aktından şikayət verməmişdir. Buna görə də həmin məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə və işin yuxarıda göstərilən prosessual hallarına əsaslanaraq, eləcə də 15 noyabr 2022-ci il tarixli, 2(064)2197/2022 nömrəli qərardadında göstərilmiş eyni hüquqi mövqedən çıxış edərək belə nəticəyə gəlir ki, hazırki iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli və ərizə əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Repsublikası MPM-in 153, 263-269cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı 27 iyun 2014-cü il tarixli, 74 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi barədə verdiyi iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunsun və ərizə əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(064)-483/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-483/2023
15.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver