Məhkəmə qərarları › İş №2(064)-50/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-50/2024

06.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-50/2024 06.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, İddiaçı Şəfaqət oğlunun və nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh2 nümayəndəsi X7 və vəkili Vəkil iştirakları ilə, İddiaçı Şəfaqət oğlunun cavabdehlər Cavabdeh2, Beyləqan rayon 1 saylı notariat kontoru və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı vərəsəliyə dair şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Şəfaqət oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1ndan miras qalmış Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən yaşayış evi ilə bağlı Cavabdeh2 Abdulla oğlunun adına verilmiş Beyləqan rayon 1 saylı notariat kontoru tərəfindən tərtib edilmiş 26 aprel 2016-cı il tarixli, 2V-103 reyestr nömrəli qanun üzrə vərəsəliyə dair şəhadətnamənin və onun əsasında verilmiş xx.xx.2016-cı il tarixli, **********08-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bala Bəhmənli kəndində anadan olmuşdur. Atası və anası arasında rəsmi nikah olmadığından soyadı anasının soyadı, adı isə səhvən Şafahat kimi yazılmışdır. Əslində onun adı soyadı X5 olmalıdır. Bununla bağlı Füzuli Rayon Məhkəməsinə müracitə etmişdir. Ərizəsi təmin olunmaqla atasının X4 olması təsdiq edilmişdir. Onun qətnaməsi qanun qüvvəsini aldıqdan sonra Füzuli Qeydiyyat şöbəsinə müraciət etməklə yeni doğum haqqında şəhadətnamə almışdır. Heab edir ki, Cavabdeh2 adınq verilmiş Beyləqan 1 saylı notariat kontoru tərifindən tərtib edilmiş 26 aprel 2016-cı il tarixli, 2Y- 103 reyestr nömrəli qanun üzrə vərəsəliyə dair şəhadətnamə və onun əsasında verilmiş **********8-10301 nömrəli çıxarış vərəsə kimi onun hüquqlarını pozur. Belə ki, o, X1ndan miras qalmış Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən evində ailəsi ilə birlikdə yaşamaqla mirası faktiki qəbul etmişdir. Lakin sənədlərdə onun ata adının səhv getməsi mirası qəbul etməyə mane olmuşdur. Cavabdeh də bundan istifadə edərək əmlak Füzuli rayonunda yerləşməsinə baxmayaraq Beyləqan 1 saylı notariat kontorunda vərəlik işi açdırıb evi adına keçirmişdir. Hesab edir ki, hal-hazırda onun miras qoyanın övladı olması tam sübuta yetirilir. Ona görə də, şəhadətnamə və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı Şəfaqət oğlu iddia ərizəsində qeyd olunanlarla oxşar məzmunlu izahat verdi və iddiasının təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi vəkili Nümayəndə iddia tələbini müdafiə etdi və Beyləqan rayonu 1 saylı dövlət notariat kontoru tərəfindən Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən ümumi sahəsi 127,7 kv. metr olan yaşayış sahəsinə və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən ona çatan paya dair Cavabdeh2 adına verilmiş xx.xx.2016-cı il tarixli, 2V-103 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2016-cı il tarixli, **********08-10301 reyestr nömrəli qeydin ləğv edilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi X11 iddia tələbinin təmin edilməsinə və tərəflərin vərəsəlik paylarının müəyyən olunmasına etiraz etmədiyini bildirdi. Cavabdeh2 vəkili Vəkil iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX, ******* nömrəli, xx.xx.2014-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən ümumi sahəsi 127,7 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X3 adına qeydə alınmışdır. Həmin evin yerləşdiyi 0,60 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X4, X11, X12 və Cavabdeh2 mülkiyyətindədir. Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İ 761350 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə Füzuli rayonunda ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 240 nömrə ilə qeyd edilmişdir. Füzuli rayon İHB-nin Bala Bəhmənli kənd İƏÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2715 saylı arayışdan görünür ki, X3 ölümündən sonra mirası faktiki qəbul etmiş ailə üzvləri Cavabdeh2, İddiaçı Şəfaqət oğlu və digərləridir. Füzuli rayonu, Bala Bəhmənli kənd sakini İddiaçı notariat kontoruna ünvanlanmış xx.xx.2016cı il tarixli ərizəsində qeyd etmişdir ki, o, yəni İddiaçı X1ndan miras qalmış əmlakla bağlı qısa müddət ərzində məhkəməyə müraciət edib atalıq faktının müəyyən edilməsinə dair sənəd tədim edəcəkdir. Odur ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin müvəqqəti dayandırılmasını xahiş etmişdir. Beyləqan rayon 1 saylı dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 2V- 103 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X3 vərəsəsi Cavabdeh2dur. Şəhadətnamə verilən miras əmlak Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən sahəsi 127,7 kv.m olan fərdi yaşayış evi və ümumi birgə mülkiyyətində olan torpaq sahəsindən ona çatan paydan ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX, ******* nömrəli, xx.xx.2016-cı il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən ümumi sahəsi 127,7 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınmışdır. Həmin evin yerləşdiyi 0,60 ha torpaq sahəsinin 0,15 ha hissəsi X11, 0,15 ha hissəsi X12 və 0,30 ha hissəsi Cavabdeh2 mülkiyyətindədir. Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İV 917383 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Şəfaqət oğlu xx.xx.1964-cü il tarixdə Füzuli rayonunda doğulmuşdur. X1, anası X6r. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyənləşir ki, Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən ümumi sahəsi 127,7 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2014-cü il tarixdə X3 adına qeydə alınmışdır. Ş.Abdullayevin xx.xx.2015-ci il tarixdə vəfat etməsi ilə miras açılmışdır. Mərhum Ş.Abdullayevin vərəsələri hazırkı iş üzrə Cavabdeh2 və digərləri, eləcə də hazırkı iş üzrə İddiaçı Şəfaqət oğlu olmuşlar. Lakin həmin dövrdə İddiaçı Şəfaqət oğlunun (yəni İddiaçı) atalığı müəyyən edilmədiyindən və digər vərəsələr vərəsəlik payından xeyrinə imtina etdiklərindən xx.xx.2016-cı il tarixli, 2V-103 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum Ş.Abdullayevin vərəsəsi Cavabdeh2 hesab edilmişdir. Həmçinin həmin şəhadətnamə əsasında Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən ümumi sahəsi 127,7 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınmışdır. Göründüyü kimi, İddiaçı həmin vaxt notariat kontoruna yazılı şəkildə müraciət edərək miras qoyanın vərəsəsi kimi miras əmlakı faktiki qəbul etməsi barədə iradəsini ifadə etmiş, lakin həmin ərəfədə atalığı müəyyən edilmədiyindən bu prosesi de-jure başa çatdıra bilməmişdir. Odur ki, məhkəmə belə hesab edir ki, İddiaçı Şəfaqət oğlu miras qoyan Ş.Abdullayevdəm miras qalmış əmlakı birinci növbəli vərəsə kimi faktiki qəbul etdiyindən və qeyd olunan mülkə dair onun da payı müəyyən edildiyindən Cavabdeh2 Abdulla oğlunun adına Beyləqan rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş 26 aprel 2016-cı il tarixli, 2V-103 reyestr nömrəli qanun üzrə vərəsəliyə dair şəhadətnamə və onun əsasında xx.xx.2016-cı il tarixli, 6060130C708-10301 reyestr nömrəli hüquqların dövlət qeydi ləğv edilməlidir. Məhkəmə həmçinin Cavabdeh2 vəkili Vəkil iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsinə dair ərizəsinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, Vəkil ərizəsində göstərmişdir ki, daşınmaz əşyalarla bağlı iddia müddəti 6 il, əqdlərin etibarsızlığı ilə bağlı iddia müddəti 2 il təşkil edir. Məhkəmə Vəkil mövqeyi ilə razılaşmayaraq bildirir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, daşınmaz əşyalarla bağlı deyil, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir. Hazırkı iddia tələbində isə Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı hansısa müqavilə mübahisələndirilmir. Həmçinin əqdlərin etibarsızlığı ilə bağlı iddia müddəti 2 il deyil, 1 il təşkil edir. Belə ki, Mülki Məcəllənin 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Hazırkı iddiada birtərəfli əqd olan vəsiyyətnamənin deyil, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı deyil, ləğvi tələb edilmişdir. Odur ki, məhkəmə Vəkil mülahizələrini rədd etmək məcburiyyətində qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 iyul 2021-ci il tarixli Qərarında aşağıdakıları qeyd etmişdir:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə тясдиг олунмуш « Azərbaycan Respublikasıнда нотариат щярякятляринин апарылмасы гайдалары щаггында» Тялиматын:

95. Mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir.

96. Vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər.

99. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə qəbz, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vяrяsяnin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.

102. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vərəsəliyin açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ölüm faktı və vərəsəliyin açıldığı vaxt miras qoyanın ölümü haqqında VADQ orqanlarının şəhadətnaməsi ilə təsdiq edilir. Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında mənzil-istismar idarəsindən, rayon icra hakimiyyətindən və ya ölənin iş yerindən verilən arayış, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd. Vərəsələrdə həmin sənədlər olmadıqda, notarius vərəsəliyin açıldığı yerin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surətini tələb edir. Vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: VADQ orqanlarının şəhadətnamələri, yaş kağızı kitablarından çıxarışlar, pasportlarda uşaqlar və ər (arvad) haqqında qeydlər, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin surəti. Ayrı-ayrı hallarda iş və ya yaşayış yeri üzrə idarə və təşkilatların verdikləri arayışlar da qəbul edilə bilər, bu şərtlə ki, onlar digər sənədlərlə birlikdə vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1, 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Beyləqan rayonu 1 saylı dövlət notariat kontoru tərəfindən Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən ümumi sahəsi 127,7 kv. metr olan yaşayış sahəsinə və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən ona çatan paya dair Cavabdeh2 adına verilmiş xx.xx.2016-cı il tarixli, 2V-103 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2016-cı il tarixli, **********08-10301 reyestr nömrəli qeyd ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar