Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-508/2023 28.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı 275,76 manat məbləğində hesablanmış borcun silinməsi tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində məhkəmədən cavabdehin onun adına tərtib etdiyi abonent kartında barəsində su sərfiyyatına görə əsassız olaraq hesabladığı 275,76 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi, ev 26, mənzil 1 ünvanında qeydiyyatda olsa da, 23 oktyabr 1993-cü il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsinin işğal edilməsi ilə əlaqədar məcburi köçkündür, həmin tarixdən dörd nəfər ailə üzvü ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Buna görə də qeydiyyatda olduğu evdə yaşayış həmin tarixdən sonra olmamış və hazırda da yoxdur. Həmin evə su xətti çəkilməmiş və su sayğacı quraşdırılmamışdır. Buna baxmayaraq, cavabdeh onun adına tərtib etdiyi abonent kartında barəsində su sərfiyyatına görə əsassız olaraq 275,76 manat məbləğində borc hesablanmışdır. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsinə, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. - 560.1-ci və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sudan istifadə Qaydalarını təsdiq edilməsi haqqında 14 iyul 2014-cü il tarixli, 262 nömrəli Qərarının 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında müəyyən etmişdir ki,: - cavabdeh su sərfiyyatına görə iddiaçıya 2017-ci il üzrə cəmi 31,95 manat, 2018-ci il üzrə cəmi 49,50 manat, 2019-cu ilin ayrı-ayrı ayları üzrə 1-dən 19-dək müxtəlif sayda göstərilmiş ailə üzvlərinə münasibətdə cəmi 42,6 manat, 2020-ci ilin may ayı üzrə 18 nəfər, avqust ayı üzrə 22 nəfər göstərilmiş ailə üzvlərinə münasibətdə cəmi 12 manat, 21 aprel 2022-ci il tarixdə isə 250 nəfər göstərilmiş ailə üzvlərinə münasibətdə 140,81 manat olmaqla, ümumilikdə 275,76 manat məbləğində borc hesablamış, 2020-ci ilin may və avqust aylarından, 2021-ci ilin aprel ayından başqa digər ayları üzrə borc hesablamamışdır (cavabdeh tərəfindən iddiaçının adına tərtib edilmiş abonent kartına əsasən). - iddiaçı Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi, ev 26, mənzil 1 ünvanında qeydiyyatda olsa da, 23 oktyabr 1993-cü il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsinin işğal edilməsi ilə əlaqədar məcburi köçkündür, həmin tarixdən dörd nəfər ailə üzvü ilə birlikdə ünvan 2 ünvanında yaşayır (Füzuli rayon İcra Hakimiyyəti başçısının Horadiz şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 fevral 2023-cü və Bakı şəhər İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil-X1 38 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 15 fevral 2023-cü il tarixli arayışlara əsasən). Məhkəmə yuxarıda göstərilmiş işin faktiki halları və qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, 23 oktyabr 1993-cü il tarixdə Füzuli rayonu, Horadiz qəsəbəsinin işğal edilməsi ilə əlaqədar həmin tarixdən hazıradək iddiaçının dörd nəfər ailə üzvü ilə birlikdə məcburi köçkün kimi ünvan 2 ünvanında yaşadığı və qeydiyyat ünvanı olan ünvan 4a, cavabdehin yuxarıda göstərilmiş qanunvericilik normalarına zidd olaraq, iddiaçının adına tərtib etdiyi abonent kartında 2017-ci ildən 2022-ci ilin may ayına kimi sonuncunun qeydiyyat ünvanı olan mənzildə ailə üzvləri ilə birlikdə yaşamasını, ailə üzvlərinin sayını 22 nəfərə, bir halda isə 250 nəfərədək qeyd etməklə su sərfiyyatına görə iddiaçıya cəmi 275,76 manat məbləğində borc hesablaması özü-özlüyündə əsassız və qanunsuz olmuşdur. Buna görə də qanuni və əsaslı olan iddia təmin olunmalıdır. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı Füzuli rayonu, Horadiz şəhəri, 20 Yanvar küçəsi, ev 26, mənzil 1 ünvanında yerləşən, qeydiyyatda olduğu evindəki su sərfiyyatına görə hesablanmış 275,76 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(064)-508/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-508/2023
28.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver