Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-585/2025 21.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh publiq hüquqi şəxs X5 Sistemlərinin İstismarı idarəsinə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh publiq hüquqi şəxs X5 Sistemlərinin İstismarı idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə su sayğacının quraşdırılmasından əvvəlki dövr üçün yəni 2017-ci, 2018-ci, 2019-cu və 2020-ci illər (sayğac quraşdırılana qədər) üzrə hesablanmış su sərfiyyatına görə qanunsuz olaraq ondan tələb olunan 185,6 manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Füzuli rayonu, Horadiz şəhərində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayır. xx.xx.2020-ci il tarixdə qeydiyyatda olduğu ünvan 1-də yerləşən fərdi evində su sayğacı quraşdırılmışdır. Lakin, ona "xxxx" ASC-nin 5 nömrəli Regional Sukanal İdarəsinin X6 tərəfindən təqdim edilmiş "Abonent Kartı”n-dan məlum olmuşdur ki, sudan istifadəyə görə 2017-ci il üçün 49 manat, 2018-ci il üçün 56 manat, 2019cu il üçün 40 manat və 2020-ci il üçün 40,60 manat (sayğac quraşdırılana qədər) olmaqla su serfıyyatına görə cemi 185,6 manat borc hesablanmışdır. Bundan əlavə, ünvan 1 ünvanında yerləşən fərdi evimdə 2020-ci il tarixədək su xətti olmamışdır. Suyu sifarişlə, maşınla gətizdirirmişdir. Onun evində su xətti olmadığı halda su sərfıyyatına görə cəmi 185,6 manat borc əsassız hesablanmışdır. Yəni həmin yaşayış evində su xətti olmadığı halda yuxarıda qeyd olunan dövrlər üçün su sərfıyyatı qeyd edilmişdir. Məhkəmənin iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin bildrmişdir ki, onunla cavabdeh arasında xx.xx.2024-cü il tarixli “yaranmış borcun ödənilməsi qaydasına dair razılaşma protokolu” imzalanmışdır. Hazırda silinməini tələb etdiyi 185,6 manat pul məbləği də həmin razılaşmadakı borc məbləğinə daxildir. Lakin o, həmin borcu ödəyə bilmədiyindən məhkəməyə həmin borcun silinməsi ilə əlaqədar müraciət etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etməyərək bildirmişdir ki, əhali 2020-ci ilin avqust ayına qədər sayğac olmadan sudan istifadə edib. İddiaçının silinməsini istədiyi məbləğ 2017, 2018, 2019 və 2020-ci illəri əhatə edir. Belə ki, iddiaçı və "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli “yaranmış borcun ödənilməsi qaydasına dair razılaşma protokolun”dan görünür ki, borclu İddiaçı su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 305,15 manat borcunun cavabdehə ödənilməsi barədə razılığa gəlmişdir. İddiaçının hazırda silinməsini tələb etdiyi 185,6 manat pul məbləği də həmin razılaşmada əks olunan məbləğin bir hissəsidir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli abonent kartından görünür ki, İddiaçı **********000 saylı abonent kodu üzrə 2017-ci, 2018-ci, 2019-cu və 2020-ci illər üzrə su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 185,6 manat borcu var. -"xxxx" ASC ilə İddiaçı arasındakı xx.xx.2024-cü il tarixli “yaranmış borcun ödənilməsi qaydasına dair razılaşma protokolun”dan görünür ki, borclunun idarəyə su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 305,15 manat borcu var. Həmin razılaşmanın şərtlərinə əsasən həmin borc aylıq fakturalardan əlavə olaraq, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hissə-hissə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, "Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”. Həmin Qanunun 62-ci maddəsinə əsasən, qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. İddiaçı onun fərdi yaşayış evinə su sayğacının quraşdırılmasından əvvəlki dövr üçün, yəni 2017-ci, 2018-ci, 2019-cu və 2020-ci illər (sayğac quraşdırılana qədər) üzrə hesablanmış su sərfiyyatına görə ondan tələb olunan 185,6 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini onunla əsaslandırmışdır ki, həmin dövrlər üzrə yaranmış borc əsassızdır. Məhkəmə iddiaçının həmin dəlilləri üzrə onu qeyd etməyi zəruri sayır ki, iddiaçının qeyd etdiyi dəlillər iddianın təmin edilməsinə əsas ola bilməz. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli “yaranmış borcun ödənilməsi qaydasına dair razılaşma protokolun”dan görünür ki, borclunun idarəyə su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 305,15 manat borcunun istifadəçi tərəfindən cavabdehə ödənilməsi barədə razılığa gəlmişlər. Tərəflər məhkəməyə verdikləri izahatlarında həmin razılaşmada əks olunan vəsaitin hazırda silinməsi tələb olunan borcun bir hisssəsi olduğunu təsdiq edirlər. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında həmin borc məbləğinin ödənilməsinə dair razılıq olduğundan, iddiaçının həmin borcu ödəməklə bağlı cavabdeh qarşısında öhdəliyi vardır və o, həmin borc məbləğini cavabdehlə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli razılaşmaya əsasən cavabdehə ödəməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilə və həmin borc məbləği silinə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlikdə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia rədd edildiyindən cavabdeh dövlət rüsumunu ödəməkdən azaddır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh publiq hüquqi şəxs X5 Sistemlərinin İstismarı idarəsinə qarşı “borcun silinməsi” barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №2(064)-585/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-585/2025
21.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver