Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-600/2023 23.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı verdiyi “borc müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında yazılı şəkildə 240000 manata dair bağlanmış 31 oktyabr 2022-ci il tarixli borc müqaviləsinin etibarsız hesab edliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 263.2-ci maddəsinə əsasən məhkəmə iddianı baxılmamış saxladıqda qərardad çıxarır. - 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı məhkəməyə göndərdiyi 23 may 2023-cü il tarixli teleqramında iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin özünə geri qaytarılmasını, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin mövcud olan prosessual hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalı, ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 259.0.11, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı verdiyi “borc müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı qaytarılsın. İddiaçı dövlət rüsumuna görə ödədiyi 100 (yüz) manat məbləğində pul “ExpressBank” tərəfindən İddiaçı adına hazırlanmış **********201033 nömrəli plastik kartın hesabına (hesab nömrəsi: AZ72AZEN********************, bankın adı: ExpressBank, Əhmədli filialı, kod:508029, VÖEN:**********, müxbir hesab: AZ11NABZ********************, S.W.İ.F.T AZENAZ22) köçürülməklə özünə qaytarılsın. Qərardadın icrası Füzuli rayon Maliyyə şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(064)-600/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-600/2023
23.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver