Məhkəmə qərarları › İş №2(064)-611/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-611/2023

14.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-611/2023 14.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı verdiyi avtomobilin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və avtomobilin miras payı kimi vərəsələr arasında bölüşdürülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və avtomobilin miras payı kimi vərəsələr arasında bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in: - 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində cavabdehin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) göstərilməlidir. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı ərizəsində cavabdehin rəsmi qeydə alındığı ünvanı “Füzuli rayonu, Seyidəhmədli kəndi” göstərməklə, Füzuli rayonunun Aşağı, yoxsa Yuxarı Seyidəhmədli kəndində qeydə alındığını konkret olaraq göstərməmiş, cavabdehin faktiki yaşayış yerini ümumiyyətlə göstərməmiş, eləcə də iddia ərizəsinə cavabdehin rəsmi qeydə alındığı və yaşadığı ünvanlar barədə rəsmi sənədləri əlavə etməmişdir. Məhkəmə bu barədə nəticəyə gələrkən, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndinin 21 oktyabr 2020-ci, Yuxarı Seyidəhmədli kəndinin 7 noyabr 2020-ci il tarixlərdə işğaldan azad edildiyinə görə hazırda həmin kəndlərdə faktiki olaraq yaşayışın olmadığını nəzərə alır. Məhkəmə göstərilən qanunvericilik normaları və iddia ərizəsinin məzmunu ilə bağlı hallara əsaslanaraq hesab edir ki, iddaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsində müəyyən olunmuş tələbə cavab vermədiyinə görə həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən icraata götürülmədən, ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı, iddiaçıya göstərilən nöqsanı aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 149, 151, 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı verdiyi avtomobilin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və avtomobilin miras payı kimi vərəsələr arasında bölüşdürülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı iddia ərizəsinin qaytarılması üçün göstərilən nöqsanı iddia ərizəsinin giriş hissəsində Cavabdeh rəsmi qeydə alındığı ünvan və faktiki yaşayış yeri barədə məlumatları göstərmək, iddia ərizəsinə bunları təsdiq edən sənədləri əlavə etməklə aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar