Məhkəmə qərarları › İş №2(064)-620/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-620/2023

15.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-620/2023 15.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, ərizəçilər Ərizəçi1 və digərlərinin maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçilər Ərizəçi1 və digərləri maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onlara verilmiş JN 0063 KOD 60607018 torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakılara əsasən ərizə və ona əlavə olunmuş sənədlər icraata götürülmədən ərizəçiyə geri qaytarılmalıdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.3-cü bəndində qeyd olunur ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hazırkı iddia ərizəsinin nəticə-xahiş edirəm hissəsindən görünür ki, nəticə hissəsində kimlərin adına verilmiş JN 0063 KOD 60607018 torpağa mülkiyyət hüququna dair dövlət aktının kimlərə məxsus olması dəqiq qeyd olunmamışdır. Odur ki, qeyd olunanları yekunlaşdıraraq bu qənaətə gəlirəm ki, hazırkı ərizə icraata götürülmədən geri qaytarılmalı və ərizəçilərə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməsi izah olunmalıdır. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 149, 150, 152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçilər Ərizəçi1 və digərlərinin maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən ərizəçilərə qaytarılsın. Ərizəçilərə aşağıdakı nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmələri izah olunsun: - ərizənin nəticə hissəsi aşağıdakı məzmunda qeyd olunsun: X1, X4, X2, X5 və X3 və digər ailə üzvlərinin adlarına verilmiş JN 0063 KOD 60607018 torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi2, Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 və digər ailə üzvlərinə məxsus olması faktı müəyyən olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: YAŞAR HƏŞİMOV AZƏRBAYCAN RESPUBLİKASİ FÜZULİ RAYON MƏHKƏMƏSİ Ünvan: Füzuli rayonu, Horadiz şəhəri, tel.: (026-315) 51-82 2(064)-620/2023 xx.xx.2023-cü il Ərizəçilər Ərizəçi1 və digərlərinə Ünvan: Füzuli rayonu, Böyük Bəhmənli Ərizə və ona əlavə edilmiş sənədlərin qaytarılması haqqında qərardad, ərizə və ona əlavə olunmuş sənədlərlə birlikdə sizə geri qaytarılmaqla qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyiniz izah edilir. Qoşma: cəmi « » vərəqdə. Hakim Yaşar Həşimov İş № 2(064)-620/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılmasına dair PROTOKOL 15 mart 2023-cü il Füzuli rayonu, Horadiz şəhəri Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, Ərizəçilər Ərizəçi1 və digərlərinin maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq aşağıdakı məzmunda qərardad qəbul etdim: Ərizəçilər Ərizəçi1 və digərlərinin maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər icraata götürülmədən ərizəçilərə qaytarılsın. Ərizəçilərə aşağıdakı nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmələri izah olunsun: - ərizənin nəticə hissəsi aşağıdakı məzmunda qeyd olunsun: X1, X4, X2, X5 və X3 və digər ailə üzvlərinin adlarına verilmiş JN 0063 KOD 60607018 torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi2, Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 və digər ailə üzvlərinə məxsus olması faktı müəyyən olunsun. - Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar