Məhkəmə qərarları › İş №2(064)-667/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-667/2023

26.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-667/2023 26.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon notariat ofisinə qarşı qohumluq faktının müəyyən edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası mərhum X14 ilə mərhum X5 qohum olmaları (əmiqızı-əmioğlu) və mərhum atası X7 əmisiqızı X1 Füzuli rayonu, Horadiz şəhəri H.Əliyev prospekti ev 240-da (keçmiş S.Vurğun küçəsi ev 8) yerləşən evin 1/2 hissəsinin onun tərəfindən vərəsə kimi qəbulu ilə bağlı ötürülmüş müddətin bərpası edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizə predmeti olan əmlakın 1/2 hissəsi həyat yoldaşı Elbəniz Namazəliyevə məxsusdur. Digər hissəsi isə mərhum atasının əmisi qızı Hamayıl Namazəliyevanın adına qeydiyyata alınmışdır. O, 5-ci növbə vərəsə kimi mirası qəbul etmək üçün Füzuli rayon notariat ofisinə müraciət etsə də qohumluğunun təsdiq edilməsi və müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında: Ərizəçi nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Nümayəndə həmçinin bildirdi ki, Ərizəçi müəyyən sənədləşdirmə işləri ilə əlaqədar olaraq mirasın qəbul edilmə müddətini üzrlü səbəbdən buraxmışdır. Maraqlı şəxs Füzuli rayon notariat ofisinin notariusu F.İbadullayev məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ərizəçi təşəbbüsü ilə dəvət edilmiş şahidlər X18 və X25 bildirdilər ki, onlar uzun müddətdir ki, ərizəçini və ailəsini tanıyırlar. Ərizəçi atası mərhum X14 ilə mərhum X9 əmiqızı-əmioğludurlar. Məhkəmə ərizəçinın izahatını və şahidlərin ifadələrini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Füzuli rayon Horadiz şəhər üzrə icra nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 721 saylı arayışından görünür ki, X9 həqiqətən Horadiz şəhəri, S.Vurğun küçəsi ev 6-da daimi paspaort qeydiyyatında olmaqla yaşamışdır. 14 iyul 1997-ci il tarixdə vəfat etmişdir. AZ-İ № 632660 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1997-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2013-cü ilin sentyabr ayının 11-də 262 nömrə ilə qeyd edilmişdir. Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli arayışdan görünür ki, X14 xx.xx.1991-ci il tarixdə ölmüşdür. Füzuli rayon notariat ofisi Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli, 123 saylı məktubunda qeyd etmişdir ki, 17 iyul 1997-ci il tarixdə vəfat etmiş atanızın əmisi qızı X2 miras qalmış Füzuli rayonunun Horadiz şəhərində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə Füzuli rayon notariat ofisinə daxil olmuş müraciətinizə baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.5.-ci maddəsinə əsasən xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları beşinci növbədə vərəsə sayılırlar. Müraciətinizdə miras qoyan X6 əmisinin nəvəsi (əmi uşağının uşağı) olduğunu göstərməyinizə baxmayaraq qohumluq faktını sübut edən sənədləri ərizəyə təqdim etməmisiniz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 102-ci bəndində göstərilir ki, vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, pasportlarda uşaqlar və ər (arvad) haqqında qeydlər, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsində göstərilir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Odur ki, qohumluq münasibətlərinin sübut olunması və ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi izah edilmişdir. İ-JQ № 449086 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1964-cü il tarixdə Füzuli rayonunda doğulmuşdur. X3, anası X16r. AZ № ******* doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1953-cü il tarixdə Füzuli rayonunda doğulmuşdur. X4, anası X16r. İ-JQ № 449085 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Füzuli rayonunda doğulmuşdur. X3, anası X16r. İV-JQ № 440617 nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Heydar oğlu ilə X13 arasında xx.xx.1988-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlanandan sonra ərə Namazəliyev, arvada Namazəliyeva soyadı verilmişdir. xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Füzuli rayonu, Horadiz şəhəri, H.Əliyev prospekti ev 240 (keçmiş S.Vurğun küçəsi ev 8) X8 və X6 ümumi birgə mülkiyyətindədir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Ərizəçi 17 iyul 1997ci il tarixdə vəfat etmiş atasının əmisi qızı X2 miras qalmış Füzuli rayonu, H.Əliyev prospekti ev 240 (keçmiş S.Vurğun küçəsi ev 8) dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə Füzuli rayon notariat ofisinə müraciət etmişdir. Lakin ona imtina verilməklə qohumluq münasibətlərinin sübut olunması və ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi izah edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Ərizəçi atası mərhum X14 ilə mərhum X9 əmiqızıəmioğludurlar. Həmçinin müəyyən edildi ki, ərizəçi müəyyən sənədləşdirmə işləri ilə əlaqədar olaraq mirasın qəbul edilmə müddətini üzrlü səbəbdən buraxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1246-cı maddəsində deyilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2022-ci il tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-in: 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının:

2. Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. 2.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq,

qətetdi:

İddia təmin edilsin. Ərizəçi atası mərhum X14 ilə mərhum X5 əmi uşaqları olması faktı müəyyən edilsin. Vərəsə Ərizəçi tərəfindən miras əmlak olan Füzuli rayonu, Horadiz şəhəri H.Əliyev prospekti ev 240-da (keçmiş S.Vurğun küçəsi ev 8) yerləşən evin 1/2 hissəsini qəbul etmək üçün qanunla müəyyən edilərək buraxılmış müddət üzürlü sayılaraq uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar