Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-688/2023 26.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən eilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN 416, KOD 60606038 seriyalı dövlət aktının onlara məxsus olması faktınmın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, arvadı Ərizəçi2 şəxsiyyət vəsiqəsində ata adı "Avçı", qızı Ərizəçi3 soyadı "Məmmədli" olmasına baxmayaraq, Füzuli rayonu Aqrar İslahat Komissiyasının 12 aprel 1999-cu il 65 saylı sərəncamı ilə onun və digər ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 2,55 hektar torpaq sahəsi verilməsinə dair "Torpağa mülkiyyət hüququna dair" JN 416, KOD 60606038 dövlət aktında səhvən Ərizəçi2 ata adı "Avca", Ərizəçi3 soyadı "Məmmədova" kimi yazılmışdır. Bundan başqa, o, Ərizəçi1 və arvadı Ərizəçi2 öz razılığı ilə övladı X7 yaxın qohumu X11 və onun arvadı X12 övladlığa vermiş və bu Füzuli rayon XDS-nin İcraiyyə Komitəsinin 18 oktyabr 1991-ci il tarixli 13 nömrəli qərarı ilə rəsmiləşdirilmişdir. Həmin qərara əsasən rayon VVAQ şöbəsinə tapşırılmışdır ki, X13 övladlığa verildikdən sonra onun doğum akt qeydində dəyişiklik edilərək X5 yazılması təmin edilsin. Lakin Dilarə adı Ərizəçi1 mərhum anasının adı olmasına görə X19ma rayon VVAQ şöbəsində yeni doğum haqqında şəhadətnamə verilərkən X11 və onun arvadı X8 xahişi ilə onun vəfat etmiş şəxsin adma daşıması məsləhət bilinməmiş və daha müasir "Lalə" adı verilmiş, yeni doğum haqqında şəhadətnaməsində X20 yazılmışdır. X20 yetkinlik yaşma çatdıqdan sonra nikaha girərkən onun soyadı ərinin soyadına uyğun olaraq "Əliyeva" soyadına dəyişdirilmişdir. JN 416, KOD 60606038 "Torpağa mülkiyyət hüququna dair" dövlət aktındakı səhvlər ucbatından, eləcə də övladlığa verilmiş X2, ad və ata adındakı dəyişikliklərə görə hazırda mülkiyyətimdə olan torpaq sahəsi ilə əlaqədar zəruri əqdlərin həyata keçirilməsində, eləcə də torpağa dair çıxarışın alınmasında çətinliklər yaranır. Hazırda Füzuli rayonu Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi fəaliyyət göstərmədiyindən bu texniki səhvlərin aradan qaldırılması, eləcə də dəyişdirmənin edilməsi üçün qeyd edilən dövlət aktında düzəliş edilib, Ərizəçi2 Avca qızının ata adının "Avçı", X1 "Məmmədli", X6 isə "Ərizəçi4" yazılması tələbinə dair ərizə ilə maraqlı şəxs- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişəm. Həmin idarədən verilmiş 31 yanvar 2023-cü il tarixli, 3-21-3- 45/2-M-0020-8/2023 nömrəli məktubda göstərilmişdir ki, Xidmət müraciətlə bağlı hər hansısa köməklik etmək səlahiyyətinə malik deyildir və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin tələblərinə əsasən qeyd olunan uyğunsuzluq faktının təsdiqlənməsi məqsədi ilə müvafiq məhkəmə instansiyasına müraciət etmək tövsiyyə olunur. Füzuli rayon İcra Hakimiyyəti Başçısının Əhmədbəyli İnzibati Ərazi X10 xx.xx.2023-cü il tarixli 5-4319/2/222/2023 nömrəli arayışında göstərilmişdir ki, həqiqətən "Torpağa mülkiyyət hüququna dair" JN 416, KOD 60606038 Dövlət Aktında texniki səhv olaraq: Ərizəçi2 Avca qızı;X17 yazılmışdır. Onların həqiqi soyadı, atasının adının düzdün yazılış forması aşağıdakılardır: Ərizəçi2 (Şəxsiyyət vəsiqəsi AZE 0*******); Ərizəçi3 (Şəxsiyyət vəsiqəsi AZE ********). Ona görə də, "Torpağa mülkiyyət hüququna dair" JN 416, KOD 60606038 Dövlət Aktında düzəliş edilib, Ərizəçi2 Avca qızının ata adının "Avçı", X1 "Məmmədli", X6 isə "Ərizəçi4" yazılması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək bu barədə qətnamə çıxarılmasını istəyirlər. Məhkəmə iclasında: Ərizəçi1 ərizədə göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Seriya AZE № 0******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1952-ci il tarixdə Füzuli rayonu, Əhmədbəyli kəndində doğulmuşdur. Yaşayış yeri Füzuli rayonu, Əhmədbəyli kəndidir. Seriya AZE № 0******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1956-cı il tarixdə Beyləqan rayonu, Şahsevən kəndində doğulmuşdur. Yaşayış yeri Füzuli rayonu, Əhmədbəyli kəndidir. Seriya AZE № ******** şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1982-ci il tarixdə Füzuli rayonu, Əhmədbəyli kəndində doğulmuşdur. Yaşayış yeri Füzuli rayonu, Əhmədbəyli kəndidir. Füzuli rayon XDS İK-nin 18 oktyabr 1991-ci il tarixli 13 saylı iclas protokolundan çıxarışdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X3 Oktay Xudakərim oğlu və arvadı X8 övladlığına verilmişdir. XVİİİ-JQ № 375104 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X4, anası X14r. AZ-İ № 372749 nikah haqqında şəhadətnamədən görünür ki, X20 ilə X15 arasında xx.xx.2007-ci il tarixdə 4314 nömrə ilə nikah qeyd edilmişdir. Nikah balandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN 416, KOD 60606038 seriyalı dövlət aktının surətindən görünür ki, Füzuli rayonu, Əhmədbəyli kənd sakinləri Ərizəçi1, Ərizəçi2 Avça qızı, X17, X13 və digər ailə üzvlərinə 2.55 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki JN 416, KOD 60606038 saylı dövlət aktında dəyişiklik edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır və məhkəməyə müraciət olunması izah edilmişdir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 6.1-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. 6.3-cü bəndinə qeyd olunur ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Füzuli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 65 saylı qərarına əsasən mülkiyyəti huququ əsasında ailə üzvləri daxil olmaqla onlara JN 416, KOD 60606038 seriyalı dövlət aktı ilə 2.55 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. Lakin həmin sənəddə Ərizəçi2 ata adı səhvən Avça kimi, Ərizəçi3 soyadı səhvən Məmmədova kimi yazılmışdır. Bununla yanaşı, X13 övladlığa verilməklə və sonradan nikah bağlamaqla Ərizəçi4 olmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla həmçinin müəyyən edildi ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması ərizəçilərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və bunun məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Azərbaycan Respublikası Müki-Prosessual Məcəlləsinin: 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305-309 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. Füzuli rayonu, Əhmədbəyli kənd sakinləri Ərizəçi2 Avça qızı, X17, X13 və digər ailə üzvlərinin adlarına verilmiş torpağa mülkiyyət huququna dair JN 416, KOD 60606038 seriyalı dövlət aktının əslində Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və digər ailə üzvlərinə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-688/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-688/2023
26.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver