Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-776/2023 24.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, ərizəçilər Ərizəçi1 və Ələkbərova (Qarayeva) Nuriyə Arif qızının maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ələkbərova (Qarayeva) Nuriyə Arif qızı ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN 0041, KOD 60618018 seriyalı dövlət aktının Ərizəçi1, Ələkbərova (Qarayeva) Nuriyə Arif qızı, X8 və digər ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, Füzuli rayon Aqrar İslahat Komissiyasının 15 iyun 2000-ci il tarixli, 03 saylı qərarına əsasən torpağa mülkiyyəti huququ əsasında JN 0041, KOD 60618018 seriyalı dövlət aktı ilə 1.59 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi ailə üzvləri daxil olmaqla onlara verilmişdir. Lakin həmin dövlət aktında müəyyən səhvlər buraxılaraq yazılmışdır. Belə ki, X1 adı və ata adı səhvən «Lümünə Adış» qızı kimi, mərhum X4 adı səhvən «Elman» kimi, Ələkbərova (Qarayevə) Nuriyə Arif qızının adı səhvən “Nuriyyə” kimi yazılmışdır. Rəsmi sənədlərdə, yəni doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və digər sənədlərdə ad, soyad və ata adlarımız düzgün olaraq qeyd etdiyimiz kimidir. Dövlət aktında qeyd olunan səhvlərin buraxılması qeydiyyat aparan şəxslərin səhlənkarlığı ilə bağlıdır. Hazırda həmin dövlət aktında səhvlərin olması sənədləşmə, yəni yeni çıxarışın alınması ilə əlaqədar olaraq müəyyən problemlər yaradır. Lakin, bu məsələnin həlli ilə əlaqədar olaraq maraqlı şəxsə müraciət etmişlər, lakin göstərilən məsələyə maraqlı şəxs tərəfindən məhkəməyə müraciət olunması onlara tövsiyə edilmişdir. Ona görə də, məsələnin məhkəmə qaydasında həll olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizədə göstərilənlərlə oxşar məzmunlu izahat verdilər və ərizənin təmin olunmasını xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçilərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Seriya AZE № 0******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1961-ci il tarixdə Füzuli rayonunda doğulmuşdur. Yaşayış yeri Füzuli rayonu, Kərimbəyli kəndidir. Seriya AZE № ******** şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1991-ci il tarixdə Füzuli rayonunda doğulmuşdur. Yaşayış yeri Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kəndidir. AZ-İ № 652604 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Torpağa mülkiyyət hüququna dair JN 0041, KOD 60618018 seriyalı dövlət aktının surətindən görünür ki, Füzuli rayonu, Kərimbəyli kənd sakinləri X2, X9, X5 və digər ailə üzvlərinə 1.59 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, JN 0041, KOD 60618018 saylı dövlət aktına düzəliş edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır və məhkəməyə müraciət olunması izah edilmişdir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 6.1-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. 6.3-cü bəndinə qeyd olunur ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Füzuli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 03 saylı qərarına əsasən mülkiyyəti huququ əsasında ailə üzvləri daxil olmaqla onlara JN 0041, KOD 60618018 seriyalı dövlət aktı ilə 1.59 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. Lakin həmin sənəddə X1 adı və ata adı səhvən «Lümünə Adış» qızı kimi, mərhum X4 adı səhvən «Elman» kimi, Ələkbərova (Qarayevə) Nuriyə Arif qızının adı səhvən “Nuriyyə” kimi yazılmışdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla həmçinin müəyyən edildi ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması ərizəçilərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və bunun məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Azərbaycan Respublikası Müki-Prosessual Məcəlləsinin: 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305-309 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. Füzuli rayonu, Kərimbəyli kənd sakinləri X2, X9, X5 və digər ailə üzvlərinə 1.59 ha torpaq sahəsi verilməsinə dair JN 0041, KOD 60618018 seriyalı torpağa mülkiyyət hüququna dövlət aktının əslində Ərizəçi1, Ələkbərova (Qarayeva) Nuriyə Arif qızı, X6 və digər ailə üzvlərinə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-776/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-776/2023
24.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver