Məhkəmə qərarları › İş №2(064)-796/2023

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(064)-796/2023

14.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(064)-796/2023 14.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Həşimov Yaşar Xanoğlan oğlu, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, N nömrəli və N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 154 nömrəli əmrlərinin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, aşağıdakılara əsasən ərizə iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Göründüyü kimi, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci madddəsində hərbi sənədlərin, yəni hazırkı halda N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, N nömrəli və N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 154 nömrəli əmrlərinin şəxsə məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsi istisan edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə də, məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 149, 153, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə ona qaytarılsın.

2. Ərizəçi aşağıdakılar izah olunsun: - ərziəçi mühaibə veteranı vəsiqəsinin alınması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsin, imtina aldığı təqdirdə həmin orqana qarşı inzibati icraat qaydasında Bakı İnzibati Məhkəməsinə müraciət etsin.

3. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Yaşar Həşimov

İş № 2(064)-796/2023

Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılmasına dair PROTOKOL 14 aprel 2023-cü il Füzuli rayonu, Horadiz şəhəri

Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu,

Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq aşağıdakı qənaətə gəldim: İş materiallarını nəzərdən keçirərək ərizəni icraata qəbul etməkdən imtina haqqında qərardadı qəbul etdim.

Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar