Məhkəmə qərarları › İş №2(064)-8/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-8/2023

27.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-8/2023 27.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi ilə İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 172 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Füzuli rayonu Alxanlı kəndində yerləşən və hazırda yaşadığı evdə cavabdehin mütəxəssisləri tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istısmara qəbulu haqqında akt tərtib edilmiş, həmin aktda sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılıb heç bir sızma aşkar edilməmişdir. Qaz sayğacı texniki qaydalara cavab verdiyinə görə ona təhvil verilmişdir. Həmin vaxtdan qaz sayğacına daim nəzarət edərək, sayğaca hər hansı müdaxilənin edilməsinə yol verməmişdir. Abonent kimi həmişə işlətdiyi təbii qaza görə vaxtlı-vaxtında ödəniş etmişdir. Lakin sonradan qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi səbəbindən guya qaz itkisi olmuş və bu barədə xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt tərtib edilərək, 1440 m3 qaz itkisinin dəyərini təşkil edən 172 manat pulun ondan əsassız olaraq ödənilməsi tələb olunur. Əslində isə sayğac ona təhvil verilmiş vəziyyətdə olmaqla heç bir qaz itkisi olmamış, sayğaca daim nəzarət etmişdir. Qaz sayğacına tərəfindən və ya digər şəxslər tərəfindən heç bir müdaxilə edilmədiyi halda, qaz sayğacının daxilində baş vermiş texniki nasazlığa görə ondan 172 manat pulun tələb olunması qanunsuz və əsassızdır. Bu barədə sayğaca baxış keçirən mütəxəssislərə bildirmiş, lakin buna baxmayaraq ondan 172 manat dəymiş ziyanın ödənilməsi əsassız olaraq hazırda tələb olunur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, «Azəriqaz» İB ilə istehlakçı İddiaçı arasında qazdan istifadəyə görə müqavilə bağlanmış və qaz sayğacı işlək vəziyyətdə istehlakçıya təhvil verilmişdir. Həmin sayğaca yalnız qaz idarəsinin əməkdaşları baxaraq cari qaz sərfiyyatını müəyyənləşdirmişlər. İddiaçı bir abonent olaraq həmişə işlətdiyi təbii qaza görə vaxtlıvaxtında ödəniş etmişdir. Lakin cavabdeh təşkilatın nümayəndələri iddiaçıya məxsus sayğacda qaz sərfiyyatını yoxlayarkən, qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilməklə 21 oktyabr 2022-ci il tarixli, ******* saylı akt tərtib etmişlər. İddiaçı qaz sayğacına hər hansı bir müdaxilə etmədiyini, sayğaca hər hansı bir müdaxilə varsa belə bundan məlumatsız olduğunu, bundan başqa həmin müdaxilə olsa belə kənar şəxslər tərəfindən oluna biləcəyini bildirir. Belə ki, həmin sayğac onun yaşadığı evin daxilində deyil, çöldə, ümumi istifadə edilən yolda quraşdırılmışdır və bu səbəbdən onun sayğaca kənar müdaxiləyə nəzarət etməsi qeyri-mümkündür. Belə olan halda iddiaçı haqlı olaraq əsassız yazılmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.1-ci bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə DK (bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır.4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir.4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunsun. İddiaçı (abonent kodu **********02060) itirilmiş qaz sərfinə görə cavabdeh «Azəriqaz» X1 X2 İdarəsi tərəfindən tərtib edilmiş 21 oktyabr 2022-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 172 manat (1440 m3 qaz sərfinə görə) məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar