Məhkəmə qərarları › İş №2(064)-801/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-801/2023

04.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-801/2023 04.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, Ərizəçi və maraqlı şəxs Füzuli rayon İHB-nin Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Füzuli rayon İHB-nin Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü qızı X2 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, qızı X6 xx.xx.2004-cü ildə Füzuli rayonu, Qayıdış qəsəbəsində doğulub, anadangəlmə “ağır dərəcəli əqli gerilik və nitq qüsuru" əlamətləri olmaqla ruhi xəstədir, onun yanında yaşayır və qızına o, baxır. Qızı daima müalicə olunur, yaddaşı çox zəifdir, öz hərəkətlərinə nəzarət edə bilmir. Ağdam RƏD-də müalicə almış və qeydiyyatdadır. Tək yaşaya bilmir, ona görə də uşağın yanında daima kiminsə olması zəruridir. O, qızının özünün qəyyumluğuna verilməsi ilə bağlı Füzuli rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik orqanına müraciət etmişdir, lakin ona məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Bu faktın müəyyən olunması ona qızı X3 dövlət tərəfindən verilən imtiyaz və güzəştlərdən istifadə etməsi və ailə üçün hər hansı sənədləşmənin aparılması üçün lazımdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında: Ərizəçi ərizəsinə oxşar məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Füzuli rayon İHB-nin Aparatı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X7 qanunamüvafiq əsaslar olduğu halda ərizənin təmin ediməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni nəzərdən keçirərək, tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AA3584954 şəxsiyyət vəsiqənin surətindən görünür ki, X6 xx.xx.2004-cü il tarixdə Füzuli rayonunda doğulmuşdur. AZ-İİ № 043415 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2004-cü il tarixdə Füzuli rayonunda doğulmuşdur. X1, anası Ərizəçidır. AR ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməs haqqında arayışdan görünür ki, X6 birinci dərəcəli əlil olmaqla əmək qabiliyyətsizdir. Ona qoyulmuş diaqnoz-davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, ağır dərəcəli əqli gerilik, nitq qüsuru ilə İQ-25. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2023-cü il tarixli, 3370 saylı rəyindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Ona görə də, onun fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsində deyilir ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən, on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanlarının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.1-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə də, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə təyin olunaraq keçirilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə müəyyən edilir ki, Ərizəçi qızı xx.xx.2004-cü il təvəllüdlü qızı V.İsgəndərova fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 112, 119, 216-220, 227, 233, 357, 360 və 362-cimaddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X6 fəaliyyət qabliyyəti olmayan hesab edilsin. Bu qətnamə xx.xx.2004-cü il təvəllüdlü X6 üzərində qəyyum təyin etmək üçün əsas hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar