Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-802/2023 24.05.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən qanunsuz olaraq ondan tələb olunan 1.059,50 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Füzuli rayonu, Zobucuq-1 qəsəbəsi, ev 15-də yaşayır. Məcburi köçkündür. Ona məxsus olan qaz sayğacı evdən kənar hissədə quraşdırılmışdır və həmin sayğaca yalnız qaz idarəsinin əməkdaşları baxaraq cari qaz sərfıyyatın müəyyənləşdirirlər. O, bir abonent olaraq həmişə işlətdiyi təbii qaza görə vaxtlı-vaxtında ödəniş edir. Bir müddət əvvəl cavabdeh təşkilatın nümayəndələri 2022-ci ilin 30 iyun tarixində yaşadığı evə gələrək, qaz sərfıyyatın yoxlayarkən, guya onun istifadə etdiyi qaz sayğacına onun tərəfindən müdaxilə olunduğunu müəyyən etməklə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər. Hansıki, qaz sayğacına nəzarət, onun təhlükəsizliyi, o cümlədən kənar müdaxilələrin yol verilməməsi istehlakçısı olaraq onun vəzifəsi deyil. O, abonent olaraq yalnız vizual, yəni adi gözlə aşkar etdiyi hallar barədə qaz paylayıcısına məlumat verə bilər. Lakin qaz idarəsinin əməkdaşları nəinki vəziyyətin əsl səbəbini araşdırmağa səy göstərməmişlər, hətta onun müraciətlərinə ümumiyyətlə əhəmiyyət vermək istəməmişlər. Beləliklə, 2022-ci ilin iyun ayında cavabdeh təşkilatın nümayəndələri, qeyd olunan yaşadığı evə gələrək, istifadəsində olan qaz sayğacına müdaxilə edərək, qaz sayğacını çıxarıb aparmışlar və sonradan həmin qaz sayğacının yenisi ilə əvəz olunması ona izah olunmuş, o, sayğacın yenisi ilə əvəz olunması üçün cavabdeh təşkilata pul ödənişi də etmş. Lakin, sonradan cavabdehin nümayəndələri tərəfindən ona akt təqdim olunduqda məlum oldu ki, guya ki, onun tərəfindən qaz sayğacına müdaxilə olunmaqla qaz sayğacı zədələnmiş, bu səbəbdən cavabdehin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilməklə 1.059,50 manat ziyan hesablanmışdır. O, cavabdeh "Azəriqaz” X1 X2 İdarəsinin Füzuli Xidmət Sahəsinin əməkdaşları ilə əlaqə saxlayarq onlara müraciət edərək, həmin sayğaca onun tərəfdən müdaxilə olunmadığını, ümumiyyətlə sayğacın onun günahı ucbatından yarasız olmamasını bildirərək, bu səbəbdən cavabdeh tərəfindən yazılmış həmin ziyanın silinməsini xahiş etmiş. Cavabdeh Tərtər X2 İdarəsinin Füzuli Xidmət Sahəsinin əməkdaşları tərəfindən mənə şifahi olaraq bildirildi ki, istifadəmdə olan qaz sayğacı çıxarılaraq yoxlanılmaq üçün laboratoriyaya göndərilmiş, yoxlama zamanı qaz sayğacının çıxış plastmas borusunun deşelməsi müəyyən edilmişdir, həmin sayğaca ümumiyyətlə onun tərəfindən müdaxilə olmamış, digər tərfdən cavabdehin nümayəndəsi onun iştirakı olmadan özü qaz sayğacına müdaxilə etmişdir. Hələ bu azmış kimi guya sayğacın onun günahı ucbatından yarasız olması səbəbindən qanunsuz olaraq akt tərtib edilmişdir. Hansı ki, cavabdehin nümayəndəsinin qanunsuz hərəkəti nəticəsində qeyd olunan hadisə baş vermişdir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və cavabdeh tərəfindən ona əsassız olaraq qaz sərfiyyatına görə hesablanmış 1.059,50 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması vəziyyəti yoxlanılmış, qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin gövdədən tamamilə aralandığı müəyyən olunmuş və dəymiş ziyanın hesablanaraq abonent tərəfindən ödənilməsi qeyd edilmişdir. 30 iyun 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı yaşadığı Füzuli rayonu, Zobucuq-1 qəsəbəsi, ev 295 saylı yaşayış evində quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin gövdədən tamamilə aralandığı müəyyən olunmuşdur. Qaz sayğacının nominal qaz sərfi 4 kub.metr orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4x24x90=8.640 kub.metr olduğu müəyyən edilmişdir. xx.xx.2022-ci il tarxili abonentin saldosundan görünür ki, İddiaçı 12/2022 tarixinə 1.059,5 manat borc hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İB-nin ilə istehlakçı arasında qazdan istifadəyə görə müqavilə bağlanmış, qaz sayğacı evdən kənar hissədə quraşdırılmışdır və qaz sayğacı işlək vəziyyətdə istehlakçıya təhvil verilmişdir. Həmin sayğaca yalnız qaz idarəsinin əməkdaşları baxaraq cari qaz sərfiyyatını müəyyənləşdirirmişlər. İddiaçı bir abonent olaraq həmişə işlətdiyi təbii qaza görə vaxtlıvaxtında ödəniş etmişdir. Lakin cavabdeh təşkilatın nümayəndələri 2019-ci ilin noyabr ayında iddiaçıya məxsus sayğacda qaz sərfiyyatını yoxlayarkən, qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin gövdədən tamamilə aralandığı müəyyən etməklə xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib etmişlər. İddiaçı qaz sayğacına hər hansı bir müdaxilə etmədiyini, sayğaca hər hansı bir müdaxilə varsa belə o bundan məlumatsız olduğunu, bundan başqa həmin müdaxilə olsa belə kənar şəxslər tərəfindən oluna biləcəyini bildirir. Belə ki, həmin sayğac onun yaşadığı evin daxilində deyil, çöldə, ümumi istifadə edilən yolda quraşdırılmışdır və bu səbəbdən onun sayğacı kənar müdaxiləyə nəzarət qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.1-ci bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə DK (bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası MPM-in 77.2-ci maddəsinin tələblərinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə tədqiq olunmuş sübutlara, yuxarıda qeyd olunan hüquq normalarına qiymət verərək hesab edir ki, Cavabdeh İB Tərtər Regional Qİİ tərəfindən tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli, ******* saylı akt özü-özlüyündə etibarsızdır. Yuxarıda qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə hazırkı mübahisə üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Beləliklə, məhz cavabdeh qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən qəsdən edildiyini sübut etməlidir. Lakin cavabdeh tərəfindən bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə qeyd olunan aktın surətindən başqa iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən hər hansı başqa sübutlar təqdim edilməmişdir. Həmin aktlar isə sayğaca müdaxilənin məhz iddiaçı tərəfindən edildiyini təsdiq etmir. Həmçinin nəzərə alınmalıdır ki, sayğac iddiaçının yaşadığı evin içərisində və ya həyətində deyil, ondan kənarda yolda yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının müdaxilə etdiyi bildirilən sayğacın iddiaçının yaşadığı evin daxilində deyil, çöldə quraşdırılması və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxiləyə nəzarət etməsi qeyri-mümkündür. Bunu nəzərə alınaraq müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin məhkəmə baxışı zamanı sübuta yetirilmir. Beləliklə də, qeyd olunmalıdır ki, fiziki şəxs olan istehlakçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək vəzifəsi olan qaz paylayıcısı istehlakçının təqsirini sübuta yetirməklə ondan qaz sərfinə görə pul tələb edə bilər. Lakin yuxarda göstərilənlərdən də göründüyü kimi cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu səbəbdən də, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İB-nin iddiaçı barəsində tərtib etdiyi akt əsasında itirilmiş 8640 kubmetr qaz sərfinə görə pul tələb etməsi əsassızdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. İddiaçı (abonent kodu **********02950) Cavabdeh Tərtər X2 idarəsi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 1.059,5 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-802/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-802/2023
24.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver