Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-841/2024 29.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, ərizəçi İddiaçı iştirakı ilə, ərizəçi İddiaçı Füzuli Rayon İH-nin Qəyyumçuluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində işə cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi İddiaçı Füzuli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində işə cəlb edərək verdiyi “şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək anası xx.xx.1964-cü il təvəllüdlü X10 və onun oğlu xx.xx.1991-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, X10 onun bacısıdır və xx.xx.1964cü ildə Füzuli şəhərində doğulmuşdur. X5 isə bacısı oğludur və xx.xx.1991-ci ildə Füzuli rayonu, Şıxlı kəndində doğulmuşdur. Hal-hazııda hər iki şəxs özləri-özlərini idarə edə bilmirlər, daimi olaraq onlara kənar şəxslərin köməyi və nəzarəti tələb olunur. Əmək və Əhalinin Sosial Müfadiəsi Naziriliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində olan məlumatlara görə bacısı X10 birinci dərəcəli əlil olmaqla onun Alsheymer xəstəliyi zamanı erkən başlamış demensiya, baş beynin üzvi xəstəliyi (Alsheymer xəstəliyi) nəticəsində ağır dərəcəli demensiya, davranış pozuntuları ilə (MMSE-9) xəstəliyi diaqnozu vardır. X1 nigahı xx.xx.2004-cü ildə pozulmuşdur. Həmin mərkəzin məlumatına görə bacısı oğlu X2 ikinci dərəcəli əlil olmaqla orta dərəcəli kəmağıllıq xəstəlik diaqnozu vardır. Bu faktın müəyyən olunması onun qızı X4 dövlət tərəfindən verilən imtiyaz və güzəştlərdən istifadə etməyi və digər sənədləşmənin aparılması üçün lazımdır. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verərək ərizəsinin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək, ərizəçini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AZ-T seriyalı, 249059 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1964-cü il tarixdə Füzuli şəhərində doğulmuşdur. AZE seriyalı, 17294553 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1991-ci il tarixdə Füzuli rayonu, Şıxlı kəndində doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş əlillik haqqında arayışdan aydın olur ki, X7 Alsheymer xəstəliyi zamanı erkən başlamış demensiya, baş beynin üzvi xəstəliyi (Alsheymer xəstəliyi) nəticəsində ağır dərəcəli demensiya, davranış pozuntuları ilə (MMSE-9) xəstəliyi diaqnozu müəyyən edilmişdir və birinci dərəcəli əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş əlillik haqqında arayışdan aydın olur ki, X3 orta dərəcəli kəmağıllıq diaqnozu müəyyən edilmişdir və ikinci dərəcəli əlildir. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 xx.xx.2024-cü il tarixli, 2624 saylı rəyindən görünür ki, X10 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu surətdə idarə etmək iqtidarına malik deyil. Buna görə də X10 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 xx.xx.2024-cü il tarixli, 1925 saylı rəyindən görünür ki, X5 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu surətdə idarə etmək iqtidarına malik deyil. Buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsində göstərilir ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanlarının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.1-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə də, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə təyin olunaraq keçirilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə müəyyən edilir ki, ərizəçi İddiaçı bacısı xx.xx.1964-cü il təvəllüdlü X10 və onun oğlu xx.xx.1991-ci il təvəllüdlü X5 fəaliyyət qabliyyəti olmayan şəxsdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 112, 119, 216-220, 227, 233, 317, 321, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü X10 və xx.xx.1991-ci il təvəllüdlü X5 fəaliyyət qabliyyəti olmayan hesab edilsinlər. Bu qətnamə xx.xx.1964-cü il təvəllüdlü X10 və xx.xx.1991-ci il təvəllüdlü X5 üzərində qəyyum təyin etmək üçün əsas hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-841/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-841/2024
29.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver