Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-863/2023 18.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vərəsəlik payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum əri X3 mülkiyyəti olan fərdi ev tikmək məqsədi ilə aldığı 24 sot torpaqda tikdiyi ümumi sahəsi 60 kvadratmetr olan evin yerləşdiyi yerdə həmin torpaqdan qanuni vərəsə kimi ona düşən payın ayrılması və cavabdehin əvəzinə mediasiaya ödədiyi 25 manat pulun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehin atası X9 ilə 02 iyun 2016-cı il tarixdə birgə nikaha daxil olmaqla ailə qurmuşdur. Nikahını Füzuli rayon Qeydiyyat Şöbəsində həmin tarixdə 115 nömrə ilə qeydiyyata alınmışdır. Onların birgə nikahdan övladı olmamışdır. Artıq 14 ilə yaxın olar ki, əvvəl faktiki nikahla, sonrakı 4 ili isə rəsmi nikahda olmaqla yaşamışlar. xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində həyat yoldaşı aldığı baş-beyinin travmatik əzilməsi nəticəsində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 11 fevral 2020-ci il tarixdə 39№li qeyd aparılmış-ölüm faktı rəsmiləşdirilmişdir. O, vərəsəliyi faktiki qəbul edərək Vaqifin öz evində və həyətində dəfndən sonra 3, 7 və cümə günləri, 40 mərasimlərini verərək Vaqifin və özünün şəxsi vəsaiti hesabına məclisləri yola vermişdir. Onlar Vaqifin evində çox yaşamamış və həmin həyətin sol tərəfində ümumi sahəsi 60 kv.metr, yaşayış sahəsi isə 37 kv.metr olan birmərtəbəli bir ev tikərək ora köçmüş və 10 ilə yaxın orada yaşayırmışlar. Həyat yoldaşı vəfat etdikdən sonra mənzildən istifadə və mənzilə köçürülməyinə dair Füzuli Rayon Məhkəməsində qaldırdığı iddia təmin olunaraq icraata yönəldildiyi və icra olunduğu üçün hazırda ümumi yaşayış sahəsi 60 kvadratmetr olan tikdiyi əlavə tikilidə - evdə yaşayır. Lakin, həmin evi rəsmiləşdirmək üçün həmin evin üzərində yerləşdiyi torpağın rəsmiləşdirilməsinə ehtiyac vardır. O, eyd edir ki, Füzuli Rayon Məhkəməsində bundan əvvəl qaldırdığı iddialar mübahisələndirilən zaman məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX Beyləqan 6 saylı Ərazi İdarəsinə sorğu etmiş və məlum olmuşdur ki, mərhum həyat yoldaşı X3 mülkiyyətdə 15 iyun 2020-ci il tarixdən 24 sot torpaq sahəsi vardır. Həmin torpaqdan pay hüququna dair “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq əks tərəfə müraciət edilsə də cavabdeh mediasiyaya gəlməkdən imtina etmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı iddia ərizəsində göstərilənlərlə oxşar məzmunlu izahat verdi və mərhum əri X2 miras qalmış 0.24 ha torpaq sahəsinə dair vərəsəlik payının müəyyən edilməsini və həmin payın üzərindəki 60 kv.m tikili ilə birlikdə naturada ayrılıb ona verilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfi dinləyərək və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AZ-İİ № 127609 nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə İddiaçı arasında 02 iyun 2016-cı il tarixdə 115 nömrə ilə qeyd edilmiş nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Süleymanov, arvada Süleymanova soyadı verilmişdir. Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 661/05 saylı arayışdan görünür ki, X9 ilə X10 nikahı haqqında 11 dekabr 1972-ci il tarxidə 12 nömrəli akt qeydi tərtib olunmuşdur. AZ-İİ № 073186 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə Füzuli rayonunda vəfat etmişdir. Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 662/05 saylı arayışdan görünür ki, X15 04 yanvar 2005-ci il tarixdə Füzuli rayonunda ölmüşdür. JN 068A, KOD 60618018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Füzuli rayonu, Kərimbəyli kənd sakinləri X9 və ailə üzvləri X15, Cavabdeh, X7 və X4 fərdi yaşayış evinin tikintisi üçün 0.24 ha torpaq sahəsi verilmişdir. Füzuli rayon İcra Hakimiyyəti Başçısının Kərimbəyli kənd İƏDÜ nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, Vəliyeva X8 Vaqif Əhməd oğlu vəfat etdikdən sonra 6 aydan çox müddətdə mərhuma məxsus evdə yaşayaraq və ya qeydiyyatda olaraq əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirərək mirası faktiki qəbul etmişdir. Mərhumun nirası qəbul etməmiş ayrı yaşayan ailə üzvləri bunlardır: arvadı X11 (2005-ci ildə vəfat edib), oğlu 1974cü il təvəllüdlü X5, qızı 1972-ci il təvəllüdlü X6, qızı 1978-ci il təvəllüdlü Cavabdeh, qızı 1980-ci il təvəllüdlü X7 və oğlu 1983-cü il təvəllüdlü X12. Füzuli rayon notariat ofisinin xüsusi notariusu F.İbadullayevin İddiaçı ünvanladığı məktubdan görünür ki, İddiaçı mərhum əri X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Mülki işin faktiki hallarından görünür ki, Füzuli rayonu, Kərimbəyli kənd sakinləri V.Süleymanov (mərhum) və ailə üzvləri Ə.Kərimova (mərhum, V.Süleymanovun 1-ci nikahdan olan arvadı), Cavabdeh (mərhumun qızı), Ş.Süleymanova (mərhumun qızı) və R.Süleymanova (mərhumun oğlu) fərdi yaşayış evinin tikintisi üçün 0.24 ha torpaq sahəsi birgə mülkiyyətə verilmişdir. Başqa sözlə ifadə etsək, 0.24 ha torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adları sadalanan şəxslərin hər birinin 1/5 hissədə paylı mülkiyyətinə verilmişdir. V.Süleymanovun 1-ci nikahdan olan arvadı Ə.Kərimova xx.xx.2005-ci il tarixdə vəfat etdiyindən ondan miras qalmış 1/5 hissədə payı 6 (əri və 5 uşağı) birinci dərəcəli vərəsələri qəbul etmişdir. Belə olan halda, V.Süleymanovun həmin əmlakda vərəsəlik payı 1/5+1/30= 7/30 təşkil etmişdir. V.Süleymanov xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən ondan sonra qalan birinci növbə vərəsələri, İddiaçı (mərhumun 2-ci nkahdan olan arvadı) da daxil olmaqla 6 nəfər olmuşdur. Belə olan halda isə İddiaçı V.Süleymanovdan 7/30 hissədə miras qalmış əmlaka dair vərəsəlik payı 7/30 x 1/6 = 7/180 olacaqdır. Odur ki, məhkəmə belə yekun qənaətə gəlir ki, İddiaçı mərhum əri V.Süleymanovdan miras qalmış 0.24 ha torpaq sahəsinin 7/180 hissəsində vərəsəlik payı müəyyən edilməlidir. İddia tələbinin 24 sot torpaqda tikdiyi ümumi sahəsi 60 kv.metr olan evin yerləşdiyi yerdə həmin torpaqdan qanuni vərəsə kimi ona düşən payın naturada ayrılması hissəsini isə rədd edərək məhkəmə bildirir ki, qeyd olunan payın naturada ayrılması tələbinə hazırkı payın müəyyən edilməsi tələbi ilə birlikdə baxılması əsaslı ola bilməz. Məhkəmə iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. 1255-ci maddəsində göstərilir ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, «…...Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir..….» Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu adı çəkilən Qərarında həm də göstərmişdir ki, «….miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun…..». Beləliklə də, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPMin 216-220, 227, 238, 241-244, 252-253-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. X1 miras qalmış Füzuli rayonu, Kərimbəyli kəndində yerləşən 0.24 ha torpaq sahəsinin 7/180 hissəsinə İddiaçı vərəsəlik payı müəyyən edilsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №2(064)-863/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-863/2023
18.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver