Məhkəmə qərarları › İş №2(064)-90/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-90/2023

12.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-90/2023 12.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən eilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X8 və ailə üzvləri daxil olmaqla torpağın mülkiyyətə verilməsinə dair JN 0020, KOD 60604038 seriyalı dövlət aktının X7 və digər ailə üzvlərinə məxsus olması faktınının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Füzuli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 03 saylı qərarına əsasən mülkiyyəti huququ əsasında X8 və 3 nəfər ailə üzvlərinə JN 0020, KOD 60604038 seriyalı dövlət aktı ilə 1.57 torpaq sahəsi verilmişdir. Lakin həmin dövlət aktında, müəyyən səhvlər buraxılaraq yazılmışdır. Belə ki, anasının ata adı «İmran» olduğu halda səhvən «Həsrət» kimi yazılmışdır, rəsmi sənədlərdə, anasının adı, soyadı və ata adı düzgün olaraq X4r. Anası xx.xx.2014-cü ildə vəfat etmişdir. Dövlət aktında qeyd olunan səhvin buraxılması qeydiyyat aparan şəxslərin səhlənkarlığı ilə bağlıdır. Hazırda həmin dövlət aktında səhvin olması sənədləşmə yəni, yeni çıxarışın alınması ilə əlaqədar olaraq müəyyən problemlər yaradır. Lakin, bu məsələnin həlli üçün maraqlı şəxsə müraciət edilsə də məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Ona görə də, məsələnin məhkəmə qaydasında həll olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında: Ərizəçi ərizədə göstərilənlərlə oxşar məzmunlu izahat verdi və ərizəsinin təmin ounmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Seriya AZE № 0******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixində Füzuli rayonu, Mollaməhərrəmli kəndində doğulmuşdur. Yaşayış yeri Füzuli rayonu, Horadiz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1-dir. İ-JQ № 449189 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1956-cı il tarixində Füzuli rayonu, Mollaməhərrəmli kəndində doğulmuşdur. X1r. AZ-İ № 694103 ölmü haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixində Füzuli rayonunda ölmüşdür. Torpağa mülkiyyət hüququna dair JN 0020, KOD 60604038 seriyalı dövlət aktının surətindən görünür ki, Füzuli rayonu, Mollaməhərrəmli kənd sakinləri X8 və digər ailə üzvlərinə 1.57 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN 0020, KOD 60604038 seriyalı dövlət aktındakı X3 dəyişdirilərək X2 düzəlişin edilməsindən imtina edilmiş və məhkəməyə müraciət olunması izah edilmişdir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 6.1-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. 6.3-cü bəndinə qeyd olunur ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Füzuli rayonu, Mollaməhərrəmli kənd sakinləri X8, X7 və digər ailə üzvlərinə 1.57 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Lakin ərizəçinin anası M.Paşayevanın ata adı dövlət aktında səhvən Həsrət kimi yazılmışdır. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və torpağa mülkiyyət hüququna dair JN 0020, KOD 60604038 seriyalı dövlət aktının X5 və digər ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla həmçinin müəyyən edildi ki, qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və bunun məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Azərbaycan Respublikası Müki-Prosessual Məcəlləsinin: 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Odur ki, məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305-309 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. Füzuli rayonu, Mollaməhərrəmli kənd sakinləri X8, X3 və digər ailə üzvlərinin adlarına verilmiş JN 0020, KOD 60604038 torpağa mülkiyyət hüququna dair dövlət aktının X5 və digər ailə üzvlərinə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar