Məhkəmə qərarları › İş №2(066)-1061/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1061/2024

23.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1061/2024 23.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Nicat Mübariz oğlunun katibliyi, ərizəçilər Ərizəçi1, X1 və Rüstəmova (Sadıqzadə) Qənirə Talıb qızının iştirakı ilə, ərizəçilər Ərizəçi1, X1 və Rüstəmova (Sadıqzadə) Qənirə Talıb qızının “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi1, Ərizəçi2 Qəhrəman qızı və Rüstəmova (Sadıqzadə) Qənirə Talıb qızı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-042G (KOD:********) nömrəli şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 Qəhrəman qızına, Rüstəmova (Sadıqzadə) Qənirə Talıb qızına və X4 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi1 məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, ərizəçilərdən Ərizəçi2 Qəhrəman qızı onun arvadı və Rüstəmova (Sadıqzadə) Qənirə Talıb qızı isə qızıdır. X6 isə oğludur. Onların ailə üzvlərinin mülkiyyətinə Göygöl (keçmiş Xanlar) rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1997-ci il tarixli, 04 saylı qərarı ilə, Göygöl rayonu Çaylı kəndi ərazisində fərdi yaşayış evi tikilməsi üçün 0,13 hektar həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-042G (KOD:********) nömrəli şəhadətnamə də tərtib edilmişdir. Həmin şəhadətnamədə onun atasının adı “Sadıq” əvəzinə “Sadıx” kimi, arvadı Ərizəçi2 Qəhrəman qızının adı “Nurya” əvəzinə “Nuriyyə” kimi qeyd edilmiş, atasının adı isə qeyd edilməmiş, qızı Rüstəmova (Sadıqzadə) Qənirə Talıb qızının qızlıq soyadının “Sadıqzadə” olmasına baxmayaraq “Hüseynova” kimi qeyd edilmişdir. Onların müraciəti əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakin Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 03 saylı Gəncə Ərazi ldarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-2579/2024 saylı məktubu ilə qeyd edilən uyğunsuzluğa görə onlara həmin torpaq sahəsinə müvafiq çıxarış verilməsindən imtina edilmişdir. Ona görə də qeyd edilən ərizə ilə məhkəməyə müraciət etmişlər. Göstərilənləri nəzərə alaraq məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçilər Ərizəçi2 Qəhrəman qızı və Rüstəmova (Sadıqzadə) Qənirə Talıb qızı da məhkəmə iclasında ərizəni müdafiə edərək əsasən Ərizəçi1 izahatına uyğun izahat verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakin Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 03 saylı Gəncə Ərazi ldarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin və “Doğum haqqında şəhadətnamə”lərin surətindən məlum olur ki, Ərizəçi1 xx xxxxxxxx 1965-ci ildə Xanlar rayonu Çaylı kəndində, Ərizəçi2 Qəhrəman qızı 16 dekabr 1970-ci ildə Xanlar rayonu Pənahhallar kəndində və Rüstəmova (Sadıqzadə) Qənirə Talıb qızı xx xxxx 1995-ci ildə Xanlar rayonu Çaylı kəndində anadan olmuşdur. Mülki işə əlavə edilmiş “Nikah haqqında şəhadətnamə”nin surətindən məlum olur ki, Ərizəçi1 ilə X5 arasldakı nikah 21 iyul 1993-cü il tarixdə Xanlar rayonu Çaylı kənd icra nümayəndəliyində 17 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdlr. Nikah bağlandıqdan sonra arvada “Hüseynova” soyadı verilmişdir. Mülki işə əlavə edilmiş “Nikah haqqında şəhadətnamə”nin surətindən məlum olur ki, X8 ilə X7 arasıdakı nikah 11 avqust 2018-ci il tarixdə Gəncə “Asan Xitməti” Mərkəzinin Qeyydiyyat şəbəsində 1768 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdlr. Nikah bağlandıqdan sonra arvada “Rüstəmova” soyadı verilmişdir. Mülki işə əlavə edilmiş Göygöl rayon İcra hakimiyyəti baçşçısının Göygöl rayonu Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 23 yanvar 2024-cü il tarixli arayışından məlum olur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-042G (KOD:********) nömrəli şəhadətnamə Ərizəçi1 atasının adı səhv olaraq “Sadıx” kimi, Ərizəçi2 Qəhrəman qızının adı “Nurya” əvəzinə “Nuriyyə” kimi qeyd edilmiş, atasının adı isə qeyd edilməmiş, qızı Rüstəmova (Sadıqzadə) Qənirə Talıb qızının qızlıq soyadının “Sadıqzadə” olmasına baxmayaraq “Hüseynova” kimi qeyd edilmişdir. Mülki işə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-042G (KOD:********) nömrəli şəhadətnamədən məlum olur ki, Ərizəçi1, Hüseynova Nuriyyənin, X2 və X3 mülkiyyətinə Göygöl (keçmiş Xanlar) rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1997-ci il tarixli, 04 saylı qərarı ilə, Göygöl (keçmiş Xanlar) rayonu Çaylı kəndi ərazisində fərdi yaşayış evi tikilməsi üçün 0,13 hektar həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakin Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 03 saylı Gəncə Ərazi ldarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2- 2579/2024 saylı məktubundan məlum olur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 042G (KOD:********) nömrəli şəhadətnamədə olan uyğunsuzıuğa görə Ərizəçi1 müraciətindən imtina edilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, ərizəçilər məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə köçürmüşlər. Beləliklə, məhkəmə iclası zamanı müəyyən oldu ki, Göygöl (keçmiş Xanlar) rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1997-ci il tarixli, 04 saylı qərarı ilə, Ərizəçi1, Ərizəçi2 Qəhrəman qızının, Rüstəmova (Sadıqzadə) Qənirə Talıb qızının və X2 mülkiyyətinə Göygöl (keçmiş Xanlar) rayonu Çaylı kəndi ərazisində fərdi yaşayış evi tikilməsi üçün 0,13 hektar həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-042G (KOD:********) nömrəli şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnamədə səhvə yol verilərək, Ərizəçi1 atasının adı “Sadıx” kimi, Ərizəçi2 Qəhrəman qızının adı “Nurya” əvəzinə “Nuriyyə” kimi qeyd edilmiş, atasının adı isə qeyd edilməmiş, Rüstəmova (Sadıqzadə) Qənirə Talıb qızının qızlıq soyadının “Sadıqzadə” olmasına baxmayaraq “Hüseynova” kimi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müyəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Göygöl (keçmiş Xanlar) rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1997-ci il tarixli, 04 saylı qərarı ilə, Ərizəçi1 Sadıx oğlunun, Hüseynova Nuriyyənin, X2 və X3 mülkiyyətinə Göygöl (keçmiş Xanlar) rayonu Çaylı kəndi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 0,13 hektar həyətyanı torpaq sahəsi verilməsinə dair olan, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-042G (KOD:********) nömrəli şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 Qəhrəman qızına, Rüstəmova (Sadıqzadə) Qənirə Talıb qızına və X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar