Məhkəmə qərarları › İş №2(066)-1109/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1109/2023

23.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1109/2023 23.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Göygöl rayon İcra Hakimiyyəti Başçısı Aparatı nəzdində fəaliyyət göstərən «Qəyyumluq və Himayəçilik Komissiyası»nın nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, 30 aprel 1987-ci il tarixdə doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə verdiyi izahatında ərizəni müdafiə etdiyini, 1986-cı ildə rəsmi nigaha girdiyini, Həyat yoldaşının xx.xx.2002-ci ildə öldüyünü, X4 ilə birgə nigahlarından X2 doğulduğunu bildirdi. Qızı Jalə anadan gəlmə ağıl zəifliyi olub və hazırda psixi xəstə olmasını, anadan gəlmə özünü idarə edə bilməməsini,orta dərəcəsində ağıl zəifliyi olduğunu həmçinin özünü idarə edə bilmədiyi üçün hüquqlarını həyata keçirə bilməməsini, ona görə də onun fəaliyyət qabiliyyətinin olmamasının məhkəmə qətnaməsi ilə təsdiq olunmasını və onun üzərində qəyyum təyin olunmasını bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı nəzdində fəaliyyət göstərən «Qəyyumluq və Himayəçilik Komissiyası»nın nümayəndəsi X3 məhkəməyə verdiyi izahatında rəyi müdafiə etdiyini bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AA3473764 seriyalı Azərbaycan Respublikası Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu münayinəsinə dair xx.xx.2023-cü il tarixli müayinə məlumatlarından görünür ki X5 F71 orta dərəcəli əqli gerilik , qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu İQ35 diaqnozu qoyulub. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Göygöl rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki X2 orta dərəcəli əqli gerilik , qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu var. Mülki iş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertin qarşısında xx.xx.1987-ci il təvəllüdlü X2 hər hansı psixi xəstəliyi vardırmı, onun psixi durumu, psixi qusurunun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və öz hərəkətlərini idarə edə bilməməsi baxımından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsi barədə suallar qoyulmuşdur. Buna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekispertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 606 nömrəli rəyinə əsasən, xx.xx.1987-ci il təvəllüdlü X5 “orta dərəcəli əqli gerilik , davranış pozuntuları ilə XBT-10 (Pisixi və davranış pozuntularnın beynəlxalq təsnifat 10-cu baxış) F71.1 xəstəliyi kerirməsi səbəbindən o, öz hərəkətlərini dərk etmək və idarə etmək qabiliyyətində deyildir. O, faliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası MPM-nin 319-cü maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Məhkəmə iclasında ərizəçinin və maraqlı şəxs «Qəyyumluq və Himayəçilik Komissiyası»nın nümayəndəsinin izahatı, təqdim olunmuş sənədlərlə, o cümlədən məhkəmə psixatrik ekspertiza mərkəzinin xx.xx.2023-cü il tarixli, 606 saylı rəyi ilə təsdiq olundu ki, onda müəyyən edilmiş əqli geriliklə əlaqədar onun psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 30 aprel 1987-ci il tarixdə doğulmuş X5 onda müəyyən edilmiş orta dərəcəli əqli gerilik və davranış pozuntuları ilə əlaqədar onun psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığından ərizə təmin edilməli və fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 317- 319-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. 30 aprel 1987-ci il tarixdə doğulmuş X5 onda müəyyən edilmiş orta dərəcəli əqli gerilik və davranış pozuntuları ilə əlaqədar onun psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar