Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1129/2025 13.11.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X4 iclas katibliyi, Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:
1. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Azərbaycan Respublikasının ƏMDX-nin DƏDK-ı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək mövcud torpaq sahəsini Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmasını və müvafiq çıxarış verilməsini xahiş etmişlər, lakin “Torpağa mülkiyyət hüququna dair” JN-0581 saylı, kod 50806028 nömrəli dövlət şəhadətnamələrində şəxslərin adında uyğunsuzluq müəyyən edilmişdir.
Məhkəmədə icraat:
2. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə müraciət edərək Göygöl rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 14 saylı qərarı ilə onlara verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0581 saylı, kod 50806028 nömrəli dövlət aktında adları qeyd olunmuş mülkiyyətçilərdən “X1” Ərizəçi1 və “X8” X10 məxsus olmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, Göygöl (keçmiş Xanlar) rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli, 14 saylı qərarı ilə onlara-beş nəfər ailə üzvlərinə-atası X13 (xx.xx.2024-cü ildə vəfat edib), anası X2, ona, bacısı X11 və bacısı X10 (hazırda ailəlidir) Göygöl rayonu, Üçtəpə kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.59 ha torpaq sahəsi üzərində “Torpağa mülkiyyət hüququna dair” JN-0581 saylı, kod 50806028 nömrəli dövlət aktı verilmişdir. Hazırda istifadələrində olan “Torpağa mülkiyyət hüququna dair" JN-0581 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsinə müraciət etmiş və maraqlı şəxs 3 saylı Gəncə Ərazi idarəsi xx.xx.2025-ci il tarixli məktubu ilə onlara məxsus “Torpağa mülkiyyət hüququna dair” JN-0581 saylı, kod 50806028 nömrəli dövlət aktında mülkiyyətçi kimi adlarında uyğunsuzluq olduğu müəyyən edildiyindən müraciətinin icrasından imtina etmişdir. Mülkiyyətçilər “Torpağa mülkiyyət hüququna dair” JN-0581 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində başqa qaydada qeydiyyata aldıra bilmədikləri üçün məhkəməyə müraciət etməyə məcbur olublar.
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi Nümayəndə çıxışında ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq ərizəçilər və maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxmağa haqlıdır.
Tətbiq edilən hüquq: 6.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə:
7. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
8. JN-0581, KOD 50806028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli, 14 saylı qərarı ilə X19, X6, Nümayəndə, X16 və X8 mülkiyyətinə 0,59 ha torpaq sahəsi verilməsi qeyd edilmişdir.
9. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubundan görünür ki, aparılan araşdırma zamanı, təqdim edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0581 saylı dövlət aktında mülkiyyətçilərdən birinin adında uyğunsuzluq olduğu, belə ki, Ərizəçi2 ilə dövlət aktında qeyd olunmuş “X8” eyni şəxs olmalarını təsdiq edən sənədin tərəflərindən təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizələrinin icrası mümkün olmamışdır.
10. Göygöl rayon İcra Hakimiyyəti başçısının Üçtəpə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, mərhum X13 məxsus Göygöl rayon Üçtəpə kəndində yerləşən, onun adına olan keçmiş DTXK tərəfindən Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli 14 saylı qərarı ilə verilmiş Torpağa Mülkiyyət Hüququna X25 JN - 0581 kod 50806028 nömrəli verilmiş şəhadətnamədə onun, arvadının və qızının adı texniki səhv olaraq X5, X3 yazılmışdır. Düzgün yazılış aşağıdakı kimidir: Ərizəçi1 AZE № ******** Rzayeva (Hüseynova) Ayşən Həzi qızı AZE № ********. Qeyd: X5 və X17 adında vətəndaşlar Göygöl rayon Üçtəpə kəndində qeydiyyatda deyil və yaşamırlar. 11.Göygöl rayon Notariat ofisinin Azərbaycan Respublikasının ƏMDX-nin DƏDK-ı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanladığı məktubda bildirilir ki, Göygöl rayonu, Üçtəpə kəndi ünvanında qeydiyyatda olan Ərizəçi1 08 sentyabr 2024-cü il tarixdə vəfat etmiş əri - X9 miras qalmış ünvan 3i ünvanında yerləşən torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Göygöl rayon Notariat ofisinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 maddəsinə əsasən Ərizəçi1 X12 vərəsəsidir. Odur ki, Ərizəçi1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün X9 miras qalmış Göygöl rayonu, Üçtəpə kəndi ünvanında yerləşən torpaq sahəsinə dair arayış (Forma 1) və ya reyestrdən çıxarış verilməsini xahiş etmişdir. 12.Azərbaycan Respublikasının ƏMDX-nin DƏDK-ı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Nümayəndə ünvanlanmış məktubda qeyd edilir ki, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0.59 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2025-ci il tarixli, 3- 21-3-33/1-H-0172-8/2025 (**********) nömrəli müraciətlərinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Bildirilir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərin əslinin təqdim edilməsi, habelə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqının ödənilməsi əsasında həyata keçirilir. Bu səbəbdən əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı sənədlər əlavə olunmaqla 3 saylı Gəncə Ərazi İdarəsinə (1 və ya 2 saylı Gəncə ASAN xidmət mərkəzləri vasitəsilə) müraciət edəcəkləri təqdirdə müraciətlərinə qanunamüvafiq qaydada baxılacaqdır.
13. AA4642566 seriyalı, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.1987-ci il tarixdə doğulmuşdur.
14. AA******* seriyalı, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.1985-ci il tarixdə doğulmuşdur.
15. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1964-cü il tarixdə doğulmuşdur. Adı ərizədə qeyd olunduğu kimidir. 16.AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1990-cı il tarixdə doğulmuşdur. Adı ərizədə qeyd olunduğu kimidir. 17.AZ-İİ 440231 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 08 sentyabr 2024-cü il tarixdə doğulmuşdur.
18. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307, 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsi təmin edilsin. “Torpağın Mülkiyyət Hüququna dair” JN-0581, KOD 50806028 saylı dövlət aktının “X5” hissədə xx.xx.1964-cü il tarixdə doğulmuş Ərizəçi1, “X17” hissədə xx.xx.1990-cı il tarixdə doğulmuş X10 məxsus olması faktı təsdiq olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Leyla Hüseynzadə