Məhkəmə qərarları › İş №2(066)-1200/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1200/2025

23.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1200/2025 23.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X12 iclas katibliyi, ərizəçi və digər ərizəçilərin nümayəndəsi Ərizəçi2 iştirakı ilə, Ərizəçilər X22, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:

1. Ərizəçilər X22, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 Azərbaycan Respublikasının ƏMDX-nin DƏDK-ı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək mövcud torpaq sahəsini Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmasını və müvafiq çıxarış verilməsini xahiş etmişlər, lakin “Torpağa mülkiyyət hüququna dair” JN-011A KOD 50805037 və JN- 011C 50805037 saylı dövlət şəhadətnamələrində şəxslərin adında uyğunsuzluq müəyyən edilmişdir.

Məhkəmədə icraat:

2. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Göygöl rayonu Gəncə qəsəbəsində yerləşən hər biri 0,04 hektar olmaqla həyətyanı torpaq sahəsinə dair verilmiş JN-011 C KOD 50805037 saylı və JN-011 A KOD 50805037 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin onlara, yəni şəxsə məxsus olmasının müəyyən edilməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 və Ərizəçi4 hal-hazırda Göygöl rayonu Topalhəsənli kəndində yaşayırlar. Bildiriblər ki, JN- 011A və JN-011C saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən hər birində 0,04 hektar həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Lakin həmin şəhadətnamələrdə ad və soyadla bağlı texniki səhvlər vardır. Belə ki, hər iki torpağa dair şəhadətnamələrdə adları X11 deyil, X8 səhv yazılmışdır, Ərizəçi2 kimi deyil, X1 səhv yazılmışdır, Ərizəçi3 kimi deyil, X4 səhv yazılmışdır, Ərizəçi5 kimi deyil, X5 səhv yazılmışdır, Ərizəçi4 kimi deyil X2 texniki cəhətdən səhv yazılmışdır. Əslində isə onların soyadı və adı aşağıdakı kimidir. 1.Ərizəçi1. 2. Ərizəçi2. 3. Ərizəçi3. 4. Ərizəçi5. 5. Ərizəçi4. Maraqlı şəxs olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri Publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin şöbəsi də təsdiq edə bilər ki, həmin torpaq sahəsinə görə verilən torpağa dair şəhadətnamə onlara məxsusdur, sadəcə olaraq həmin şöbədən onlara bildiriblər ki, bu məsələ ancaq məhkəmə qaydasında həll edilməlidir və bu barədə onlardan rəsmi imtina cavabı almayıblar və həmin imtina cavabını ərizələrinə əlavə ediblər. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən aldığı cavabdan görünür ki, və onlara bildiriblər ki, ad səhvliyi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı yoxdur və bu səbəbdən də müraciətlərinin icrası mümkün olmamışdır. Ona görə də onlar məcburiyyət qarşısında qalaraq, Göygöl rayon Məhkəməsində həmin sənədlərin onlara məxsus olmasına dair ərizə qaldırmalı olublar. Torpağa Mülkiyyət hüququna dair şəhadətnamədə texniki səhv onlara müxtəlif sənədləşdirilmələrdə süni problemlər yaradır və nəticədə onlar müxtəlif süründürməçiliyə məruz qalırlar. Başqa cürdə onlar həmin sənədlərdə düzəliş aparılmasını hər hansı orqandan tələb edə bilmirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsindən onlara bildiriblər ki, məhkəmə həmin sənədin şəxsə məxsus olduğunu müəyyən etdiyi halda çıxarış verə biləcəkdir.

4. Məhkəmə iclasında iştirak edən ərizəçi və digər ərizəçilərin nümayəndəsi Ərizəçi2 iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, torpaq sahəsi onun və ailəsinin mülkiyyətindədir. 5.Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi5 izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir.

6. Digər ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin və ərizəçilərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

Məhkəmənin mövqeyi və gəldiyi nəticə:

8. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

9. JN-011A, KOD 50805037 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 saylı qərarı ilə X20, X13, X16, X17, X7 mülkiyyətinə 0,04 hektar torpaq sahəsi verilmişdir. 10.JN-011C, KOD 50805037 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 saylı qərarı ilə X20, X13, X16, X17, X7 mülkiyyətinə 0,04 hektar torpaq sahəsi verilmişdir.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubundan görünür ki, müraciətlərinə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-011A saylı şəhadətnamədə mülkiyyətçilərin soyad və adlarında olan uyğunsuzluğun aradan qaldırılması, müvafiq düzəlişin aparılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının əlavə edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizələrinin icrası mümkün olmamışdır.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubundan görünür ki, aparılan araşdırma zamanı, təqdim edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-011C saylı şəhadətnamədə mülkiyyətçilərin soyad və adlarında olan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı qüvvəyə minmiş məhkəmə qərarının təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizələrinin icrası mümkün olmamışdır.

13. Göygöl rayon İcra Hakimiyyəti başçısının Zurnabad kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, verilir Ərizəçi1 ona görə ki, həqiqətən Göygöl rayon Gəncə kənddə yerləşən, keçmiş DTXK tərəfindən verilmiş 21 aprel 2005-ci il tarixli JN-011A və JN-011C saylı torpaq mülkiyyətə verilməsinə dair şəhadətnaməsində texniki səhv olaraq özünün soyadı X21, oğlunun soyadı X13, oğlunun soyadı X16, oğlunun soyadı X17, oğlunun soyadı və adı X3 yazılmışdır. Düzgün yazılış aşağıdakı kimidir: 1.Ərizəçi1. 2. Ərizəçi2. 3. Ərizəçi3. 4. Ərizəçi5. 5. Ərizəçi4.

14. AA ******* seriyalı, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 adı ərizədə qeyd olunduğu kimidir.

15. AA ******* seriyalı, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 adı ərizədə qeyd olunduğu kimidir.

16. AA ******* seriyalı, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 adı ərizədə qeyd olunduğu kimidir.

17. AA ******* seriyalı, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 adı ərizədə qeyd olunduğu kimidir.

18. AA ******* seriyalı, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 adı ərizədə qeyd olunduğu kimidir. 19.AZ İİİ saylı 277606 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx xxxxxx 1970-ci il tarixdə doğulmuşdur. X10, anası X9r. 20.XV JQ 362335 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 02 avqust 1990-ci il tarixdə doğulmuşdur. X6, anası Ərizəçi1dır. 21.XİX JQ 466928 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi4 xx xxxxxx 1996-cı il tarixdə doğulmuşdur. X6, anası Ərizəçi1dır. 22.AZ-İİ № 574641 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi5 xx xxxx 1995-ci il tarixdə doğulmuşdur. X6, anası Ərizəçi1dır. 23.İİİ JQ 345251 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 xx xxxx 1993-cü il tarixdə doğulmuşdur. X6, anası Ərizəçi1dır.

24. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307, 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 ərizəsi təmin edilsin. “Torpağın Mülkiyyət Hüququna dair” JN-011A kod 50805037 və JN-011C kod 50805037 saylı şəhadətnamələrdə “X21” hissədə xx.xx.1970-ci il tarixdə doğulmuş Ərizəçi1, “X13” hissədə xx.xx.1990-ci il tarixdə doğulmuş Ərizəçi2 və “X16” hissədə xx.xx.1993-cü il tarixdə doğulmuş Ərizəçi3, “X17” hissədə xx.xx.1995-ci il təvəllüdlü Ərizəçi5, “X15” hissədə xx.xx.1996-cı il təvəllüdlü Ərizəçi4 məxsus olması faktı təsdiq olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar