Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1206/2024 16.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Qurbanov Sənan Vüsal oğlunun katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı1 vəkili və nümayəndəsi X10, cavabdehlər Cavabdeh2, Cavabdeh1, onun vəkilii və nümayəndəsi Ağakişiyev sadir Rəfael oğlunun iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh2, Cavabdeh1, 1 saylı Gəncə Regional “ASAN Xitmət” Mərkəzinin Notariat Ofisinə, Azərbaycan Respublikası Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “15 mart 2018-ci il tarixli, 2V-225 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında verilmiş 10 aprel 2018-ci il tarixli, **********22-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, mras əmlaka 1/6 hissədə payın müəyyən edilməsi tələbi barədə” iddiası mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdehlər Cavabdeh2, Cavabdeh1, 1 saylı Gəncə Regional “ASAN Xitmət” Mərkəzinin Notariat Ofisinə, Azərbaycan Respublikası Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “15 mart 2018-ci il tarixli, 2V-225 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında verilmiş 10 aprel 2018-ci il tarixli, **********22-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, mras əmlaka 1/6 hissədə payın müəyyən edilməsi tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 mart 2018-ci il tarixli, 2V-225 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin, həmin vərəsəlik şəhadətnaməsi əsasında verilmiş 10 aprel 2018-ci il tarixli, **********22-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, mərhum bacılarından miras qalmış, 26 sentyabr 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilən ünvan 1 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi və həmin 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 90,3 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evinə qanun üzrə ikinci növbə vərəsə olaraq hər birinə bərabər olaraq 1/6 hissədə payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edib izahat verərək bildirdi ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun bacılarıdır. Onların mərhum bacıları X3 Cəlal İsmayıl oğlu ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Onların birgə nikahdan uşaqları olmamışdır. Onların valideyinləri Mədət Bağırov 2005-ci ildə, anaları Qumru Bağırova isə 1991-ci ildə ölmüşdür. X2 əri X14 2011-ci ildə ölmüşdür. X4 isə 27 dekabr 2016-cı ildə ölmüşdür. X2 ünvan 1 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi və həmin 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 90,3 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evi miras qalmışdır. Göründüyü kimi X2 birinci növbəli vərəsələri olmamışdır. Buna baxmayaraq X4 öldükdən sonra Cavabdeh1 Göygöl Rayon Məhkəməsinə miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia ərizəsi ilə müraciət edərək, X2 yeganə vərəsəsi olmasını, ondan qalmış miras əmlakı faktiki qəbul etməsini bildirmişdir. Göygöl Rayon Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 2(066)-2006/2017 saylı qətnaməsinə əsasən Cavabdeh1 iddiası təmin edilmişdir. Həmin qətnamə əsasında Cavabdeh1 15 mart 2018-ci il tarixli, 2V-225 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnamə əsasında Cavabdeh1 adına ünvan 1 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi və həmin 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 90,3 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evi 10 aprel 2018-ci il tarixli, **********22-10301 reyestr nömrəli çıxarış verilmişdir. Onların Göygöl Rayon Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 2(066)-2006/2017 saylı qətnaməsindən məlumatları olduqdan sonra həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Çəncə Apellyasiya Məhkəməsinin 27 may 2022-ci il tarixlii, 2(104)-1535/2022 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 27 may 2022-ci il tarixlii, 2(104)- 1535/2022 saylı qətnaməsindən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(102)-5043/2022 saylı Qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 27 may 2022-ci il tarixlii, 2(104)-1535/2022 saylı qətnaməsi ləğv edilmiş, yeni qərar qəbul edilərək, Cavabdeh1 ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(102)- 5043/2022 saylı Qərarında Cavabdeh1 yenidən iddia qaydasında müraciət etməsi qeyd edilmiş olsa da Cavabdeh1 yenidən iddia ərizəsi ilə müraciət etməmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı2 iddianı müdafiə edib, İddiaçı1 izahatına uyğun izahat verərək, bildirdi ki, onların cavabdehlərlə, həmçinin mərhim X4 ilə münasibətləri yaxşı olmuşdur. Biri-birilərinin tədbirlərində iştirak etmişlər. X2 dəfn və yas mərasimində iştirak etmişlər. X1 miras qalmış daşınmaz əmlakı hamısı qəbul etmişlər. Belə ki, X6 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi və həmin 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 90,3 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evinin açarları həmişə Cavabdeh1 olsa da onlar hamısı həmin miras əmlakı qəbul etmişlər. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı3 iddianı müdafiə edib, İddiaçı2 izahatına uyğun izahat verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədi və göstərdi ki, iddiaçılar onun bacıları olsalar da onların faktiki anaları ayrı olmuşdur. Belə ki, onun, cavabdehlər Cavabdeh2 və mərhum X2 analrı eyni şəxs olmasına görə onların iddiaçılar ilə münasibətləri əlaqələri olmamışdır. Mərhum X4 27 dekabr 2016-cı ildə ölmüşdür. Mərhum X4 ağır xəstə olduqda onun bütün xəstəlik xərclərini, dəfn və yas xərclərini özü çəkmişdir. Bundan sonra mərhum X1 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi və həmin 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 90,3 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evini o, faktiki olaraq qəbuı etmişdir. Həmin fərdi yaşayış evinin açarları həmişə onda olmuşdur. Digər vərəsələr isə mirası faktiki olaraq qəbul etməmişlər. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etmədi, Cavabdeh1 izahatına uyğun izahat verməklə onun göstərdi ki, X2 iddiaçılar ilə münasibətləri olmamışdır. Mərhum X4 27 dekabr 2016-cı ildə ölmüşdür. Mərhum X4 ağır xəstə olduqda onun bütün xəstəlik xərclərini, dəfn və yas xərclərini Cavabdeh1 çəkmişdir. Cavabdeh1 X8 müalicə ücün Gürcüstan Respublikasına aparmışdır. Bundan sonra mərhum X1 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi və həmin 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 90,3 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evini Cavabdeh1 faktiki olaraq qəbuı etmiş, idarə etmişdir. Həmin fərdi yaşayış evinin açarları həmişə Cavabdeh1 olmuşdur. İddiaçı4 X2 yas mərasimində iştirak etməmişdir. Mülki iş üzrə cavabdeh 1 saylı Gəncə Regional “ASAN Xitmət” Mərkəzinin Notariat Ofisinə, Azərbaycan Respublikası Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPMin 185.6-ci maddəsinə əsasən mülki işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə baxışı iclasında iştirak edən şahidlərdən X21 məhkəmə iclasında göstərdi ki, o, tərəfləri tanımışdır. Onlarla yaxın münasibətləri olmuşdur. İddiaçıların cavabdehlərlə və X13 ilə yaxşı münasibətləri olmuşdur. X13 27 dekabr 2016-cı ildə ölmüşdür. Onun yas mərasimində iddiaçılar itirak etmişlər. Məhkəmə baxışı iclasında iştirak edən şahidlərdən X15 və X11 da şahid X21 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdilər. Məhkəmə baxışı iclasında iştirak edən şahidlərdən X37 məhkəmə iclasında göstərdi ki, Cavabdeh1 onun anasıdır. X7 iddiaçılar ilə münasibətləri olmamışdır. Mərhum xalası X13 27 dekabr 2016-cı ildə ölmüşdür. X13 ağır xəstə olduqda onun bütün xəstəlik xərclərini, dəfn və yas xərclərini anası Cavabdeh1 çəkmişdir. Yas mərasimində pul yığılmamışdır. X5 müalicə ücün Gürcüstan Respublikasına da aparmışlar. X13 öldükdən sonra X6 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi və həmin 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 90,3 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evini anası Cavabdeh1 faktiki olaraq qəbuı etmiş, idarə etmişdir. Həmin fərdi yaşayış evinin açarları həmişə anası Cavabdeh1 olmuşdur. İddiaçı4 X7 yas mərasimində iştirak etməmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahidlərdən X41, X29, X16 və X17 da şahid X37 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdilər. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını, şahidlərin ifadələrini dinləməklə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin və “Doğum haqqında şəhadətnamələrin” surətindən məlum olur ki, İddiaçı1 xx xxxxxxx 1970-ci il tarixdə, İddiaçı2 xx xxxxxx 1972-ci ildə, İddiaçı3 xx xxxxxxx 1970-ci il tarixdə, Bağırova (Məmmədova) Tamara Mədət qızı 07 avqust 1975-ci ildə anadan olmuşlar. Onların atası X26, anaları isə X18r. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayon Qeydiyyat şöbəsinin 06 iyul 2022-ci il tarixli 274 saylı məktibindan məlum olur ki, X26 ilə X12 uşaqları İddiaçı1 xx xxxxxxx 1970-ci il tarixdə, İddiaçı2 xx xxxxxx 1972-ci ildə, İddiaçı3 xx xxxxxxx 1970-ci il tarixdə, X22 07 avqust 1975-ci ildə, X27 xx xxxxxxx 1966-cı ildə, X19 xx xxxxxx 1964-cü ildə, X23 08 aprel 1957-ci ildə anadan olmuşlar. X23 27 dekabr 2016-cı ildə ölmüşdür. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Gəncə Regional “ASAN Xitmət” Mərkəzinin Notariat Ofisinin 17 iyul 2022-ci il tarixli 1700 nömrəli məktubundan məlum olur ki, ünvan 1 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi və həmin 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 90,3 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evinə dair Cavabdeh1 məhkəmə qaydasında mirasın qəbulu faktını müəyyən etdirdikdən sonra Gəncə Regional “ASAN Xitmət” Mərkəzinin Notariat Ofisinə müraciət etmiş 15 mart 2018-ci il tarixdə vərəsəlik işi açdlrlb, ünvan 1 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi və həmin 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 90,3 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evinə 15 mart 2018-ci il tarixli, 2V-225 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Mülki işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 27 may 2022-ci il tarixlii, 2(104)- 1535/2022 saylı qətnaməsindən məlum olur ki, apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 2(066)-2006/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(102)-5043/2022 saylı Qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 27 may 2022-ci il tarixlii, 2(104)- 1535/2022 saylı qətnaməsi ləğv edilmiş, yeni qərar qəbul edilərək, Cavabdeh1 ərizəsi baxılmamış saxlanılmışdır. Ərizəçi Cavabdeh1 onun iddia icraatı qaydasında ümumi əsaslarla məhkəməyə iddia vermək hüququ olması izah edilmişdir. Həmçinin hesab edir ki, irası qoyan Dilarə Məmmədovanın birinci növbəli vərəsələri olmadığına görə, ikinci növbəli vərəsələri qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılkırlar. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğindəki dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin beşinci hissəsinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası MM-in 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası MM-in 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası MM-in 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası MM-in 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə — ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası MM-in 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X6 miras qalmış, ünvan 1 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi və həmin 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 90,3 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evinə münasibətdə tərəflər bərabər hüquqlu vərəsədirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh2, Cavabdeh1, 1 saylı Gəncə Regional “ASAN Xitmət” Mərkəzinin Notariat Ofisinə, Azərbaycan Respublikası Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “15 mart 2018-ci il tarixli, 2V-225 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamə əsasında verilmiş 10 aprel 2018-ci il tarixli, **********22-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, mras əmlaka 1/6 hissədə payın müəyyən edilməsi tələbi barədə” iddiası təmin edilsin.
1. 15 mart 2018-ci il tarixli, 2V-225 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamə əsasında verilmiş 10 aprel 2018-ci il tarixli, **********22-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilsin.
2. mərhum X6 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi və həmin 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 90,3 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evinə qanun üzrə ikinci növbə vərəsə olaraq hər birinə bərabər olaraq 1/6 hissədə payın müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov.