Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1233/2025 19.11.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X6 iclas katibliyi, ərizəçinin etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:
1. Ərizəçi Azərbaycan Respublikasının ƏMDX-nin DƏDK-ı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınmasını xahiş etmiş, lakin fərdi yaşayış evinin texniki pasportunda və qeydiyyat vəsiqəsində şəxsin adında uyğunsuzluq müəyyən edilmişdir.
Məhkəmədə icraat:
2. Ərizəçi, xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən və mülkiyyətində olan yaşayış evinə aid 15 aprel 2004-cü il tarixli, 45 reyestr nömrəli qeydiyyat vəsiqəsində və həmin qeydiyyat vəsiqəsinə aid texniki pasportda yazılmış ‘’X1” Hüseynova (Cəlilova) Zümrüd Allahverdi qızı olmaqla həmin qeydiyyat vəsiqəsinin və texniki pasportun ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında mülkiyyətində yaşayış evi var. Qeyd olunan yaşayış evinə Xanlar Rayon İcra hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 302 nömrəli Sərəncamına əsasən 15 aprel 2004-cü il tarixli, 45 reyestr nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Qeyd olunan qeydiyyat vəsiqəsində və həmin qeydiyyat vəsiqəsinə aid texniki pasportda onun ata adı texniki səhv olaraq “Xaliqverdi" kimi göstərilmişdir. Onun ata adı Allahverdidir. Məsələ ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət ediblər, məhkəmə qətnaməsi təqdim olunacağı təqdirdə düzəliş ediləcəyi əsas gətirilərək düzəliş edilməsindən imtina edilib. O, hazırda qeyd olunan yanlışlığı başqa vasitə ilə aradan qaldıra bilmir, ona görə də məcbur olub bu faktı təsdiq etdirmək üçün məhkəməyə müraciət edib.
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 çıxış edərək bildirmişdir ki, Zümrüd xanımın Çaykənddə evi var idi. Ona evin atadan qalıb-qalmamasını dəqiq bilmədiyini, Zümrüd xanımın ata adının Allahverdi olduğu qeyd edilmişdir. 6.Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 çıxış edərək bildirmişdir ki, Zümrüd xanımla qonşu olublar. Zümrüd xanımın ata adı Allahverdi olmuşdur. 7.Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin və ərizəçilərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq: 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə:
9. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. 10.Göygöl rayon İHB-nın Çaykənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda bildirilir ki, Göygöl rayonu Çaykənd kəndində yerləşən 6 kv.m 4 saylı fərdi yaşayış evi X2 məxsusdur. Həmin yaşayış evində qeydiyyatda olan heç kim yoxdur. 11.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Göygöl rayon vəkil bürosunun vəkili Nümayəndə göndərilmiş məktubda bildirilir ki, Göygöl rayonu, Çaykənd kəndində Hüseynova (Cəlilova) Zümrüd Xaliqverdi (Allahverdi) qızının adına yaşayış evinin qeydiyyata alınıb-alınmamasına dair arayışın verilməsi barədə məktublarına “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Məktublarına cavab olaraq bildirilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Xanlar Rayon İcra Hakimiyyəti Başçısının 29 noyabr 1996-cı il tarixli, 302 nömrəli Sərəncamına əsasən X2 15 aprel 2004-cü il tarixli, 45 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir.
12. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda qeyd edilmişdir Kİ, Xanlar rayonu İHB-nın 29.11.96-cı il tarixli 302 nömrəli sərəncamı ilə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi bütövlükdə X2 məxsusdur.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubundan görünür ki, təqdim edilmiş sənədlərdə hüquq sahibinin ata adında uyğunsuzluğun olduğu, belə ki, Ərizəçi ilə sənədlərdə qeyd olunmuş “Ərizəçi Xaliqverdi qızının" eyni olmasını təsdiq edən sənədin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı) tərəflərindən təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizələrinin icrası mümkün olmamışdır.
14. Göygöl rayon İcra Hakimiyyəti başçısının Çaykənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, Göygöl rayonu Çaykənd kəndində 6-cı kvartal 4 saylı fərdi yaşayış evi vətəndaşa məxsusdur. Həmin evə məxsus texniki pasportda vətəndaşın ata adı texniki səhv olaraq aşağıdakı kimi yazılmışdır: X4. Düzgün yazılış qaydası aşağıdakı kimidir: X5.
15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ünvanladığı məktubda bildirilir ki, Göygöl rayonu Çaykənd kəndində yerləşən fərdi yaşayış evinin texniki pasportunda X1 X3 düzəliş olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunur.
16. AZE №******** seriyalı, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi adı ərizədə qeyd etdiyi kimidir.
17. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307, 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizəçi ərizəsi təmin edilsin. 15 aprel 2004-cü il tarixli, 45 reyestr nömrəli qeydiyyat vəsiqəsində və həmin qeydiyyat vəsiqəsinə aid 6/4 nömrəli, sentyabr 1997-ci il tarixli texniki pasportda yazılmış “X4” hissədə “Hüseynova (Cəlilova) Zümrüd Allahverdi qızı”na məxsus olması faktı təsdiq olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Leyla Hüseynzadə