Məhkəmə qərarları › İş №2(066)-1248/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1248/2023

03.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1248/2023 03.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh və üçüncü şəxs Gəncə şəhəri 6 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh, üçüncü şəxs Gəncə şəhəri 6 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dаir iddia ərizəsi ilə müraciət edərək, Gəncə şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş reyestrdə 4Ə-486 nömrə ilə qeydə alınmış xx.xx.2023-cü il tarixində çap edilmiş daşınmaz əmlakın bağışlanılması müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı bu iddia ərizəsi ilə bundan əvvəl Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddiaçıya "İddianın mümkün sayılmaması barədə" 2-1(114)-3770/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardad qəbul edərək aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. İddiaçının 87 yaşı vardır. Fiziki aktivliyi problemlərlə müşahidə olunur. Ailə canlı və övladlarını, həmçinin nəvələrini əziz tutmaq iddiaçının həyatının mənasıdır. Buna görə də ailə üzvlərinin hər biri iddiaçı üçün əzizdirlər. İddiaçının oğul nəvəsi Cavabdeh təxminən 3 ay bundan əvvəl iddiaçıya babasının yaşlanmasını və onun qayğısını çəkmək vəzifəsini öz üzərinə götürməsini təklif etmişdir. Cavabdeh babasına dünyasını dəyişərkən o, özü bütün təşkilatı məsələləri, o cümlədən dəfn məsələlərini yüksək səviyyədə yerinə yetirəcəyini bildirmişdir. Bunun üçün babasının vəfat etdikdən sonra ondan qalan mülk üzərində mübahisələrin olmaması üçün notarial qaydasında ona vəsiyyətnamə verməsini bildirmişdir. Babalıq məhəbbəti iddiaçını nəvəsinin səmimiyyətinə inanmağa sövq etmiş və onun təklifi ilə razilaşmışdır. Buna görə də 19 may 2023-cü il tarixdə iddiaçı Gəncə şəhərində yerləşən notariat ofisinə gedərək vəsiyyətnamə vermək qərarına gəlmiş və ona imzalatdırılan sənədi vəsiyyətnamə kimi qəbul edərək imzalamışdır. Üzərindən ay yarım keçən kimi, iddiaçının evinə ev alıcıları gəlmişdir. İddiaçı bu məsələ ilə bağlı ev alıcılarından öyrənən zaman ona evə baxmağa gəlmələrini və məqsədlərinin bu evi almalarını izah etmişlər. İddiaçı çıxılmaz vəziyyətə düşmuş və onlara bu evin satıldığını onlara kim tərəfindən bildirilməsini öyrənmişdir. Ev almaq istəyən şəxslər iddiaçıya evin satılması barədə ev sahibi Cavabdeh alıcılara məlumat verməsini bildirmişlər. Bu hal iddiaçını çox pərişan etmiş, ona görə ki, iddiaçı hələ ölməmiş və min cür əzab-əziyyətlə inşa etdiyi ev satışa çıxarılmışdır. Sonradan bu məsələni iddiaçı yaxınları ilə müzakirə edərkən, nəvəsi Cavabdeh onun etibarından sui istifadə edərək onu aldatmaqla evi iddiaçı ölməmiş mənimsəmək niyyətində olmasını bildirmişlər. İddia ərizəsinə əlavə edilmiş reyestrdə 40-486 nömrə ilə qeydə alınmış çap tarixi 19 may 2023-cü il tarixli olan daşınmaz əmlakın bağışlanması müqaviləsindən də göründüyü kimi, cavabdehin iddiaçının etibarından sui istifadə etməklə, dələduzluq yolu ilə vəsiyyətnamə sənədinin yerinə daşınmaz əmlakın bağışlanması müqaviləsi əldə etməsindən elə bir uzun müddət keçməməsinə baxmayaraq dərhal iddiaçının zəhməti, vəsaiti və ömür xərcləməsi hesabına əmələ gətirə bildiyi mülkü satışa çıxarması davranışı, qeyri humanistlik, qaddarlıq mərhəmətdən kənarlıq etmək kimi anlayışların meydana gətirilməsi olmaqla qəbul edilməzdir. Bu səbəbə görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, evi nəvəsinə bağışlasa da, nəvəsi hal-hazırda ona baxmır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Üçüncü şəxs Gəncə şəhəri 6 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı XX.XX.1936-cı ildə Gəncə şəhərində doğulmuşdur. Göygöl rayonu, Yeni Qızılca kəndində qeydiyyatdadır. 19 may 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Göygöl rayonu, Qızılca kəndində yerləşən ümumi sahəsi 44,2 kv/m olan fərdi yaşayış evinin və fərdi yaşayış evinin yerləşdiyi mülkiyyətdə olan 0,1165 ha torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən “Hədiyyə alanın” mülkiyyətinə verir. Hədiyyə verən İddiaçı (tam hissə, ümumi sahəsi 44.2 kv/m olan fərdi yaşayış evini və fərdi yaşayış evinin yerləşdiyi mülkiyyətdə olan 0.1165 ha torpaq sahəsini)-nəvəsi olan hədiyyə alan Cavabdeh bağışlamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh, üçüncü şəxs Gəncə şəhəri 6 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dаir iddia ərizəsi ilə müraciət edərək, İddiaçı bu iddia ərizəsi ilə bundan əvvəl Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddiaçıya "İddianın mümkün sayılmaması barədə" 2-1(114)-3770/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardad qəbul edərək aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. İddiaçının 87 yaşı vardır. Fiziki aktivliyi problemlərlə müşahidə olunur. Ailə canlı və övladlarını, həmçinin nəvələrini əziz tutmaq iddiaçının həyatının mənasıdır. Buna görə də ailə üzvlərinin hər biri iddiaçı üçün əzizdirlər. İddiaçının oğul nəvəsi Cavabdeh təxminən 3 ay bundan əvvəl iddiaçıya babasının yaşlanmasını və onun qayğısını çəkmək vəzifəsini öz üzərinə götürməsini təklif etmişdir. Cavabdeh babasına dünyasını dəyişərkən o, özü bütün təşkilatı məsələləri, o cümlədən dəfn məsələlərini yüksək səviyyədə yerinə yetirəcəyini bildirmişdir. Bunun üçün babasının vəfat etdikdən sonra ondan qalan mülk üzərində mübahisələrin olmaması üçün notarial qaydasında ona vəsiyyətnamə verməsini bildirmişdir. Babalıq məhəbbəti iddiaçını nəvəsinin səmimiyyətinə inanmağa sövq etmiş və onun təklifi ilə razilaşmışdır. Buna görə də 19 may 2023-cü il tarixdə iddiaçı Gəncə şəhərində yerləşən notariat ofisinə gedərək vəsiyyətnamə vermək qərarına gəlmiş və ona imzalatdırılan sənədi vəsiyyətnamə kimi qəbul edərək imzalamışdır. Üzərindən ay yarım keçən kimi, iddiaçının evinə ev alıcıları gəlmişdir. İddiaçı bu məsələ ilə bağlı ev alıcılarından öyrənən zaman ona evə baxmağa gəlmələrini və məqsədlərinin bu evi almalarını izah etmişlər. İddiaçı çıxılmaz vəziyyətə düşmuş və onlara bu evin satıldığını onlara kim tərəfindən bildirilməsini öyrənmişdir. Ev almaq istəyən şəxslər iddiaçıya evin satılması barədə ev sahibi Cavabdeh alıcılara məlumat verməsini bildirmişlər. Bu hal iddiaçını çox pərişan etmiş, ona görə ki, iddiaçı hələ ölməmiş və min cür əzab-əziyyətlə inşa etdiyi ev satışa çıxarılmışdır. Sonradan bu məsələni iddiaçı yaxınları ilə müzakirə edərkən, nəvəsi Cavabdeh onun etibarından sui istifadə edərək onu aldatmaqla evi iddiaçı ölməmiş mənimsəmək niyyətində olmasını bildirmişlər. İddia ərizəsinə əlavə edilmiş reyestrdə 40-486 nömrə ilə qeydə alınmış çap tarixi 19 may 2023-cü il tarixli olan daşınmaz əmlakın bağışlanması müqaviləsindən də göründüyü kimi, cavabdehin iddiaçının etibarından sui istifadə etməklə, dələduzluq yolu ilə vəsiyyətnamə sənədinin yerinə daşınmaz əmlakın bağışlanması müqaviləsi əldə etməsindən elə bir uzun müddət keçməməsinə baxmayaraq dərhal iddiaçının zəhməti, vəsaiti və ömür xərcləməsi hesabına əmələ gətirə bildiyi mülkü satışa çıxarması davranışı, qeyri humanistlik, qaddarlıq mərhəmətdən kənarlıq etmək kimi anlayışların meydana gətirilməsi olmaqla qəbul edilməzdir. Bu səbəbə görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı). İddia tələbindən görünür ki, iddiaçı ilkin olaraq bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə və gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə etibarlıdır (Mülki Məcəllə 668). Nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər (Mülki Məcəllə 669). Hədiyyə verən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdəbağışlamaqdan imtina edə bilər (Mülki Məcəllə 673.1). Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda ləğv edə və onun icrasından imtina edə bilər (Mülki Məcəllə 673.2). Mülki Məcəllənin 674.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. 674.2. Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Qanunvericiliyin məzmunundan aydın görünür ki, daşınmaz əmlaka dair həyata keçirilən hər hansı hüquq (eləcə də bağışlama müqaviləsinin bağlanması) hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Daşınmaz əmlaklar barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Bağışlama müqaviləsinə əsasən hədiyyə verən sağ ikən öz əmlakının bir hissəsinin heç bir cavab xidməti ilə şərtləndirilmədən hədiyyə alana bağışlayaraq onu zənginləşdirir. Bağışlama müqaviləsi şəxsin təmənnasız xeyirxah iradəsinin ifadəsinə əsaslanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Hazırki işdən müəyyən edilir ki, Göygöl rayonu, Qızılca kəndində yerləşən ümumi sahəsi 44.2 kv/m olan fərdi yaşayış İddiaçı mülkiyyətində olmuşdur. Həmçinin, İddiaçı mülkiyyətində Göygöl rayonu, Qızılca kəndində yerləşən fərdi yaşayış evi tam mülkiyyət üzrə Gəncə şəhər 6 saylı notariat ofisində bağlanmış 19 may 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən nəvəsi Cavabdeh bağışlamışdır. Yuxarıda qeyd olunan daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, həmin müqavilədə heç bir qeyd-şərt qoyulmadan babasının mülkiyyətində olan əmlak şəxsən onun özü tərəfindən və sərbəst iradəsi ilə cavabdehə bağışlanmışdır. “K.Rəcəbovun şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlərüzrə Məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, qanunverici sahiblik, istifadə və sərəncam hüququnun mahiyyətini açıqlayaraq sərəncamhüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmişimkanı olmasını qeyd etmişdir. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın(əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərəalınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı Cavabdeh və üçüncü şəxs Gəncə şəhəri 6 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dаir iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov İş № 2(066)-1248/2023 AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN QƏTNAMƏDƏNÇİXARİŞ Göygöl Rayon Məhkəməsi 03 oktyabr 2023-ci il Göygöl şəhəri. Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh və üçüncü şəxs Gəncə şəhəri 6 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı Cavabdeh və üçüncü şəxs Gəncə şəhəri 6 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dаir iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar