Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1253/2024 18.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə mülkiyyətinə verilimiş 0.06 ha həyətyanı torpaq sahəsinə dair JN-435A, KOD- 50801004 nömrəli Torpağa Mülkiyyət Hüququna dair şəhadətnamədə yazılmış "X1" Ərizəçi kimi oxunmaqla həmin şəhadətnamənin ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə Xanlar (indiki Göygöl) şəhəri ərazisində ona 0.06 ha həyətyanı torpaq sahəsi verilib və həmin torpağa aid JN-435A, KOD-50801004 nömrəli Torpağa Mülkiyyət Hüququna dair şəhadətnamə verilib. Qeyd olunan şəhadətnamədə adı səhv olaraq "Gülnar" kimi yazılmışdır. Məsələ ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyiyanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, qeyd olunan yanlışlığın aradan qaldırılmasından imtina edilib. O, hazırda qeyd olunan yanlışlığı başqa vasitə ilə aradan qaldıra bilmir. Ona görə də məcbur olub bu faktı təsdiq etdirmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi izahatında ərizəni müdafiə edərək göstərdi ki, torpaq sahəsini ölçüb ona təhvil vermişlər. Həmin torpaq sahəsində atası ilə birgə ev tikdirmişdir. DTXK Xanlar rayon şöbəsi fəaliyyətini dayandırmamışdan əvvəl torpağa dair şəhadətnamə tərtib edərkən şəhadətnamədə onun adını Gülnaz əvəzinə Gülnar kimi qeyd etmişdir. 4 il sözügedən 0.06 ha torpaq sahəsində yerləşən tikdirdiyi evdə qardaşı ilə birgə yaşamışdır. Qardaşı vəfat edəndən sonra qardaşının oğlu onu evdən çıxartmışdır. Torpağın sənədinin əsli də ondadır. Özü hal-hazırda tikdirdiyi torpaqda yaşaya bilmır. Bir müddətdən sonra gedib o evdə yaşayacaq. 1 ildir ki, torpağa dair sənəddə olan səhvə görə torpaqdan istifadə edə bilmir. Bu səbəbdən müvafiq orqanlara müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan JN-435A, KOD 50801004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə X1 mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubundan görünür ki, aparılan araşdırma zamanı, fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığından ərizənin icrasının təmin edilməsi tərəflərindən mümkün olmamışdır. İşdə olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 24 iyul 2024-cü il tarixli arayışından görünür ki, Xanlar rayon Aqrar İslahat komissiyasının 07 fevral 2003-cü il tarixli 01 saylı qərarı ilə verilmiş JN- 435A kod 50801004 0.06 ha torpağa mülkiyyət hüququna dair Şəhadətnamədə Ərizəçi adı Gülnaz əvəzinə səhv olaraq Gülnar kimi qeyd edilmişdir. İşdə olan Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 18 mart 2024-cü il tarixli arayışından görünür ki, həqiqətən Ərizəçi ünvan 1 ünvanda yaşayış qeydiyyatındadır və hal-hazırda ünvan 2i mənzildə qeydiyyatsız yaşayır. İşdə olan Göygöl Rayon Dövlət Arxivinin 10 iyun 2022-ci il tarixli arxiv arayışının surətindən görünür ki, Xanlar rayon X4 Rəyasət Heyətinin 28 sentyabr 1992-ci il tarixli 09 saylı qərarı əsasında Ərizəçi fərdi yaşayış evi tikintisi üçün Heyvandarlıq sovxozunun ərazisindən 4-cü küçə 77 nömrədə fərdi yaşayış evi tikintisi üçün 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1963-cü ildə doğulmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-12351/2024 saylı Göygöl Rayon Məhkəməsinə ünvanladığı məktubdan görünür ki, arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Göygöl (keçmiç Xanlar) şəhər sakini X1 adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-435A saylı, KOD 50801004 nömrəli şəhadətnamənin ləğvinə dair məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə ərizəçinin izahatını və işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə Ərizəçi fərdi yaşayış evi təyinatlı 0.06 ha torpaq sahəsi ayrılmış və bununla bağlı JN-435A, KOD 50801004 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Lakin adı Ərizəçi olduğu halda həmin şəhadətnamədə onun adı səhvən “Gülnar” kimi qeyd edilmişdir. Ərizəçi maraqlı şəxs kimi qeyd etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-12351/2024 saylı Göygöl Rayon Məhkəməsinə ünvanladığı məktubda, arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Göygöl (keçmiç Xanlar) şəhər sakini X1 adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-435A saylı, KOD 50801004 nömrəli şəhadətnamənin qüvvədə olması bildirilmişdir. Lakin həmin təşkilatdan ona imtina edilmişdir ki, aparılan araşdırma zamanı, fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığından ərizənin icrasının təmin edilməsi tərəflərindən mümkün olmamışdır. Sözügedən sənədin “Ərizəçi” na məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Belə ki, sənədi vermiş DTXK Xanlar rayon şöbəsi artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. JN-435A saylı, KOD 50801004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-1253/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1253/2024
18.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver