Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-127/2025 22.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, iddiaçı Mahmudova (Aslanova) Vüsalə Şəmil qızının və cavabdeh X2 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Mahmudova (Aslanova) Vüsalə Şəmil qızının cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Mahmudova (Aslanova) Vüsalə Şəmil qızı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə ona hesablanmış 272,16 (iki yüz yetmiş iki manat on altı qəpik) manat məbləğində cərimənin qanunsuz və əsassız olduğu üçün silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göygöl rayonu Sərkarlı kəndində mülkiyyətində yaşayış evi var. Qeyd olunan yaşayış evinə kommunal xidmətlərə görə sayğaclar quraşdırılıb, o cümlədən təbii qaza görə də G-4 markalı, 10356356 nömrəli qaz sayğacı quraşdırılıb. Sayğacın istismar müddəti bitdiyi üçün cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixdə dəyişdirilib və yeni sayğac quraşdırılıb. Sayğac yenisi ilə əvəz olunan vaxt heç bir problem olmayıb və sökülən vaxt da ona heç nə deyilməyib. 3 ay sonra ona sayğaca müdaxilə edildiyindən 272,16 manat cərimə yazılmasını bildirmişlər. Qanunsuz və əsassız olaraq akt tərtib edilmiş və aktda sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izlərinin aşkar edilməsi qeyd edilmişdir. Sayğac quraşdırılan vaxt blomblanıb və dəyişdirilən vaxtda blomb yerində olub və heç bir müdaxilədə olmayıb. Sayğacın blombu qırılmadan ona necə müdaxilə oluna bilər. Sayğac quraşdırılan vaxtdan işlək vəziyyətdə olub və sərf olunan təbii qazı qeydə alıb vəhər ayda sərf olunan qaza görə ödənişlər olunub. Buna baxmayaraq qanunsuz və əsassız olaraq 272,16 manat cərimə yazılıb ki, buda onun maddi vəziyyətini dahada ağırlaşdırmışdır. Cavabdeh orqan isə cərimənin ödənilməyəcəyi təqdirdə ona verilən qazın dayandırılacağını bildirmişdir. Məhkəmə iclasında iddiaçı Mahmudova (Aslanova) Vüsalə Şəmil qızı iddia tələbinin dəlillərinə uyğun izahat verərək və əlavə olaraq bildirdi ki, ev atasını adınadı. Onunla müqavilə bağlanarkən atası və anası sağ olmuşdur. Sayğac dəyişdirilərkən qohumu və qonşusu Ülkər Quliyeva iştirak etmişdir, onun xəbəri olmamışdır. Sayğac dəyişdiriləndən bir neçə ay sonra ona cəriməsinin olmasını bildirmişlər. Təxmini 2 ildir ki, həmin evdə yaşamır, arada evə gedib-gəlir. Cavabdehin hər ay 10-15 manat ödəniş edilməsi barədə təklifi ilə razılaşmır, maddi imkanı yoxdur. Məhkəmədən iddiasının təmin edilməsini və ona hesablanmış borcun silinməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X2 nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddianı qəbul etmir. Sayğacın dəyişdirilməsi zamanı İddiaçı qohumu Quliyeva Ülkər iştirak etmişdir. İddia əsassızdır, belə ki, sayğac çıxarılıb əvəzlənərək laboratoriyaya göndərilmiş, laboratoriyada da sayğacın göstəricisinin üst qapaq hissəsinin zədələnməsi aşkar edilmişdir. İddiaçı hər ay borcundan 10-15 manat məbləğində ödəniş etsə onunla razılığa gəlmək olar. Əks halda iddianın əsassız olması səbəbi ilə təmin olunmamasını xahiş etdi. Məhkəmə iş üzrə tərəfləri dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğunda təmin edilməlidir. İşdə olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçınn Sərkarlı kəndində yerləşən fərdi yaşayış evində Elster tipli G-4 markalı 10356356 nömrəli sayğac növbəti yoxlama zamanı əvəz olma əsası ilə çıxarılmış və GCZ tipli G-4 markalı ******* nömrəli sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, abonent İddiaçı evinə quraşdırılan sayğaca Azərbaycan Metrologiya İnsitutunun DYM ******* nömrəli protokoluna əsasən sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izlərinin aşkarlanması və dəymiş ziyanın hesablanaraq ödənilməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş dəymiş ziyanın bərpasına dair 30 sentyabr 2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2024-cü il tarixli DYM 1162/21 nömrəli protokoluna əsasən G-4 markalı, 10356356 nömrəli sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar edilmiş və cəmi 2268 m3 ziyan hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin (**********00086) saldosundan görünür ki, İddiaçı abonent hesabına 2024-cü ilin sentyabr ayı üzrə akt əsasında 272,16 (iki yetmiş iki manat on altı qəpik) manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşdır. Məhkəmə baxışı zamanı iş materialları ilə müəyyən olundu ki, Cavabdeh Gəncə X8 İdarəsinin nümayəndələri abonent olan İddiaçı yaşadığı Göygöl rayonu, Sərkarlı kəndində olan evə quraşdırılmış Elster G-4 markalı 10356356 nömrəli sayğacı növbəti yoxlama zamanı əvəz olma əsası ilə xx.xx.2024-cü il tarixli, ******* saylı aktla çıxarılmış və GCZ tipli G-4 markalı ******* nömrəli sayğac quraşdırılmış, bundan sonra xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktla sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izlərinin olması aşkar edilmiş, Cavabdeh itirilmiş qaz sərfiyatına görə 272,16 manat vurulmuş ziyan istehlakçının istifadəsində olan yeni qaz sayğacına hesablanmışdır. Cavabdeh aktı imzalamış əməkdaşları tərəfindən akt tərtib olunarkən abonent iştirak etməmiş, köhnə sayğac çıxarıldıqdan dərhal sonra qablaşdırılıb üzəri möhürlənməklə ekspertizaya təqdim edilməsi üçün göndərilməsinə dair hər hansı bir tədbir görülməmiş, həmçinin sayğacının ekspertizadan keçirilərkən aşkarlanmış qüsurların yaranmasında abonentin ailə üzvləri və həmin evdə yaşayan şəxslərin təqsiri olması barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, bu halları təkzib edəcək hər hansı bir dəlillər cavabdeh tərəfindən irəli sürülməmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, sayğaca müdaxilə edilməməsi üçün üzərinə qoruyucu möhür vurulmuş, lakin köhnə sayğac çıxarılarkən nasazlığın olması aşkar edilməmiş və abonentin ailə üzvlərinə bildirilməmişdir. Həmçinin sayğacının ekspertizadan keçirilərkən aşkarlanmış həmin qüsurun yaranmasında abonentin ailə üzvləri və həmin evdə yaşayan şəxslərin təqsiri olması barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacında sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izlərinin olması gözlə görünən nöqsan olmamaqla, sayğacın üzərində qoruyucu möhrünün və zədəsinin olmaması sayğacda olan bu nöqsanın abonentin təqsirli hərəkətlərindən baş verməsini istisna edir, çünki sayğaca belə bir müdaxilənin qəsdlə edilmiş olmasını ehtimal ediləcəyi halda, bu yalnız sayğacın quraşdırılmasından və üzərinə qoruyucu möhürü vurulmasından öncə edilmiş olması mümkündür. Lakin sayğac cavabdeh təşkilatın əməkdaşları tərəfindən quraşdırılmış və üzəri möhürlənmiş, sayğac dəyişdirilərkən hər hansı nöqsan aşkar edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmiş, qeyd edilən nöqsan barədə tərtib edilmiş akt sayğacı yenisi ilə əvəz etmiş şəxslər tərəfindən aşkar edilməmiş, sayğac xüsusi qablaşdırma olmadan götürülmüş, sayğacda olan zədənin abonentin təqsirindən və ya istismar müddəti bitməsindən yaranması barədə sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.4-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Məhkəmə qeyd edilən akt və qərarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan əlavə, məhkəmə Cavabdeh Göygöl X7 İdarəsinin xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktına əsasən sayğacın sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izlərinin olması qeydinin istehlakçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı evindən çıxarılmış qaz sayğacının ekspertizadan keçirilərək hansı mexanizminə müdaxilə olunmasını, bu müdaxilənin abonent tərəfindən edilməli bir hərəkət olmasını və qaz sərfiyyatının nə qədər itki ilə hesablamasını müəyyən etməməkdə cavabdeh səhvə yol vermiş və bu halları təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edilməmişdir, belə olan halda abonentin təqsiri üzündən qaz itkisinin olmasını qəbul edilməsi yol verilməzdir və iddiaçının təqsirli hərəkətləri nəticəsindən qeyd edilən nöqsanların yaranmasını təsdiq edən sübutları cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, Cavabdeh Gəncə X7 İdarəsinin abonent İddiaçı barəsində hesabladığı itirilmiş qaz sərfiyyatı kimi 272,16 (iki yüz yetmiş iki manat on altı qəpik) manat ziyan olaraq hesablanmış məbləğ İddiaçı abonent hesabından silinməlidır. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı istehlakçı olduğundan iddia ərizəsi verərkən dövlət rüsumu ödəməkdən azad edildiyi üçün dövlət rüsumu ödəməmişdir və iddia tələbi təmin edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Odur ki, 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 272,16 (iki yüz yetmiş iki manat on altı qəpik) manat borc məbləği abonent Mahmudova (Aslanova) Vüsalə Şəmil qızının (**********00086) abunent hesabından silinsin. Cavabdehndən 30 (otuz manat) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-127/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-127/2025
22.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver