Məhkəmə qərarları › İş №2(066)-1280/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1280/2024

10.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1280/2024 10.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərişıq ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə “artıq yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Göygöl rayon Məhkəməsinə müraciət edərək, Azərişıq ASC-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq ona yazılmış 388 (üç yüz səksən səkkiz) manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Göygöl rayonu Əzgilli kəndində yaşayır və mülkiyyətində yaşayış evi var. Həmin evə aid kommunal xidmətlərindən istifadə edir. O cümlədən elektrik enerjisindən də istifadə edir və bununla bağlı elektrik sayğacı quraşdırılıb. O, hər ay sərf etdiyi elektrik enerjisinə görə olan borcunu vaxtı-vaxtında ödəmişdir. Buna baxmayaraq qanunsuz və əsassız olaraq ona 388 manat borc yazılıb. Halbu ki, qeyd olunan borcdan onun xəbəri yoxdur. Belə ki, onun Göygöl şəhərində də evi var və o, qış, yaz və payız fəslində orada yaşayır. Yalnız yay aylarında Əzgilli kəndində yaşayır. Axırıncı dəfə 2019-cu ildə elektrik sayğacı quraşdırılıb və həmin vaxtı da onun heç bir borcu olmayıb və bundan sonra sərf etdiyi elektrik enerjisinin dəyərini də ödəmişdir. Borcun silinməsi üçün dəfələrlə X1 müraciət etsə də, nəticəsi olmamışdır. Göstərdiyi subutları iddiaya əlavə etdiyi sübutlar, qəbzlər və bildirişlər sübut edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Azərişığın əməkdaşları 2017-ci ildə akt tərtib edən vaxt onun özü evdə olmamışdır. Əgər o, elektrik sayğacına müdaxilə etmiş olsaydı və yaxud qarmaq atmış olsaydı onun şəklini əməkdaşlar çəkərdilər və onun iştirakı ilə akt tərtib edilərdi. Onlar həmin cəriməni sübut etməlidirlər. Uzun müddətdir ki, özü Əzgill kəndində yerləşən evdə yaşamır, ailəsi yoxdur, bu səbəbdən Göygöl şəhərində oğluna məxsus evə gəlib orada yaşayır. İlin ancaq yay aylarında arabir həmin evdə qalmışdır. Bildirir ki, uzun illər ərzində Azərişığın əməkdaşları səbəbsiz olaraq tez-tez gəlib onun işığını kəsmişlər və ona qanunsuz olaraq 388 manat cərimə yazmışlar. Əzgilli kəndində yerləşən evində qalmadığı halda ona qanunsuz cərimə yazılmasını və cərimənin silinməsini Azərişığın əməkdaşı olan Elmar adlı şəxsə dəfələrlə bildirsə də, heç bir nəticəsi olmamışdır. 2019-cu ildə sayğac üçün kart verməyə gəlsələr də, ona məxsus olan sayğac kartını Elmar adlı əməkdaş ona verməmiş və kartı vermək üçün ondan 200 manat pul tələb etmişdir. Onun isə imkanı olmadığından həmin məbləği verə bilməmişdir, 6 ay keçəndən sonra Polis əməkdaşı gətirib qeyd edilən kartı ona təqdim etmişdir. Əgər sayğacın kartı ona pulsuz verilməliydisə nəyə görə sonradan Polis işçisi kartı ona gətirib verir? Kart ona veriləndən sonra o, Əzgilli kəndində yerləşən evindən çıxıb yenə oğlunun evində yaşamağa getmişdir. Hazırda da oğluna məxsus evdə yaşayır. 7 ildir ki, Azərişığın işçiləri ona işıqla bağlı cəza verirlər. 2019-cu ildə ona cərimə yazılmasından məlumat olmuşdur, ancaq bu günə qədər özünə sığışdırıb bununla bağlı məhkəməyə ərizə verməmişdir. Əlavə olaraq bildirdi ki, akt tərtib edilərkən o evdə olmamışdır. Ona hesablanmış borcdan onun sayğacı dəyişdirilərkən o bilmişdir. Həmin vaxtadək ona kənar xəttə qoşulması və ya akt yazılması barədə heç bir məlumat verməmişlər. Kənar xəttin aşkar edilməsi və ya akt tərib edilərkən o evdə olamamış, onun evinə baxış keçirilməmiş, lakin akta onun evində olan elektrik avadanlıqları barədə qeyd yazılmışdır. Ancaq onun evində elektik qızdırıcısı olmamışdır. Odur ki, iddianın təmin edilməsini və Azərişığın əməkdaşları tərəfindən qanunsuz hesablanmış 388 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək ifadəsində göstərdi ki, vətəndaş İddiaçı xx.xx.2017 ci ildə kənar xəttdən istifadə edib şəbəkəyə qoşulduğuna görə akt tərtib edilmişdir. Akta əsasən də hesabat aparılmış. xx.xx.2019-cu ilin sentyabr ayında də görüblər vətəndaş ödəniş aparmır, bundan sonra smartkart tipli sayğac quraşdırılmışdır. O, 7 il ərzində cəmi 7 manat ödəniş etmişdir. xx.xx.2017-ci ildə akt tərtib edilmiş və borcdan ödəniş edilmədiyindən xx.xx.2019cu ildə smartkart tipli sayğac quraşdırılmışdır. İddiaçıya məxsus evə 2 dəfə, yəni 2006-cı ildə və 2009-cu ildə vətəndaşa sayğac quraşdırılıb. Dövrüyəyə baxdıqda iddiaçının bəzən həmin evdə yaşayıb yaşamaması ilə bağlı düzgün deyir. Belə ki, o həmin evdə bəzən yaşamış və bəzən yaşamamışdır. Onlar abonentin iştirakı olmadan akt tərtib edilib edilməməsini bilmirlər. Belə ki, bəlkə iddiaçı imtina etmişdir. Lakin niyə akta imtina edilməsi sözünün qeyd edilməməsini bilmir. Şahidlərin bəziləri öldüyündən, digər şahid isə başqa yerdə olduğundan məhkəməyə təqdim edə bilmirlər. Akta iddiaçı imza atmamışdır. 2017-ci ildə hal şahidinin olması qüvvədə idi. 3 nəfər hal şahidlərindən ikisi vəfat etmiş, biri isə Şəmkir Azərişığa satış rəisi getmişdir. Həmin işin üstündən 7 il keçmişdir. 2017-ci ildə vətəndaşa akt yazılıb bu səbəbdən video yoxdur. Hal şahidinin şəxsiyyətini təsdiq edən bir sübutları yoxdur və hal şahidinin şəxsiyyətini necə müəyyən edilməsini o bilmir. Aktada göstərilən 4 nəfərin heç birinin məhkəmədə iştirakını təmin edə bilmirlər. İddiaçı məhkəmədən əvvəl ona bildirmişdir ki, onun ailə problemi var deyə kənddə olan evinə arabir gəlib gedir. Onun elektrik enerjisindən istifadə etməsinə görə ümumilikdə 388.09 manat borcu olmuşdur, həmin borcdan cəmi 7 manat ödəniş etmişdir. Lakin aktı üzrə abonentə əsassız elektrik enerjisindən istifadə etməsinə görə 384.83 manat vurulmuş zərər məbləği hesablanmışdır. İddiaçı bu günə hesabat üzrə olan borcu isə 381 manat təşkil edir. Həmin məbləğ iddiaçıdan tələb olunur. Odur ki, məhkəmədən iddianın əsassız və qanunsuz olduğu üçün təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2017-ci il tarixli, Akt R № 050290 nömrəli aktdan görünür ki, həmin tarixdə Göygöl rayonu, Əzgilli kəndində olan istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı abonentin sayğacına baxış keçirilərkən abonentin sayğacdan kənar xətt vasitəsi ilə işlədicilərin bir başa şəbəkəyə qoşulması, 4 ədəd əl lampası və 1 ədəd qızdırıcıdan istifadə etməsi aşkar edilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli Azərişıq ASC-nin “Qərb” RETSİ-nin icra vərəqinin surətindən görnür ki, İddiaçı yaşadığı Göygöl rayonu, Əzgilli kəndində yerləşən evinin sayğacından kənar işlədicilər xətt aparılmışdır. "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən "Aktlar üzrə Komissiya" tərəfindən iddiaçı barəsində hesabat dövrü verilmiş sərfiyyatın dəyəri nəzərə alınmaqla W=2.4kvt×12 saat×180 gün=5184 kvt.s; W1=2.4 kvt.s×129x6g=173 kvt.s×0.06 manat; W3=kvt.s×12 saat × 31 gün=892 kvt.s-300 kvt.s=592 kvt.s×0.11 manat; W4=5184 kvt.s-173 kvt.s-592 kvts=4419 kvt.s×0.07 manat miqdarında itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmışdır. İşdə olan Azərişıq ASC-nin Abunə haqqında bildirişin surətindən görünür ki, abonentin xx.xx.2015-ci ildə 3.26 manat, xx.xx.2017-ci ildə 65,12 manat, xx.xx.2017-ci ildə 10.38 manat, xx.xx.2017-ci ildə 309.33 manat, cəmi 388.09 manat borcu yaranmışdır. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Xanlar rayonunun Əzgilli kəndində doğulmuş və Göygöl şəhəri ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan ünvan 3ibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 16 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Göygöl şəhəri ünvan 2-da qeydiyyatda olmasına baxmayaraq Göygöl rayonu Əzgilli kəndində qeydiyyatsız yaşayır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Göygöl rayonunun Əzgilli kəndində 2018-ci ilin əvvəllərinədək yaşamış və yaşadığı evdə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə etmiş, bundan sonra həmin evdə elektrik enerjisindən istifadə edilməmiş, abonent əvvəllər istifadə etdiyi elektrik enerjisinə görə ödənişlər etmişdir. Azərişıq ASC-nin X2 əməkdaşları abonent İddiaçı yaşadığı evə verilən elektirik enerjisinin sayğacına baxış keçirərkən sayğacdan kənar xəttdən istifadə etməsi aşkar edilməsi göstərilərək xx.xx.2017-ci il tarixli, Akt R № 050290 nömrəli akt tərtib edilmiş və akt onlar tərəfindən imzalanmış, lakin həmin vaxt abonent iştirak etmədiyindən akt onun tərəfindən imzalanmamış, abonent tərəfindən imzalanmaqdan imtina etməsi aktda göstərilməmişdir. "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən "Aktlar üzrə Komissiya" tərəfindən iddiaçı barəsində hesabat dövrü verilmiş sərfiyyatın dəyəri nəzərə alınmaqla W=2.4kvt×12 saat×180 gün=5184 kvt.s; W1=2.4 kvt.s×129x6g=173 kvt.s×0.06 manat; W3=kvt.s×12 saat × 31 gün=892 kvt.s-300 kvt.s=592 kvt.s×0.11 manat; W4=5184 kvt.s-173 kvt.s-592 kvts=4419 kvt.s×0.07 manat miqdarında itirilmiş enerjinin bərpası məqsədilə 384.83 (üç yüz səksən dörd manat səksən üç qəpik) manat hesabat aparılmışdır. Həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin aktı imzalamış əməkdaşları tərəfindən akt tərtib olunarkən abonentin iştirakı təmin edilməmiş, abonentin yaşadığı evə baxış keçirilmədən akta elektrik işlədicilərinin adları və sərfiyyatı aktda göstərilmişdir. Həmçinin məhkəmə araşdırmaları zamanı istehlakçı tərəfindən sayğacdan kənar xəttdən istifadə etməsi barədə və istehlakçının evində olan 4 ədəd əl lampasını və 1 ədəd qızdırıcını bir başa onun tərəfindən şəbəkəyə qoşulması 050290 nömrəli aktda qeyd edilsə də, bu halları təsdiq edəcək hər hansı bir dəlillər cavabdeh tərəfindən irəli sürülməmiş və aktda göstərilən halları təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali)-yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur (Qaydaların 8.33-cü bəndi). Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən halları və qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Məhkəmə hesab edir ki, tərtib olunan akt qüsurlu olmaqla, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş və abonentin iştirakını təmin etmədən və evinə baxış keçirilmədən elektirk işlədicilərinin adları və sərfiyyatı müəyyən edilmədən dəyəri ödənilməmiş elektrik enerjisinin sərfinin miqdarını müəyyən etməklə, abonentin qəsdlə elektrik sayğacından kənar elektirik enerjisindən istifadə etməsini bildirməklə ehtimala əsaslanmış, habelə aktın tərtibi və borc hesablanması istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, abonent tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. İşə əlavə edilmiş 05 yanvar 2017-ci il tarixli, 050290 nömrəli aktın surətindən görünür ki, akt tərtib edilərkən iddiaçı olan abonent və ya onun ailə üzvünün iştirakı olmamış, akta iddiaçı tərəfindən imza edilməmiş, aktda abonent tərəfindən imza edilməkdən imtina edilməsi barədə heç bir qeyd aparılmamışdır. Cavabdeh isə iddiaçı tərəfindən mübahisələndirilən borcun qanuni əsaslarla yarandığını sübuta yetirə bilməmiş və aktda qeyd olunan şəxslərin məhkəmədə iştirakını təmin etməmişdir. Bununla da iddiaçıya məxsus ünvanda sayğacdan kənar elektrik enerjisindən istifadə etmənin mövcudluğunu və bu pozuntunun məhz abonentin təqsiri üzündən yarandığını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin göstərilən akt əsasında hesablanmış 384.83 (üç yüz səksən dörd manat səksən üç qəpik) manat borc məbləğinin 3,83 (üç manat səksən üç qəpik) manat hissəsi abonentin hesabından tutulmuş, lakin iddia tələbində hesablanmış 388 (üç yüz səksən səkkiz) manat borcun silinməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 384.83 (üç yüz səksən dörd manat səksən üç qəpik) manat borc məbləğinin 381 (üç yüz səksən bir) manat hissəsi İddiaçı abunə hesabından (abunə kodu: **********00004 olan) silinməli və abonentdən tutulan 3,83 (üç manat səksən üç qəpik) manat Azərişıq» ASC tərəfindən İddiaçı geri qaytarılmalıdır. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı istehlakçı olduğundan iddia ərizəsi verərkən dövlət rüsumu ödəməkdən azad edildiyi üçün dövlət rüsumu ödəməmişdir və iddia tələbinin təmin edilən hissəsinə münasibətdə dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, iddianın təin edilən hissəsinin qiyməti 384.83 (üç yüz səksən dörd manat səksən üç qəpik) manat olması nəzərə alındıqda, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 384.83 (üç yüz səksən dörd manat səksən üç qəpik) manat borc məbləğinin 381 (üç yüz səksən bir) manat hissəsi İddiaçı abunə hesabından (abunə kodu: **********00004 olan) silinsin və abonentdən tutulan 3,83 (üç manat səksən üç qəpik) manat "xxxx" ASC tərəfindən İddiaçı geri qaytarılsın. "xxxx" ASC-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar