Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1281/2024 07.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə arasında mediasiya prosesində xx.xx.2024-cü il tarixdə bağlanılmış barışıq sazişinin, yəni 14 oktyabr 2010-cu il təvəllüdlü X2 və 12 fevral 2012-ci il təvəllüdlü X3 həddi buluğa çatanadək saxlanılmaları üçün cavabdehin əmək haqqından hər uşağa 80 (səksən) manat, iki uşağa 160 (bir yüz altmış) manat aliment müəyyən olunması və tutulması, birgə nikahdan olan övladlarının həddi buluğa çatanadək saxlanılmalarına görə cavabdehin rəsmi iş yeri olan X8 aldığı əmək haqqından iki uşağa 160 (bir yüz altmış) manat olmaqla onun xeyrinə tutulması və onun Kapital Bank kartında olan hesab N-5239 1517 5675 5685 nömrəsinə xx.xx.2024-cü il tarixdən köçürməsinə dair xx.xx.2024-cü il tarixli barışıq sazişinin təstiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Gəncə şəhərində fəaliyyət göstərən, Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X4 iştirakı ilə 19 yanvar 2024-cü il tarixində bağladıqları barışıq sazişinə əsasən cavabdehlə birgə nikahlarından doğulmuş 14 oktyabr 2010-cu il tarixində X2 və 12 fevral 2012-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılması və uşaqların həddi buluğa çatanadək saxlanılmaları üçün cavabdehin əmək haqqından hər uşağa 80 manat, iki uşağa 160 manat aliment müəyyən olunması və tutulması, birgə nikahdan olan övladlarının həddi bulğa çatanadək saxlanılmalarına görə cavabdehin rəsmi iş yeri olan X8 aldığı əmək haqqından iki uşağa 160 manat olmaqla onun xeyrinə tutulması və Kapital Bank kartında olan hesab N-5239 1517 5675 5685 nömrəsinə xx.xx.2024-cü il tarixdən köçürməsi barədə cavabdehlə aralarında razılığa gəlmişlər. Lakin, Maraqlı şəxs götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edərək yetkinlik yaşına çatmamış uşaqlar üçün ödəməli olduğu alimenti ödəməkdən imtina edir. O, "Mediasiya Haqqında" Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsində müəyyən olunmuş müddəti keçirmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirdi ki, sosial yardım almaq üçün müraciət etmiş ona barışıq sazişinin təstiq edilməsi ilə bağlı qətnamə tələb etmişlər. Həmçinin Maraqlı şəxs götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edərək yetkinlik yaşına çatmamış uşaqlar üçün ödəməli olduğu alimenti ödəməkdən imtina edir. Odur ki, aralarında olan barışıq sazişinin təstiq edilməsini xahiş etmişdir. Maraqlı şəxs bildirdi ki, barışıq sazişinin şərtləri ilə bağlı heç bir narazılığı yoxdur. Hazırda barışıq sazişinin təsdiq edilməsinə heç bir etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2010cu il tarixdə doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2012ci il tarixdə doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan, mediasiya prosesinin nəticəsində mediator X4 iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, 1-ci tərəf iddiaçı Ərizəçi və 2-ci tərəf cavabdeh Maraqlı şəxs ilə Göygöl rayonu Qırıxlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx.xx.2010-cu il tarixdə 07 qeydiyyat nömrəsi ilə qeydə alınmış rəsmi nikahın “dərhal pozulması, məhkəmənin əlavə vaxtının verilməməsi barədə” iddia predmeti üzrə hər iki tərəf razılığa gəlmiş, birgə nikahdan doğulmuş iki övladın xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 ananın himayəsində saxlanılması və və uşaqların həddi buluğadək saxlanılmaları üçün cavabdehin əmək haqqından hər uşağa görə 80 manat olmaqla iki uşağa 160 manat aliment müəyyən olunması və tutulması barədə cavabdeh Maraqlı şəxs təklifi ilə iddiaçı Ərizəçi razılaşması, birgə nikahdan olan övladlarının həddi buluğa çatanadək saxlanılması üçün hər ay cavabdehin rəsmi iş yeri olan X9 Limanında aldığı əmək haqqından xx.xx.2024-cü il tarixdən iki uşağa görə 160 manat olmaqla iddiaçı Ərizəçi xeyrinə tutulması və iddiaçının Kapital Bankda olan 5239 1517 5675 5685 nömrəli kart hesabına köçürülməsi barədə tərəflər arasında qarşılıqlı razılaşma əldə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Tərəflər arasında qanunvericiliyə uyğun olaraq könüllü şəkildə xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanılmış, barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi icra olunmamışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün müraciət edə bilər. Buna görə ərizəçinin barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi əsaslı hesab edildiyindən təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırki barışıq sazişinin təsdiq olunması barədə qətnamə alimentin tutulması ilə bağlı olduğundan qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı cavabdehdən həmin məhkəmə xərclərini tələb etmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış, “14 oktyabr 2010-cu ildə doğulmuş X2 və 12 fevral 2012-ci ildə doğulmuş X1 üçün ataları Maraqlı şəxs 30 yanvar 2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 80 (səksən) manat olmaqla cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi hesabına ödəyəcəyinə dair” xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-1281/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1281/2024
07.10.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver