Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1318/2023 28.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi İddiaçı və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Göygöl şəhərində 28 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ İddiaçı məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qaşı iddia qaldırıb Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,08 ha həyatyanı torpaq sahəsi və onun üzərində tikilmiş 36.1 kvm-dən ibarət olan yaşayış evindən 3000 (üç min) manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi, uşaqları və əşyaları ilə birlikdə evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,08 ha həyatyanı torpaq sahəsi və onun üzərində tikilmiş 36.1 kvm-dən ibarət olan yaşayış evi onun mülkiyyətidir. Cavabdeh1 onun oğlu və Cavabdeh2 oğlu Rasimin həyat yoldaşıdır. 2015-ci ildə oğlu Rasim məhkəmənin hökmü ilə azadlıqdan məhrum etnə cəzasına məhkum edildiyindən tək qalmasınlar deyə cavabdeh gəlini Cavabdeh2 uşaqlrı ilə birlikdə evnə gətirmişdir. Həmin vaxtdan Sevda uşaqları ilə birlikdə onun evində yaşayır.Sevda dəfələrlə onu döymüş, xx.xx.2018-ci ildə ona bıçaqla xəsarət yetirmişdir.Cavabdeh2 cinayət əməlinə görə Göygöl rayon məhkəməsinin 29 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 3 ay islah işi cəzası ilə cəzalandırılmışdır. Oğlu Cavabdeh1 2022-ci ildə həbsdən azad edilmiş və onun evinə gələrək ailəsi ilə birlikdə yaşamağa başlamışdır. Cavabdeh2 yenə də onunla yola getməmiş onu ölümlə hədələmişdir. Oğlu Rasim isə həmişə həyat yoldaşını haqlı çıxarmışdır.Cavabdehlərlə bir evdə yaşamaq qeyri mümkündür.Dəfələrlə cavabdehlərdən evindən çıxmalarını tələb etsə də cavabdehlər ona əhəmiyyət verməmişlər. Cavabdehin hərəkətlərinə dözə bildəyindən onların bir evdə yaşamaları mümkün olmadığından, məhkəmədə həmin iddianı qaldırmaq məcburiyyətində qadmışdır. Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,08 ha həyatyanı torpaq sahəsi və onun üzərində tikilmiş 36.1 kvm-dən ibarət olan yaşayış evindən 3000 (üç min) manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi, uşaqları və əşyaları ilə birlikdə evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı vəkili Vəkil eyni məzmunda izahat verərərk idddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, Daşkəsən rayonunda anadan olmuşdur. Uzun müddətdir ki, ailəsi ilə birlikdə mübahisəli evdə yaşayır. Yaşamağa başqa yeri yoxdur.Anası İddiaçı onlarla yola getmir. İddiaçı 15000 mantat verərsə evdən çıxar.İddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2003-cü ildə həmin evə gəlim gəlmişdir. Üç uşağı həmin evdə doğulub böyümüşdür. O gəlin gələrkən həmin ev quru daxma olmuşdur Sonradan onun özü qohumlarının köməkliyi ilə iki otaq tikdirmişdir. 20 ildir ailəsi ilə həmin evdə yaşayır. Başqa yaşayış yeri yoxdur. İddianın rədd edilməsini xahiş edir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Göygöl rayonu Üçtəpə kəndində 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 36.1 kvm-dən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydə alınmışdır. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını ətraflı araşdırıb aşağıdakılara görə iddianı əsaslı hesab etmir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olur ki, mübahisəli ev İddiaçı mülkiyyətidir. Cavabdeh1 iddiaçının oğlu digər Cavabdeh2 isə gəlinidir.Cavabdeh2 həmin evə gəlin köçmüş, həmin ünvanda 3 uşaqları doğulmuşdur. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını ətraflı araşdırıb aşağıdakılara görə iddianı əsaslı hesab etmir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçının təklif etdiyi 3000 manat kompensasiya ilə cavabdeh tərəfə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermədiyindən iddianın təmin edilməməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olur ki, mübahisəli ev İddiaçı mülkiyyətidir. İddiaçının oğlu cavabdeh Rasım Həsənov həmin evdə anası İddiaçı iulə birlikdə yaşamış, Cavabdeh2 2003-cü ildə Cavabdeh1la ailə qurub mübahisəli evə gəlin köçmüş, həmin ünvanda 3 uşaqları doğulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinın R.Ağalarovun şikayəti üzrə Aərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında deyilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki və siyasi hüquqlar haqqında Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas, ayrılmaz və mühüm hüquqlardan biridir. İnsan hüquqlarınının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına 1 saylı əlavə Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mənaesiz istifadə hüququna malikdir. Heç kəs ictimai maraqlar naminə mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətlənirilərkən bir qayda olaraq əsaslı şübhələrdən kənar standartlar tətbiq edilir. Həmin Məkəməninin “X1rşı” iş üzrə qəbul etdiyi qərarda deyilir: “...ədalət mühakiməsənin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iddiaçı tərəfin yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə görə cavabdeh tərəfə təklif etdiyi kompensasiyanın miqdarını nəzərə alaraq belə nəticəyə gəlir ki, 3000 manat cavabdeh tərəfə mülkiyyətçinin hesabına davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermədiyindən iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 230, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,08 ha həyatyanı torpaq sahəsi və onun üzərində tikilmiş 36.1 kvmdən ibarət olan yaşayış evindən 3000 (üç min) manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi, uşaqları və əşyaları ilə birlikdə evdən çıxarılmaları tələbinə dair iddiası təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-1318/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1318/2023
28.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver