Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1332/2023 14.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə Sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Göygöl şəhərində 14 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 okytabr 1997-ci il tarixli 15 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş 0,20 ha həyətyanı torpaq sahsinə dair JN-002F, KOD 50808005 nömrəli şəhadətnamədə yazılmış “X4” Aslanova (Rəhimova) Zürubə Bares qızı olmaqla qeyd olunan şəhadətnamənin ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edib göstərdi ki, xx.xx.1981-ci ildə Ermənistn Respublikası Vardenis rayonunun Sovetkənd kəndində anadan olmuşdur.Soyadı Aslnova adı Zürubə atasının adı Baresdir.Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 okytabr 1997-ci il tarixli 15 saylı qərarı ilə Göygöl rayonunun Quşçu kəndi ərazisində yerləşən 0,20 ha həyətyanı totpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair JN-002F, KOD 50808005 nömrəli şəhadətnamədə adı Zürubə əvəzinə səhvən Zərubə, atasının adı Bares əvəzinə Baris kimi yazılmışdır. Budan əlavə şəhadətnamədə soyadı nikah soyadı Rəhimova kimi yazilmişdir. Həmin səhvlərə görə torpağa dair sənədləşmə işlərini qaydasına sala bilmədiyindən və eləcə də mülkiyyət hüququ pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 okytabr 1997-ci il tarixli 15 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş 0,20 ha həyətyanı torpaq sahsinə dair JN-002F, KOD 50808005 nömrəli şəhadətnamədə yazılmış “X4” Aslanova (Rəhimova) Zürubə Bares qızı olmaqla qeyd olunan şəhadətnamənin ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlanldırılmasına baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X2, X8 və X6 məhkəmə iclasında ifadə verərək göstərdilər ki, Ərizəçi ilə həm qohum həm də həmkəndlidirlər. Göygöl rayonu Quşçu kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi ərızəçi Ərizəçi və eləcədə ailə üzvülərinin mülkiyyətidir. Həmin torpaq sahəsinə dair şəhadətnamədə ərizəçinin adı Zürubə əvəzinə səhvən Zərubə, atasının adı Bares əvəzinəsəhvən Baris kimi yazılmışdır. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN-002F KOD 50808005 nömrəli Şəhadətnamədə Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 31 okytabr 1997-ci il tarixli 15 saylı qərarına əsasən X3, X4 və X5 mülkiyyətinə fərdi yaşayış evinin ikintisi məqsədi ilə 0,20 ha torpaq sahəsi verilməsi göstərilmişdir. İşə əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci ildə anadan olmuşdur. İşdə olan Göygöl rayon Quşçu kəndi üzrə İƏD-üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 5-47-22/3-2/80 nömrəli arayışında Ərizəçi Göygöl rayonunun Quşçu kəndində yaşadığı və xx.xx.2004-cü il tarixli AZ-1 №089757 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X7 ilə nikah qeydiyyatına düşmüş , Ərizəçi nikah qeydiyyatına düşməsinə baxmayaraq öz ata soyadında qaldığl göstərilmışdır. İşdə olan Göygöl rayon Quşçu kəndi üzrə İƏD-üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 5-47-22/3-2/81 nömrəli arayışında Ərizəçi Göygöl rayonunun Quşçu kəndində yaşadığı və Torpağın Mülkiyyətə Verilməsinə dair JN-002F KOD 50808005 nömrəli Şəhadətnamədə texniki səhv olaraq soyadı,adı ,atasının adının səhvəh X1 yazıldığı göstərilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli 3-21-3/2- 7346/202 nömrəli bildirişdə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-002F KOD 50808005 nömrəli Şəhadətnamədə hüquq sahiblərindən birinin adının qeyd olunduğu və Ərizəçi ilə şəhadətnamədədə göstərilən X4 eyni şəxs olmalarını təsdiq edən sənəd (məhkəmə qətnaməsi olmadığından ərizənin icrasının mümkün olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.5-ci maddələrinə əsasən məhkəmə sənədin şəxsə məxsus olması barədə hüquq faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual-Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 okytabr 1997-ci il tarixli 15 saylı qərarı ilə verilmiş 0,20 ha həyətyanı torpaq sahəsinə dair Torpağın Mülkiyyətə Verilməsinə dair JN-002F KOD 50808005 nömrəli Şəhadətnamənin “X9”yazəlmış hissəsinin Aslanova (Rəhimova) Zürubə Bares qızına məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 okytabr 1997-ci il tarixli 15 saylı qərarı ilə verilmiş 0,20 ha həyətyanı torpaq sahəsinə dair Torpağın Mülkiyyətə Verilməsinə dair JN-002F KOD 50808005 nömrəli Şəhadətnamənin “X9”yazılmış hissəsinin Aslanova (Rəhimova) Zürubə Bares qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-1332/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1332/2023
14.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver