Məhkəmə qərarları › İş №2(066)-1340/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1340/2023

12.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1340/2023 12.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Ərizəçi, onun vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə Sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Göygöl şəhərində 12 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : Ərizəçi oğlu məhkəməyə ərizə ilə müraciət edərək Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1567A, KOD-50801004 saylı X3 yazılmış hissəsinin ona yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edib göstərdi ki, doğum şəhadətnaməsində soyadı Nəzərova adı Mətanət atasının adı Qoşqardır. 05 mart 1993-cü il tarixdə X10 ilə nıkaha daxil olarkən Nəbiyeva soyadını götürmüdür. Belə ki şəxsiyyətini təsdiq edən sənədlərində soyadı Nəbiyeva adı Mətanət atasının adı Qoşqardır. Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli 01 saylı qərarına əsasən onun mülkiyyətinə fərdi yaşyış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,06 ha torpaq sahəsi verilmişdir. Bu barədə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1567A, KOD-50801004 nömrəli Şəhadətnamədə onun soyadı Nəbiyeva əvəzinə səhvən Nəzərova kimi yazılmış, ata adı isə yazılmamışdır. X6 Mətanət kimi yazılmışdır. Şəhadətnamədə yol verilmiş həmin səhvlərə görə torpağa dair rəsmiləşdirmə işləri apara bilmədiyindən və eləcə də mülkiyyət hüququ pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1567A, KOD- 50801004 nömrəli X3 yazılmış hissəsinin ona yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil eyni məzmunda izahat verərər ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlanldırılmasına baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 və X11 məhkəmə iclasında ifadə verərək Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1567A, KOD 50801004 nömrəli Şəhadətnamədə göstərilən Nəzərova Mətanətlə Ərizəçi eyni şəxs olması faktını təsdiq etdilər. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1567A, KOD 50801004 nömrəli Şəhadətnamədə Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli 01 saylı qərarına əsasən Nəzərova Mətanətin mülkiyyətinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,06 ha torpaq sahəsi verilməsi göstərilmişdir. İşdə olan İİİ-JQ seriyalı 304206 nömrəli doğum şəhadətnaməsinin surətindən görünür ki, X5 xx.xx.1974-cü ildə Xanlar rayonunun Köşkü kəndində anadan olmuşdur. X2 anası isə X8r. İşdə olan Vİ-JQ seriyalı 296876 nömrəli nigah şəhadətnaməsinin surətindən görünür ki, X11 ilə X4 nigahları xx.xx.1993-cü ildə Xanlar rayon VVAQ şöbəsində 36 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Nəbiyev ,arvada Nəbiyeva soyadı verilmişdir. İşə əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə Xanlar rayonunun Köşkü kəndində anadan olmuşdur və ünvan 1 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.5-ci maddələrinə əsasən məhkəmə sənədin şəxsə məxsus olması barədə hüquq faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual-Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1567A, KOD-50801004 saylı X3 yazılmış hissəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-1567A, KOD-50801004 saylı X3 yazılmış hissəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar