Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1360/2023 30.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və Ərizəçinın iştirakı ilə, Ərizəçinın sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-2191A, KOD-50801004 saylı şəhadətnamənin Ərizəçi yazılmış hissəsinin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Ərizə icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ərizəçinin şəxsiyyətinin təsdiq edən sənədlərində soyadı Verdiyev, adı Mübariz, atasının adı Tahirdir. Xanlar (Göygöl) rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarına əsasən ərizəçinin mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,06 ha torpaq sahəsi verilmişdir. Bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN-2191A, KOD 50801004 saylı şəhadətnamə vardır. Həmin şəhadətnamədə onun soyadı və adı yazılmış, atasının adı isə yazılmamışdır. Belə ki, Ərizəçi əvəzinə səhvən Ərizəçi kimi yazılmışdır. Həmin səhvin mövcudluğu ərizəçinin mülkiyyət hüququnu pozduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında ərizəni müdafiə etdiyini, qeyd olunan JN-2191 saylı şəhadətnamədə atasının adının səhvən yazılmamasını, ona görə də rəsmiləşdirmə işləri apara bilməməsini, bu səbəbdən məhkəmədə məcbur olub iddia qaldırmasını bildirdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 izahatında ərizəçi ilə qohum olmalarını, onun atasının adının Tahir olmasını, lakin ona verilən şəhadətnamədə Mübarizin atasının adının yazılmamasını bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 verdiyi izahatında şahid X11 ilə eyni məzmunda izahat verərək onun ifadəsini təsdiq etdi. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-2191A saylı, KOD 50801004 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» nin surətindən görünür ki, keçmiş Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı ilə 0.06 ha torpaq sahəsi Xanlar (indiki Göygöl) şəhər sakini Ərizəçi mülkiyyətinə verilmişdir. İş materiallarında olan fərdi yaşayış evi tikintisi üçün ayrılmış torpaqdan istifadə hüququna dair 30 iyul 1992-ci il tarixli aktın surətindən görünür ki, Xanlar rayon İcra hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi X3 şəxsində Xanlar rayon İcra Hakimiyyəti Başçısının 25 fevral 1992-ci il tarixli 110 nömrəli sərəncamına əsasən vətəndaş Ərizəçi yaşayış evi tikmək məqsədilə 4 küçəsində 59 nömrə fasadı 20.0 metr, arxa cəhəti 20.0 metr, sağ cəhəti 30.0 metr, sol cəhəti 30.0 metr olmaqla 0.06 ha müddətsiz istifadə etmək üçün torpaq sahəsi ölçülüb təhvil verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1968-ci ildə Xanlar (indiki Göygöl) şəhərində anadan olmuşdur. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X2 nikahları 24 avqust 1990-cı il tarixdə Xanlar rayon VVAQ şöbəsində 99 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Verdiyev, arvada Verdiyeva soyadı verilmişdir. İş materiallarında olan 29 dekabr 2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 26 dekabr 2008-ci ildə ölmüşdür. İş materiallarında olan 27 mart 2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 19 mart 2013-cü ildə ölmüşdür. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 06 sentyabr 2023-cü il tarixli ərizəçiyə ünvanlanmış məktubdan görünür ki, torpağın mülıkiyyətə verilməsinə dair JN-2191A saylı şəhadətnamədə “Ərizəçi” kimi qeyd olunduğu və Ərizəçi ilə sənədlərdə qeyd olunmuş “Ərizəçi” eyni şəxs olmasını təsdiq edən sənədin ərizəçi tərəfindən təqdim edilmədiyi müəyyən edilmişdir. Araşdırma zamanı faktiki olaraq torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi arasında uyğunsuzluğun olduğu, belə ki, Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən faktiki olaraq 6.23 kv.m hissəsinin başqa səxsin mülkiyyətində olan hüquqları qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Göygöl RPŞ tərəfindən verilmiş AZE seriyalı, 0******* nömrəli, xx.xx.2018-ci il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Xanlar (Göygöl) şəhərində anadan olmuş və Göygöl şəhəri A.Şadlinski küçəsi ev 26-da qeydiyyatdadır. İş materiallarında olan Göygöl Mənzil Kommunal X1 07 avqust 2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi ünvan 2 ünvanda yaşayış qeydiyyatındadır və hal-hazırdan ünvan 3nzildə qeydiyyatsız yaşayır. Göründüyü kimi Xanlar (Göygöl) şəhərində 0.06 ha həyətyanı torpaq sahəsi Ərizəçi xüsusi mülkiyyətidir və bu JN-2191A saylı, KOD 50801004 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə rəsmiləşdirilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, JN-2191A saylı, KOD 50801004 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə» texniki səhv olaraq Ərizəçi əvəzinə səhvən «Ərizəçi» kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə məhkəmə ərizəçinin gətirdiyi dəlilləri həqiqətə uyğun hesab edərək, tələb üzrə hüquqi faktın müəyyən edilərək ərizəçinin hüququnun bərpa edilməsi baxımından ərizənin təmin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ərizəçiyə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307.2.11 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. JN-2191A saylı, KOD 50801004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə «Ərizəçi» olan hissəsinin «Ərizəçi» məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-1360/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1360/2023
30.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver