Məhkəmə qərarları › İş №2(066)-1371/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1371/2025

29.09.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1371/2025 29.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsinə” dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx/xx/2024-cü il tarixli, MŞG/MT033/2024-00403 nömrəli barışıq sazişini təsdiq edilərək, Maraqlı şəxsAsif oğlu ilə birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayın 30dək hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat alimentin tutulmasına dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs ilə xx.xx.2013-cü ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 doğulmuş, bundan sonra Göygöl rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Aliment tələbi ilə bağlı Gəncə şəhəri Atatürk prospekti 261-də yerləşən Gəncə 2 saylı Mediasiya Təşkilatına müraciət etmiş, mediator X4 aliment tələbinə dair mübahisəyə baxmış, onların arasında 26 iyul 2024-cü il tarixli, MŞG/MT033/2024-00403 nömrəli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən onların birgə nikalarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat alimentin hər ayın 30-u tarixində ata Maraqlı şəxs tərəfindən onun adına olan bank kart hesabına (4169 7388 4164 1925) ödənilməsinə dair tərəflər qarşılıqlı razılığa gəlmiş, Maraqlı şəxs qeyd olunan məbləğdə alimenti hər ay vaxtlı-vaxtında ödəməyi öhdəlik götürmüşdür. Cavabdeh barışıq sazişi müqaviləsindən sonra 2024-cü ilin avqust ayı 400 manat və 2024-cü ilin dekabr ayında 400 manat olmaqla aliment pulunu ödəmiş, digər aylar isə aliment pulunu ödəəkdən imtina etmişdir. Maraqlı şəxs barışıq sazişinin tələblərini pozaraq uşaqların saxlanılması üçün aylıq müəyyən edilmiş 400 manat pulu, yəni 2024-cü ilin sentyabr, oktyabr, noyabr, 2025-ci ilin yanvar, fevral və mart ayları olmaqla 2400 manat aliment pulunu ödəməmişdir. Bu müddət ərzində cavabdeh övladlarının necə yaşaması ilə maraqlanmamış, onların tərbiyyəsi ilə məşğul olmamış və o da təkbaşına övladlarının saxlanılmasında çətinlik çəkmişdir. Uşaqların bütün qayğılarını, ehtiyaclarını tamamilə özü çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət vəqayğı göstərmir, uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Cavabdeh Azərişıq ASC-nin Qərb Regional enerji təchizatı və satışı idarəsində baş mütəxəssis işləyərək kifayət qədər yüksək gəlir əldə edir. Cavabdeh barışıq sazişini icra etməyərək alimenti ödəməkdən yayındığından uşaqları saxlamaqda maliyyə çətinlikləri ilə qarşılaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-5021/2025 saylı qərardadı ilə Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiqinə dair ərizəsi üzrə 2(125)- 5021/2025 nömrəli mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra Ərizəçi məhkəməyə tələbin dəqiqləşdirilməsi bardə ərizə təqdim edərək, məhkəməyə ərizə ilə müraciət edərkən ödədiyi dövlət rüsumu 100 manatı dövlət rüsumunun Maraqlı şəxs tutulub onun xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək və ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Maraqlı şəxslə ayrı yaşayırlar. Nikahları məhkəmə qaydasında pozulmuş, hazırda uşaqları onun yanında yaşayır. Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməmişdir. Cavabdeh uşaqları ilə maraqlanmır və uşaqlarını baxmır. Uşaqların saxlanılmasında tək ana kimi çətinlik çəkir. Odur ki, aralarında olan barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Həmçinin iş üzrə dövlət rüsumunun Maraqlı şəxs tutulub onun xeyrinə ödənilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iş üzrə Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən ərizəçinin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Göygöl rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli, AZ-İİİ seriyalı, 713201 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2016-ci ildə Gəncə şəhəri, Kəpəz rayonunda anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 2016-cı ilin fevral ayının 13-cü günündə 70 nömrəli qeyd aparılmışdır. (atası Maraqlı şəxs, anası isə Ərizəçidır). İş materiallarına əlavə edilmiş Göygöl rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİİ seriyalı 918464 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci ildə Gəncə şəhəri, Kəpəz rayonunda anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 2017-cı ilin iyul ayının 12-ci günündə 133 nömrəli qeyd aparılmışdır. (atası Maraqlı şəxs, anası isə Ərizəçidır). İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu ildə doğulmuş və Azərbaycan Respublikasının vətəndaşıdır. İş materiallarında olan, mediasiya prosesinin nəticəsində mediator X1 iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli, MŞG/MTO33/2024-00403 nömrəli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs aralarında birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat alimentin hər ayın 30-u tarixində ata Maraqlı şəxs tərəfindən ana Ərizəçi adına olan bank kart hesabına (4169 7388 4164 1925) ödənilməsinə dair tərəflər qarşılıqlı razılığa gəlmiş, 2-ci tərəf Maraqlı şəxs qeyd olunan məbləğdə alimenti hər ay vaxtlı-vaxtında ödəməyi öhdəlik götürməsi barədə tərəflər arasında qarşılıqlı razılaşma əldə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Tərəflər arasında qanunvericiliyə uyğun olaraq könüllü şəkildə xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanılmış, barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi icra olunmamışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün müraciət edə bilər. Buna görə ərizəçinin barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi əsaslı hesab edildiyindən təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırki barışıq sazişinin təsdiq olunması barədə qətnamə alimentin tutulması ilə bağlı olduğundan qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün 100 (bir yüz) manat dövlət rüsumu ödənildiyindən və ərizəçi maraqlı şəxsdən həmin məhkəmə xərclərini tələb etdiyindən, məhkəmə xərci olaraq 100 (bir yüz) manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış, “Ərizəçi və Maraqlı şəxs aralarında birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat alimentin hər ayın 30-u tarixdə ata Maraqlı şəxs tərəfindən ana Ərizəçi adına olan bank kartı hesabına (4169 7388 4164 1925) ödənilməsinə dair” xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Məhkəmə xərci olaraq Maraqlı şəxs 100 (bir yüz) manat alınaraq Ərizəçi verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar