Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1376/2023 24.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçinın sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-578A KOD 50800016 saylı şəhadətnamədə Cannıyeva Gözəl yazılmış hissəsinin 10 sentyabr 2018-ci il tarixdə vəfat etmiş ərizəçinin anası X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Ərizə icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1997-ci il tarixli, 17 saylı qərarına əsasən ərizəçinin anası X2nın mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,06 ha torpaq sahəsi verilmişdir. Anasının şəxsiyyətini təsdiq edən sənədlərində soyadı Commiyeva, adı Qozel, atasının adı Taqandurovna olmasına baxmayaraq həmin torpaq sahəsinə dair verilmiş JN- 578A, KOD-50807005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun soyadı Commiyeva əvəzinə səhvən Cannıyeva, adı Qozel səhvən Gözəl kimi yazılmış, atasının adı isə yazılmamışdır. Ərizəçinin anası X2 10 sentyabr 2018-ci il tarixdə vəfat etmişdir. Şəhadətnamədə mövcud olan həmin səhvlərə görə ərizəçi vərəsəlik işlərini qaydasına sala bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil izahatında ərizəni müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 verdiyi izahatında ərizəçinin qonuşusu olmasını, özünün Göygöl rayonunun Hacıməlik qəsəbəsində yaşamasını, ərizəçinin və onun anasının mesxeti türk olmalarını, sonradan gəlib burada yaşamalarını, ərizəçinin anasının soyadının və adının torpağa dair sənədlərdə səhv yazılmasını qeyd etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 izahatında şahid X3 ilə eyni məzmunda izahat verərək onun ifadəsini təsdiq etdi. Məhkəmə ərizəçinin nümayəndəsinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-578A saylı, KOD 50800016 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» nin surətindən görünür ki, keçmiş Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1997-ci il tarixli, 17 saylı qərarı ilə 0.06 ha torpaq sahəsi Xanlar (indiki Göygöl) rayonu Hacıməlik qəsəbə sakini Cannıyeva Gözəlin mülkiyyətinə verilmişdir. İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 12 oktyabr 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 10 sentyabr 2018-ci ildə ölmüşdür. İş materiallarında olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Hacıməlik qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08 avqust 2023-cü il tarixli arayışından görünür ki, X2 xx.xx.2018-ci il vəfat edib. Göygöl rayonunun Hacıməlik qəsəbəsində JN- 578A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhv olaraq Cannıyev Gözəl kimi yazılmışdır. Göründüyü kimi Xanlar (Göygöl) rayonunun Hacıməlik qəsəbəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi Cannıyeva Gözəlin xüsusi mülkiyyətidir və bu JN-578A saylı, KOD 50800016 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə rəsmiləşdirilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, JN-578A saylı, KOD 50800016 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə» texniki səhv olaraq X2 əvəzinə səhvən «Cannıyeva Gözəl» kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə məhkəmə ərizəçinin gətirdiyi dəlilləri həqiqətə uyğun hesab edərək, tələb üzrə hüquqi faktın müəyyən edilərək ərizəçinin hüququnun bərpa edilməsi baxımından ərizənin təmin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ərizəçiyə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307.2.11 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. JN-578A saylı, KOD 50800016 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə «Cannıyeva Gözəl» olan hissəsinin «X2» ya məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-1376/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1376/2023
24.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver