Məhkəmə qərarları › İş №2(066)-1381/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1381/2025

17.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1381/2025 17.12.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və nümayəndəsi (arvadı) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasındabaxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh RQİİ-n vəzifəli şəxslərinin ona qanunsuz hesabladıqları 1555,20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat məbləğin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Göygöl rayonun Cümşüdlü kəndində yerləşən yaşayış evi **********00000 saylı Abonent kodu əsasında PQ-4, tipi 4 gözlü qaz plitəsi, hamamda peç və istilik sistemindən istifadə edir. Evə Elster G-4T Diafraqma ******* nömrəli sayğac quraşdırılmışdır. 30 mart 2023-cü il tarixdə, “AZƏRQAZ” İB-n Gəncə RQİİ-nin əraziyə nəzarət edən əməkdaşları yaşayış evinə quraşdırılan qaz sayğacın istismar müddəti bitdiyinə, eləcə də yeni sayğacların quraşdırılması ilə əlaqədar, qaz sayğacı dəyişdirilməli olduğunu bildirmişlər. O, heç bir etiraz etmədən işləri ilə məşğul olmasını bildirmiş, “AZƏRQAZ” İB-n Gəncə RQİİ-nin əməkdaşları sayğaca baxış keçirmişlər, heç bir müdaxilə olumadığını bildirmişlər, sonra sayğacı dəyişdirmişlər. Bu barədə imza etməsini xahiş etmişlər, təqdim olunmuş sənədə imza etmişdir. Onlar daima olaraq istifadə etdikləri təbii qazın dəyərini tam ödəmişdir. Bu ödəmə hər ay nəzarətçi tərəfındən sayğaca baxış keçirib, nəzarət etmişlər. Onlar sayğacı dəyişib getmişlər. Sonradan ona məlum olmuşdur ki, 1555,20 (bir min beş yüz əlli beş manat 20 qəpik) manat zərər hesablamışlar. Bu yanlış bir göstəricidir. O, yaşlı adam bu qədər qaz istifadə edə bilməz. “AZƏRQAZ” Gəncə RQİİ-nin əməkdaşları X11 X2 ******* nömrəli xx.xx.2023-ci il tarixli akt tərtib edərək, 1555,20 (bir min beş yüz əlli beş manat 20 qəpik) manat borc hesablamışlar. Lakin borcun yaranmasında, onun günahının nədən ibarət olmasını göstərməmişlər. Bu bocun hesablanmasında onun heç bir günahı yoxdur. “AZƏRQAZ” Gəncə RQİİ- si, güman edir ki, o, 1555,20 (bir min beş yüz əlli beş manat 20 qəpik) manat həcmdə artıq qazı istifadə etmişdir. Bununla bağlı heç bir ilkin, möhtəbər subut təqdim etmir. Belə olan halda bu borc birmənalı silinməlidir. “AZƏRQAZ” RQİİ-nin vəzifəli şəxslərinin qanunsuz olaraq onun adına sərf etmədiyi qazı hesablamışlar, bu səbəbdən hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat 20 qəpik) manat məbləğin, silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (arvadı) Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, onlar ayba-ay borclarını keçirmişlər. Cavabdeh təşkilatın nümayəndələri gələrək sayğacı söküb aparmış və bir həftədən sonra onlara cərimə hesablanmışdır. Onlar sayğaca heç bir müdaxilə etməmişlər. Əlavə olaraq bildirdi ki, sayğac sökülərkən onlara işləməməsini bildirmişlər. İmkanları olmadığından məhkəməyə müraciət edə bilməmişlər. Sayğac aparılarkən qablaşdırılmamış, sadəcə götürüb aparmışlar. Sayğac sökülərkən onlara hər hansı irad bildirilməmiş sadəcə düzəldə bilmədiklərini demişlər. Həmin sayğac uzun müddət əvvəl quraşdırılmışdır. Sayğaca baxış keçirən zaman onları laborotoriyaya çağrılmamışlar. Sayğacın möhürləri üzərində olmuşdur. Həmçinin sayğac götürülən zaman qablaşdırılmamış, sadəcə avtomobilin yük hissəsinə qoyub aparmışlar. Onlara sayğaca baxış keçiriləcəyi bildirilməmiş və bununla bağlı hər hansı yerə dəvət edilməmişlər. Sayğacda gözlə görülən heç bir nöqsan olmamışdır. Onlara nəzarətçi tərəfindən çek yazılmış və onlar çekə baxdıqda heç bir ödəniş yazılmadığını görüb poçt şöbəsinə getmişlər və orada onlara Azəriqaza müraciət etmələri bildirilmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq cavabdeh təşkilatın nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçını və onun nümayənədsini (arvadını) dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğunda təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Xanlar rayon Balçılı kəndində anadan olmuşdur və Göygöl rayonu, Balçılı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nın Balçılı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-47-21/3-2-533/2023 saylı arayışdan görünür ki, İddiaçı Göygöl rayonu, Cümşüdlü kəndində yaşayır. İş materiallarına əlavə edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı Göygöl rayonu, Cümşüdlü kəndində yerləşən fərdi yaşayış evində Zinner G-4 markalı **********2 nömrəli sayğac növbədən kənar yoxlama zamanı əvəz olma əsası ilə çıxarılmış və Elster G-4 markalı ******* nömrəli sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş dəymiş ziyanın bərpasına dair 28 aprel 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3- 5-4229-1 nömrəli Aktına əsasən G-4 markalı, **********2 nömrəli sayğacın hesablama mexanizimi qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri aşkar edilmiş və cəmi 12960 m3 ziyan hesablanmışdır. İş materiallarına əlavə edilmiş, təbii qazdan istifadə X2 xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, abonent İddiaçı evinə quraşdırılan sayğaca ARDNŞ-i Azəriqaz İB-nin 14-2-2/3-5-4229-1 nömrəli məkubuna əsasən baxış keçirilmiş sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərinə və yuvasının ətrafında əzik-cızıq izləri olması, itirilmiş qazın həcminin hesablanmasının və dəymiş ziyanın hesablanaraq ödənilməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş abonentin (**********00000) saldosundan görünür ki, İddiaçı abonent hesabına 2023-cü ilin aprel ayı üzrə akt əsasında 1555,20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat borc hesablanmışdır. Məhkəmə baxışı zamanı iş materialları ilə müəyyən olundu ki, Cavabdeh Gəncə X10 İdarəsinin nümayəndələri abonent olan İddiaçı yaşadığı Göygöl rayonu, Cümşüdlü kəndində yerləşən evə quraşdırılmış Zinner G-4 markalı **********2 nömrəli sayğac növbədən kənar yoxlama zamanı əvəz olma əsası ilə çıxarılmış və Elister G-4 markalı ******* nömrəli sayğac quraşdırılmış, bundan sonra xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-4229-1 nömrəli Aktına əsasən G-4 markalı, **********2 nömrəli sayğacın qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri müəyyən edilmiş, Cavabdeh itirilmiş qaz sərfiyatına görə 1555,20 manat vurulmuş ziyan məbləği istehlakçının abonent hesabına hesablanmışdır. Cavabdeh aktı imzalamış əməkdaşları tərəfindən akt tərtib olunarkən abonentə və ya həmin evdə yaşayan ailə üzvlərinə sayğaca hər hansı müdaxilə olunması bildirilməmiş, köhnə sayğac çıxarıldıqdan dərhal sonra qablaşdırılıb üzəri möhürlənməklə ekspertizaya təqdim edilməsi üçün göndərilməsinə dair hər hansı bir tədbir görülməmiş, həmçinin sayğacının ekspertizadan keçirilərkən aşkarlanmış qüsurların yaranmasında abonentin ailə üzvləri və həmin evdə yaşayan şəxslərin təqsiri olması barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, bu halları təkzib edəcək hər hansı bir dəlillər cavabdeh tərəfindən irəli sürülməmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, müdaxilə edilməməsi üçün sayğacın üzərinə qoruyucu möhür vurulmuş, lakin köhnə sayğac çıxarılarkən müdaxilə olunması aşkar edilməmiş və abonentin ailə üzvlərinə bildirilməmişdir. Həmçinin sayğacının ekspertizadan keçirilərkən aşkarlanmış həmin qüsurun yaranmasında abonentin, ailə üzvləri və həmin evdə yaşayan şəxslərin təqsiri olması barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacında sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri gözlə görünən nöqsan olmaqla istismar müddəti qurtarmış sayğacın yenisi ilə əvəz edilərkən aşkar edilməməsi və akta göstərilməməsi, istehlakçıya nöqsan barədə bildirilməməsi sayğacda olan bu nöqsanın abonentin təqsirli hərəkətlərindən baş verməsini istisna edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmiş, qeyd edilən nöqsan barədə tərtib edilmiş akt sayğacı yenisi ilə əvəz etmiş şəxslər tərəfindən aşkar edilməmiş, sayğac xüsusi qablaşdırma olmadan götürülmüş, sayğacda olan zədənin abonentin təqsirindən və ya istismar müddəti bitməsindən yaranması barədə sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.4-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir Məhkəmə qeyd edilən akt və qərarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan əlavə, məhkəmə Cavabdeh Göygöl X9 İdarəsinin xx.xx.2023-cü il tarixli ******* nömrəli aktına əsasən abonent İddiaçı evinə quraşdırılan sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri qeydinin istehlakçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı evindən çıxarılmış qaz sayğacının xüsusi qablaşdırılmadan götürülməsi, ekspertizadan keçirilərək hansı mexanizminə müdaxilə olunmasını, bu müdaxilənin abonent tərəfindən edilməli bir hərəkət olmasını və qaz sərfiyyatının nə qədər itki ilə hesablamasını müəyyən etməməkdə cavabdeh səhvə yol vermiş və bu halları təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edilməmişdir, belə olan halda abonentin təqsiri üzündən qaz itkisinin olmasını qəbul edilməsi yol verilməzdir və iddiaçının təqsirli hərəkətləri nəticəsindən qeyd edilən nöqsanların yaranmasını təsdiq edən sübutları cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, Cavabdeh Gəncə X9 İdarəsinin abonent İddiaçı barəsində hesabladığı itirilmiş qaz sərfiyyatı kimi, 1555,20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat ziyan olaraq hesablanmış məbləğ İddiaçı abonent hesabından silinməlidır. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı istehlakçı olduğundan iddia ərizəsi verərkən dövlət rüsumu ödəməkdən azad edildiyi üçün dövlət rüsumu ödəməmişdir və iddia tələbi təmin edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Odur ki, 35,55 (otuz beş manat, əlli beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat borc məbləği abonent İddiaçı (**********00000) abunə hesabından silinsin. Cavabdehndən 35,55 (otuz beş manat, əlli beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar