Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-1384/2024 03.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab olunması və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli aktın və barəsində qanunsuz hesablanmış 1555 manat məbləğində cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Göygöl rayon Qızılqaya qəsəbəsində məxsus fərdi yaşayış evində olan qaz sayğacı (abonent kodu-2925046H400000) onun yəni, İddiaçı adınadır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2024-ci il tarixli aktla sayğaca baxış keçirilmiş və sərfıyyat aşması müəyyən edilmiş və ona 1555 manat cərimə hesablanmışdır. Aşağıdakılara əsasən hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2024-ci il tarixli akt və ona hesablanmış borc tam əsassızdır. Azəriqaz əməkdaşları sayğaca və qaz cihazlarına baxış keçirərkən iddia etdikləri sərfiyyat aşması xronometraj metodu ilə sayğacın 1 dəqiqədə keçən qazın həcminin maksimal qaz buraxma qabiliyyətindən aıtıq olması deməkdir. Lakin onlar heç bir ölçmə aparmadan istifadə edilməyən qaz cihazlarını hesabata aldılar. 4-lük qaz sayğacının maksimal saatlıq qaz buraxma qabiliyyəti 6 m3dir.(6*24*30=4320). Ay ərzində onun maksimum işlətdiyi qaz sərfi 3300 m3-dir. Bu da sərfıyyat aşmasına düşməyi qeyri mümkündür. Bu cür hallara yol verilməsi qeyri qanunidir. İşə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində aktın ləğv edilməsini qeyd etsə də, hazırda tələbini dəqiqləşdirərək iddia ərizəsində yalnız qanunsuz hesablanmış 1555 manat məbləğində cərimənin silinməsini xahiş edir. Məhkəmənin iclasında iştirak edən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, o, səhvən Göygöl Rayon Məhkəməsində iddia qaldırıb. Gəncə şəhər Nizami rayon Qızıl Qaya qəsəbəsində qeydiyyatda olduğu üçün mülki işin aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə əlavə olunmuş iddiaçıya aid şəxsi məlumatlar barədə elektron sorğulardan görünür ki, İddiaçı Gəncə şəhər, Nizami rayon, Qızıl Qaya qəsəbəsində qeydiyyatda olmaqla, hazırda faktiki yaşayış yeri Gəncə şəhər, Nizami rayon, Qızıl Qaya qəsəbəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1.-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2.-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.9.-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Məhkəmə iş üzrə iddiaçını dinləyib, məhkəmənin hazırki mərhələsini və ərzənin dəlillərini nəzərə alaraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli, mülki iş ərazi aidiyyəti üzrə iddiaçının yaşadığı yer üzrə məhkəməyə, yəni Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasənməhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263, 264, 403.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı qızının Cavabdehnə qarşı “aktın etibarsız hesab olunması və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrəmülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3, 407.1-407.3-cü maddələrinin tələblərinə riayət etməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-1384/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-1384/2024
03.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver