Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1389/2025 21.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X12 iclas katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3,1 saylı Gəncə Regional “Asan Xidmət Mərkəzi” Notariat Ofisi, 2 saylı Gəncə Regional “Asan Xidmət” mərkəzinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh3 qardaşıdır. X3 26 avqust 2021-ci il tarixdə Göygöl rayonunda, anaları X19 30 iyul 2010-cu il tarixdə Göygöl rayonunda ölmüşdür. X13 adına ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 137 kv.metr olan fərdi yaşayış evi, ünvan 3ində yerləşən 0,67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və X5 adına Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0,6729 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Hazırki halda İddiaçı Cavabdeh3 ona verdiyi etibarnamədən istifadə edərək bütün miras əmlakı qəbul etdiyini, bu əsasla vərəsəlik şəhadətnamələrinin və onun əsasında verilmiş çıxarışların etibarsız olmasını iddia edir.
Məhkəmədə icraat: 2.İddiaçı cavabdehlər Cavabdeh3,Cavabdeh2, 2 saylı X43 Xidmət mərkəzinə (maraqlı şəxs Göygöl rayon notariat ofisi) qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayon notariat ofisinin notariusu tərəfindən 18 oktyabr 2022-ci il tarixdə, 2V-183 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Gəncə “Asan xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən 11 mart 2024-cü il tarixdə, 2V-62 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 2 saylı Gəncə regional “Asan xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən 18 avqust 2022-ci il tarixdə, 2V-217 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, bununla bağlı Cavabdeh3 adına olan, 22 noyabr 2022-ci il tarixli, **********03 reyestr nömrəli, 06 mart 2024-cü il tarixli, **********04-10301 reyestr nömrəli və 08 sentyabr 2022-ci il tarixli, **********7 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0.6729 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 13 oktyabr 2022-ci il tarixli, **********03 reyestr nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X5 adına olmuşdur. Xəzangül Hacıyeva onun anasıdır. Anası 30 iyul 2010-cu ildə rəhmətə getmişdir. Ondan yuxarıda qeyd olunan daşınmaz əmlak miras qalmışdır. Bundan sonra Göygöl rayon notariat ofisinin 18 oktyabr 2022-ci il tarixli, 2V-183 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh3 keçmiş, ona 22 noyabr 2022-ci il tarixli, **********03 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 137 kv.metr olan fərdi yaşayış evi 06 mart 2024-cü il tarixli, **********04-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X13 adına olmuşdur. Firdus Hacıyev onun atasıdır. Atası 26 avqust 2021ci ildə rəhmətə getmişdir. Ondan yuxarıda qeyd olunan daşınmaz əmlak miras qalmışdır. Bundan sonra Gəncə “Asan xidmət” mərkəzində notariat ofisinin 11 mart 2024-cü il tarixli, 2V-62 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh3 keçmiş, ona 28 mart 2024-cü il tarixli, **********04-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən ünvan 3ində yerləşən 0.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-229, KOD 50805018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı X13 adına işlənmişdir. Firdus Hacıyev onun atasıdır. Atası 26 avqust 2021-ci ildə rəhmətə getmişdir. Ondan yuxarıda qeyd olunan daşınmaz əmlak miras qalmışdır. Bundan sonra 2 saylı Gəncə “Asan xidmət” mərkəzində notariat ofisinin 18 avqust 2022-ci il tarixli, 2V-217 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən torpaq sahəsi Cavabdeh3 keçmiş, ona 08 sentyabr 2022-ci il tarixli, **********26-06301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh3 onun bacısıdır. O, Rusiya Federasiyasına gedib gəldiyinə görə bacısına mülki etibarnamə vermişdir ki, onun Azərbaycan Respublikasında işləri olanda onu təmsil etsin. Lakin, o, bacısına etibarnaməni ata və analarından qalmış miras əmlakları öz adına keçirtməsinə görə verməmişdir. Cavabdeh olan bacısı Təhmınə Hacıyeva onun etibarından sui-istifadə edərək ona verdiyi etibarnamə əsasənda notariat kontorlarında onun əvəzindən miras əmlakdan öz xeyrinə imtina etmişdir. Bu isə Qanunvericiliyin tələbinə tam ziddir. Lakin, buna baxmayaraq cavabdeh olan bacısı Cavabdeh3 onun etibarından sui-istifadə edərək ona verdiyi etibarnamə əsasənda notariat kontorlarında onun əvəzindən miras əmlakdan öz xeyrinə imtina etmişdir. Halbuki, notariat kontorunun notariusları cavabdehə etibarnaməni hansı məqsədlə verdiyini müəyyən etmək üçün onunla əlaqə saxlamalı, miras qalmış əmlaklardan imtina edib-etmədiyini müəyyən etməliydilər. Lakin, notariat ofisinin notariusları onunla əlaqə saxlamamış, cavabdehə etibarnaməni hansı məqsədlə verdiyini müəyyən etməmişlər. Bir daha bildirir ki, o, atası və anasından qalmış miras əmlaklardan imtina etməmişdir. Cavabdeh olan bacısı miras qalmış əmlaklardan onun razılığı olmadan onun əvəzindən öz xeyrinə imtina etmişdir. Bu isə tam qanunsuzdur. Hesab edir ki, O, atası X23 və anası X5 vərəsəsi olduğuna görə, Göygöl rayon notariat ofisinin notariusu tərəfindən 18 oktyabr 2022-ci il tarixdə, 2V-183 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Gəncə “Asan xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən 11 mart 2024-cü il tarixdə, 2V-62 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 2 saylı Gəncə regional “Asan xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən 18 avqust 2022-ci il tarixdə, 2V-217 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və onun bütün hüquqi nəticələri ləğv edilməlidir. .4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil çıxış edərək bildirmişdir ki, iddianı müdafiə edirlər. Göygöl rayonu, Zurnabad kəndində yerləşən, eyni zamanda Çiçəkli və Hummel küçəsində yerləşən torpaq sahələri və fərdi yaşayış evi hüquqlarını müdafiə etdiyi İddiaçı və Cavabdeh3 atası və anasınındır. Onlara Zurnabad kəndində yerləşən 0,6729 ha torpaq sahəsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 137 kv m olan fərdi yaşayış evi və ünvan 3ində torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. İddiaçının ata və anası rəhmətə getmişdir. İddiaçı özü Rusiyada işlədiyinə görə, ora gedib-gəlir. Onların ailə münasibətləri həmişə yaxşı olmuşdur. O, Rusiyaya gedəndə hər dəfə bacısına etibarnamə verirmiş ki, birdən hər hansı hadisə baş verərsə, onu bacısı həll edə bilsin. Lakin, bacısı bu etibarnamədən istifadə edərək, həmin əmlakları öz adına keçirmişdir. Hesab edirlər ki, bu qanunsuzdur, cavabdeh etibardan sui-istifadə etmişdir. Ona görə də, iddianın təmin olunmasını xahiş edir. Xəzəngül xanım onların anasıdır, o rəhmətə getdikdə ataları sağ idi. İki əmlak 2022-ci ildə, bir əmlak isə 2024-cü ildə Təhminə xanıma keçir. Hummel küçəsində yerləşən ev onların ata evləri olmuşdur. Miras kütlə ilə bağlı hər hansı müraciət olmayıb, onların münasibətləri ailə kimi çox yaxşı olduğundan müraciət etməyi ehtiyac bilməyiblər. Məhkəmə araşdırmalarında da görünür ki, iki mülkdə xanım özünə çatası əmlaka şəhadətnamə istəməsinə baxmayaraq, notarial kontor ona miras əmlaka dair tam mülkün şəhadətnaməsini verib. 1 mülkdə isə iddiaçının bacısına verdiyi etibarnamədən istifadə edilib. Bacısı öz xeyrinə mülkdən imtina etmişdir. Hesab edirlər ki, bu qanun pozuntusudur. Məhkəmədən iddialarının tam təmin edilməsini xahiş edir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Digər cavabdehlər məhkəməyə ərizə göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağa haqlıdır.
Tətbiq edilən hüquq: 6.Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
7.Azərbaycan Respbulikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kim övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1243.1.Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2.Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255.Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263cü maddələri tətbiq edilir.
8.Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə:
9. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
10. Belə ki işin faktiki halıdır ki, İddiaçı Cavabdeh3 qardaşıdır. X3 26 avqust 2021ci il tarixdə Göygöl rayonunda, anaları X19 30 iyul 2010-cu il tarixdə Göygöl rayonunda ölmüşdür. Ata analarından miras əmlak kütləsi qalmış, vərəsələrin dairəsi isə yalnız İddiaçı və Cavabdeh3dır.
11. Hazırki halda İddiaçı Rusiya Federasiyasına gedib gəldiyinə görə bacısına mülki etibarnamə verdiyini, cavabdeh olan bacısı Cavabdeh3 onun etibarından sui-istifadə edərək ona verdiyi etibarnamə əsasında notariat kontorlarında onun əvəzindən miras əmlakdan öz xeyrinə imtina etdiyini iddia etmiş, vərəsəlik haqqında şəhadətnamələrin və onun əsasında verilmiş çıxarışlarının etibarsız hesab edilməsini tələb etmişdir.
12. Məhkəmə mirasın açılma vaxtı barədə ilkin olaraq qeyd edir ki, AZ-İ 372802 saylı ölüm haqqında şəhadətnamənin surətindən X19 30 iyul 2010-cu il tarixdə Göygöl rayonunda, AZ-İİ 184417 saylı ölüm haqqında şəhadətnamənin X23 26 avqust 2021-ci il tarixdə Göygöl rayonunda ölməsi müəyyən edilir. Məhz mirasın açıldığı vaxt miras qoyanın ölüm vaxtı olması əsası ilə həmin vaxt qüvvədə olan maddi normalar tətbiq edilməlidir.
13. Miras kütləyə qiymət verərkən nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0,6729 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8 məxsus olmuşdur. 14.Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarışa əsasən Xanlar şəhəri, Hummel küçəsində istifadəsində olan 0,03365 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 105,4 kv.m yaşayış, 31.6 kv.m köməkçi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X13 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. 15.“Torpağa mülkiyyət hüququna dair” JN-229 Kod 50805018 saylı dövlət aktında ünvan 3ində yerləşən 0.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X13 adına olduğu qeyd edilmişdir. Habelə, məhkəmə təşəbbüsü ilə təqdim edilən Göygöl rayon İHB-nın Zurnabad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş məktubda Çiçəkli kəndinin eynilə Zurnabad kəndi olduğu bildirilir.
16. Mülki Məcəllənin hazırkı işə tətbiq edilən 1246-cı və 1273-1-ci maddələrinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə görə, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.
17. İş materialına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Mingəçevir şəhər vəkil bürosunun vəkili Vəkil ünvanlanmış Daşınmaz əmlaka dair arayışın verilməsi barədə məktubda bildirilir ki, 1. Göygöl rayonu, Zurnabad kəndində yerləşən, ümumi sahəsi 115.8 kv.m olan qeyri-yaşayış binası 15 yanvar 2009-cu il tarixli, 50S012000084- 06301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X13 adına olmuşdur. Göygöl rayon dövlət notariat kontorunun 13 fevral 2012-ci il tarixli, 4Ə-1-79 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satılmış, ona 10 mart 2012-ci il tarixli, **********84-06301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 2. Göygöl rayonu, Zurnabad kəndində yerləşən ümumi sahəsi 76.3 kv.m fərdi olan yaşayış evi 01 oktyabr 1992-ci il tarixli, 253 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən X6 adına olmuşdur. Göygöl Rayon Məhkəməsinin 17 may 2012-ci il tarixli, 2(066)-417/2012 nömrəli İcra vərəqəsi və qətnaməsinə əsasən Cavabdeh3 (tik "B" və tik "C" bütövlükdə) və X13 (tik "A” bötüvlükdə) adlarına 11 oktyabr 2012-ci il tarixli, **********09-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Fərdi yaşayış evi Gəncə “ASAN xidmət" mərkəzində notariat kontorunun 21 noyabr 2017-ci ıl tarixli, 4Ə-2775 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X14 bağışlanmış, sonuncunun adına 19 iyul 2019-cu il tarixli, **********09-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 3. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən ünvan 3ində yerləşən 0.67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-229, KOD 50805018 saylı "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktı X13 adına işlənilmişdir. 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzində notariat ofisinin 18 avqust 2022-ci il tarixli, 2V-217 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən torpaq sahəsinə dair Cavabdeh3 08 sentyabr 2022-ci il tarixli, **********17 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 4.ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 27.1 kv.m olan qeyriyaşayış binası 06 aprel 2007-ci il tarixli, **********26-06301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X13 adına olmuşdur. Gəncə “ASAN xidmət" mərkəzində notariat ofisinin 31 may 2016-cı il tarixli, 4Ə-1454 reyestr nömrəli daşınmaz əmlakın alqı- satqı müqaviləsinə əsasən X2, ona 22 iyun 2016-cı il tarixli, **********26-06301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 5.ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 137 kv.m fərdi olan yaşayış evi 06 mart 2024-cü il tarixli, **********04-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X13 adınadır. Fərdi yaşayış evi Gəncə “ASAN xidmət" mərkəzində notariat ofisinin 11 mart 2024-cü il tarixli, 2V-62 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh3 keçmiş, ona 28 mart 2024-cü il tarixli, **********04-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 6. Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0.6729 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 13 oktyabr 2022-ci il tarixli, **********03 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X5 adına olmuşdur. Göygöl rayon notariat ofisinin 18 oktyabr 2022-ci il tarixli, 2V-183 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh3 keçmiş, ona 22 noyabr 2022-ci il tarixli, **********03 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
18. Cavabdeh3 qız tərəfindən Notariat Ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə göstərilmişdir ki, 26 avqust 2021-ci ildə atası Xanlar şəhəri, Təbriz küçəsi, ev 12 ünvanında yaşayan atası-X23 ölmüşdür. Mirasın tərkibi: “Bədoy” firmasından, ünvan 3i ünvanında yerləşon 0.67 ha torpaq sahəsindən və ünvan 6stifadədə olan 0,03365 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət ondan irs qalmış miras əmlakı qəbul edir və ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir.
19. Göygöl Mənzil-Kommunal Təsərüfatı İstehsalat Birliyinin rəisi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, X23, ölən bir günə kimi Göygöl şəhəri Hummel küçəsi 12 saylı evdə qeydiyyatda olmaqla yaşamış və 26 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra İddiaçı və Cavabdeh3 qalmışdır. Cavabdeh3 atasının sağlığında və ölümündən sonra hal-hazırda atasına məxsus olan ünvan 1 saylı evdə qeydiyyatda olmaqla yaşayır.
20. xx.xx.2022-ci il tarixli, 2V-217 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X9 məxsus olan Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0,67 ha olan torpaq sahəsi vərəsəlik qaydasında vərəsə ünvan 7 ünvanında qeydiyyatda olan Cavabdeh3 verilmişdir.
21. Cavabdeh3 qız tərəfindən Notariat Ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə göstərilmişdir ki, 26 avqust 2021-ci ildə atası Xanlar şəhəri, Təbriz küçəsi, ev 12 ünvanında yaşayan atası-X23 ölmüşdür. Mirasın tərkibi: “Bədoy” firmasından, ünvan 3i ünvanında yerləşon 0.67 ha torpaq sahəsindən və ünvan 6stifadədə olan 0,03365 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət ondan irs qalmış miras əmlakı qəbul edir və ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir.
22. xx.xx.2022-ci il tarixli, 2V-183 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X8 məxsus olan Göygöl rayonu, Zurnabad kəndində yerləşən ümumi sahəsi 0,6729 ha olan torpaq sahəsi vərəsəlik qaydasında ünvan 7 ünvanında qeydiyyatda olan vərəsə Cavabdeh3 tam hissədə verilmişdir.
23. Cavabdeh3 qız tərəfindən Notariat Ofisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə göstərilmişdir ki, 26 avqust 2021-ci ildə atası Xanlar şəhəri, Təbriz küçəsi, ev 12 ünvanında yaşayan atası-X23 ölmüşdür. Mirasın tərkibi: ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət ondan irs qalmış mirası qəbul edir və ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir.
24. xx.xx.2024-cü il tarixli, 2V-62 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X10 mias qalan ünvan 6stifadədə olan 0.0337 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 137 kv/m olan fərdi yaşayış evi vərəsəlik qaydasında ünvan 7 ünvanında qeydiyyatda olan Cavabdeh3 tam hissədə verilmişdir. 25.Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışda göstərilmişdir ki, Cavabdeh3 ünvan 8 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər- X24, X21, X30, X25 və X7r.
26. “Elektron notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışa əsasən ünvan 1 nömrəli evdə Cavabdeh3, X24, X16 və X17 qeydiyyatdadır.
27. xx.xx.2026-cı il tarixli Göygöl şəhəri Hummel küçəsi 18 nömrəli evdə yaşayan X20, Hummel 8 nömrəli evdə yaşayan X22, Hummel 20 nömrəli evdə yaşayan X4, Hummel küçəsi 22 saylı evdə yaşayan X26, Hummel küçəsi 8 saylı evdə yaşayan X27 öz imzaları ilə təsdqi edirlər ki, Cavabdeh3 xx.xx.1974-cü ildə Xanlar rayonu (indiki Göygöl şəhəri) Komsomol küçəsi, indiki Hummel 12 nömrəli evdə anadan olmuş və hal-hazırda ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Ata-anasının dəfn xərcini o çəkmişdir və kommunal xərci o ödəyir.
28. Məhkəmə qeyd edir ki, hazırki halda etibarsızlığı irəli sürülən hər üçxx.xx.2022-ci il tarixli, 2V-217 nömrəli, xx.xx.2022-ci il tarixli, 2V-183 nömrəli və xx.xx.2024-cü il tarixli, 2V-62 nömrəli nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə əsas miras kütləni faktiki qəbul edən vərəsənin müraciəti olmuşdur. Vərəsəlik işlərinə nəzər yetirildikdə İddiaçı notariat ofisinə mirasın qəbuluna dair hər hansı müraciətinin olmadığı müəyyən edilir. Bu hal eyni zamanda iddiaçı tərəfin nümayəndəsinin izahatı ilə təsdiq olunur.
29. İddia tələbinin əsası kimi qeyd edilən iddiaçının adına cavabdehə etibarnamə verilməsi və bu əsasla mirasdan imtinaya dair notariat ofisində İddiaçı adından imtina yazılması halı iş üzrə sübut edilməmişdir. Yalnız xx.xx.2022-ci il tarixli, 2V-183 nömrəli Göygöl rayon notariat ofisində açılmış vərəsəlik işi materialında İddiaçı etibarnamə üzrə nümayəndəsi kimi Cavabdeh3 xx.xx.2022-ci il tarixdə notarial təsdiqli ərizəsi olmuşdur. Məhkəmə vərəsəlik işinin və mirasın qəbuluna dair şəhadətnamənin məhz bu ərizəyə əsaslanmadığı, İddiaçı susmuş vərəsə kimi qiymətləndirildiyi, miras kütləni faktiki qəbul edən Cavabdeh3 mirası qəbul etməsini nəzərə alaraq ərizəyə hüquqi qiymət verərkən qeyd edir ki, ərizə hazırki halda vərəsəlik işinin açılması, mirasın vərəsəyə ötürülməsi və s. hallar üzrə həlledici əhəmiyyət daşımır.
30. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir.
31. “G.Qəhrəmanovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. 32.Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. 33.«Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktik sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu.
34. İddiaçı anası Xəzangül Hacıyeva və atası Firdus Hacıyev öldükləri vaxt və həmin vaxtdan sonra da onlardan qalan miras kütlənin faktiki idarəçisi olmamış, iddiada etiraf edildiyi kimi Rusiya Federasiyasında yaşayır və Azərbaycan Respublikasına ara-sıra gəlir. Bununla birgə miras əmlakın qəbuluna dair mirasın açıldığı vaxtdan keçən müddət ərzində notariat ofisinə mirasın qəbuluna dair müraciət etməmişdir.
35. Belə olan halda, miras qoyanlar Xəzangül Hacıyeva və Firdus Hacıyevin mirasını faktiki qəbul etmiş vərəsə qızları Cavabdeh3 sayıldığı üçün qanuna əsasən onun əmlakı olmuş, bu əsasla da mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışlar verilmişdir.
36. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. 37.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, 2 saylı X43 Xidmət mərkəzinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Leyla Hüseynzadə