Məhkəmə qərarları › İş №2(066)-1458/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1458/2023

13.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1458/2023 13.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Xanlar rayon Aqrar İslahat Komissiyasının 08 oktyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə Xanlar (indiki Göygöl) rayon Qızılqaya qəsəbəsi ərazisindən ona verilmiş 0,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-159, KOD 50807005 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında yazılmış X10 “Ərizəçi” kimi oxunmaqla həmin Dövlət aktının ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 10 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə ərizəçiyə və onun ailəsinə 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və həmin torpağa aid JN-159 KOD- 50807005 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilib. Həmin Dövlət aktında səhv olaraq Ərizəçi "X7" kimi qeyd olunub. Hazırda JN-159, KOD-50807005 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında yanlışlıq olduğu üçün onlar hüquqlarını həyata keçirə bilmirlər. Ərizəçi mülkiyyətində olan torpağa çıxarış ala bilmir. Məsələ ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciə etmiş, sənədi verən komissiya ləğv olunduğu üçün onların həmin sənəddə düzəliş etmək səlahiyyətlərinin olmadığını, ona görə də qeyd olunan faktın təsdiq olunması üçün məhkəməyə müraciət etməsi ona məsləhət görülmüşdür. Yalnız məhkəmə qərarından sonra belə bir düzəliş etmək səlahiyyətlərinin olmasını qeyd etmişlər. Ərizəçi hazırda qeyd olunan yanlışlığı başqa vasitə ilə aradan qaldıra bilmir, ona göra də məcbur olub bu faktı təstiq etdirmək üçün məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi tərəfindən məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmişdir. Həmin ərizədə o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xanlar (indiki Göygöl rayon Qızılca kəndi ərazisində 16 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə bizim ailəmizə verilmiş 1.22 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsi dair JN-159. KOD- 50807005 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında yazılmış X11 "X2 oxunmaqla həmin Dövlət aktının mənə məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etməsini, sonradan ona ərizənin xahiş edirəm hissəsində texniki səhvlər olmasının məlum olmasını, odur ki, ərizəyə Xanlar (indiki Göygöl) rayon Qızılca kəndi ərazisində 16 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə ailələrinə verilmiş 1.22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-159 KOD-50807005 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında Huseynzadə Sən”ani Razim oğlu olan hissəsinin "X6 məxsus olması faktının müəyyən olunması hissəsində baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Qeyd olunanlara görə məhkəmə Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizəsini məqsədəuyğun hesab etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında ərizəni müdafiə etdiyini, torpağa dair sənəddə soyadında və adında texniki səhvlər olmasını bildirdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X14 izahatında Sənanənin qardaşı olmasını, qeyd olunan Dövlət aktında onun soyadının və adının səhv yazılmasını və həmçinin həmin sənəddə qızı əvəzinə oğlu kimi qeyd olunmasını öz ifadəsi ilə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 izahatında göstərdi ki, ərizəçinin xalasıdır. Dövlət aktında ərizəçinin soyadı və adı düzgün yazılmamışdır. Onun həmin adda bacısı oğlu yoxdur. Məhkəmə ərizəçinin nümayəndəsinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən 21 noyabr 2021-ci il tarixdə verilmiş AZ-T 189705 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1995-ci ildə anadan olmuş, atası X19, anası isə X3r. İşdə olan AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1995-ci ildə anadan olmuşdur. İş materiallarında olan Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Qızılca kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 24 iyul 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, həqiqətən Göygöl rayonu Qızılca kəndində yerləşən keçmiş DTXK tərəfindən verilmiş JN-159 KOD 50807005 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında texniki səhv olaraq X10 və X5 yazılmışdır. Düzgün yazılış Ərizəçi və X1. İş materiallarında olan JN-159 saylı, KOD 50807005 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı» nın surətindən görünür ki, keçmiş Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 16 saylı qərarı ilə 1.22 ha torpaq sahəsi Xanlar (indiki Göygöl) rayonu Qızılca kənd sakini Hüseynzadə Sən”ani Razim oğlunun və digərlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 21 avqust 2023-cü il tarixli X9 ünvanlanmış məktubundan görünür ki, dövlət aktında olan uyğunsuzluğun aradan qaldırılmasına görə müraciət edilmiş, lakin uyğunsuzluğun aradan qaldırılmasına görə məhkəmə qətnaməsi tərəflərindən təqdim edilməmişdir. Aparılan araşdırma zamanı faktiki torpaq sahəsində başqa şəxslərə məxsus tikililərin mövcud olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Göründüyü kimi Göygöl rayonunun Qızılca kəndində yerləşən 1,22 ha torpaq sahəsi ərizəçi Hüseynzadə (Hüseyinzadə) Sən”ani (Sənanə) Razim oğlunun (qızının) və digərlərinin xüsusi mülkiyyətidir və bu JN-159 saylı, KOD 50807005 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı» ilə rəsmiləşdirilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, JN-159 saylı, KOD 50807005 nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət aktında» texniki səhv olaraq Ərizəçi əvəzinə səhvən Hüseynzadə Sən”ani Razim oğlu» kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə məhkəmə ərizəçinin gətirdiyi dəlilləri həqiqətə uyğun hesab edərək, tələb üzrə hüquqi faktın müəyyən edilərək ərizəçinin hüququnun bərpa edilməsi baxımından ərizənin təmin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ərizəçiyə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307.2.11 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. JN-159 saylı, KOD 50807005 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında «Hüseynzadə Sən”ani Razim oğlu» olan hissəsinin «Ərizəçi» məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar