Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1458/2024 23.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qurbanov Sənan Vüsal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, ərizəçilər Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-191 nömrəli (KOD:********) şəhadətnamənin ona məxsus olma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, Xanlar rayonu Aqrara İslahar Komissiyasının 21 iyun 2002-ci il tarixli 04 saylı qərarı ilə onun mülkiyyətinə Xanlar rayonu (indiki Göygöl rayonu) Qızlqaya kəndinin ərazisində 0,06 hektar həyətyanı torpaq sahəsi verilmiişdir. Bu barədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-191 nömrəli (KOD:********) şəhadətnamə də tərtib edilmişdir. Ancaq “Torpağın mülkiyyətə verilməsinə dair” JN-191 nömrəli (KOD:********) şəhadətnamə isə onun soyadı səhv olaraq “Sadıqov” əvəzinə “İmanov” qeyd edilmişdir. O, həmin səhvi aradan qaldırılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 03 saylı Gəncə Ərazi İdarəsininə müraciət etmiş olsa da qeyd edilən yanlışlığın aradan qaldırılmasından imtina edilmişdir. Ona görə də qeyd edilən ərizə ilə məhkəməyə müraciət etmişlər. Göstərilənləri nəzərə alaraq məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 03 saylı Gəncə Ərazi İdarəsininə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçnin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, Ərizəçi 23 avqust 1964-cü il tarixdə Xanlar rayonu (indiki Göygöl rayonu) Nizami sovxozunda anadan olmaqla, Göygöl rayonu Qızılqaya kəndində yaşayır. Mülki işə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-191 nömrəli (KOD:********) şəhadətnamədən məlum olur ki, Xanlar rayonu Aqrara İslahar Komissiyasının 21 iyun 2002-ci il tarixli 04 saylı qərarı ilə X1 mülkiyyətinə Xanlar rayonu (indiki Göygöl rayonu) Qızlqaya kəndinin ərazisində 0,06 hektar həyətyanı torpaq sahəsi verilmiişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 03 saylı Gəncə Ərazi İdarəsinin 25 oktyabr 2024-cü il tarixli bildirişdən məlum olur ki, Xanlar rayonu Aqrara İslahar Komissiyasının 21 iyun 2002-ci il tarixli 04 saylı qərarı ilə Xanlar rayonu (indiki Göygöl rayonu) Qızlqaya kəndinin ərazisində 0,06 hektar həyətyanı torpaq sahəsinin X1 mülkiyyətinə verilməsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN-191 nömrəli (KOD:********) şəhadətnamədə Ərizəçi soyadında uyğunsuzluq olmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən oldu ki, Xanlar rayonu Aqrara İslahar Komissiyasının 21 iyun 2002-ci il tarixli 04 saylı qərarı ilə Ərizəçi mülkiyyətinə Xanlar rayonu (indiki Göygöl rayonu) Qızlqaya kəndinin ərazisində 0,06 hektar həyətyanı torpaq sahəsi verilmiişdir. Bu barədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-191 nömrəli (KOD:********) şəhadətnamə də tərtib edilmişdir. Ancaq “Torpağın mülkiyyətə verilməsinə dair” JN-191 nömrəli (KOD:********) şəhadətnamə isə onun soyadı səhv olaraq “Sadıqov” əvəzinə “İmanov” qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müyəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Xanlar rayonu Aqrara İslahar Komissiyasının 21 iyun 2002-ci il tarixli 04 saylı qərarı ilə Xanlar rayonu (indiki Göygöl rayonu) Qızlqaya kəndinin ərazisində 0,06 hektar həyətyanı torpaq sahəsinin X1 mülkiyyətinə verilməsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN-191 nömrəli (KOD:********) şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(066)-1458/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1458/2024
23.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver