Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1460/2023 13.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Ərizəçi2 iştirakı ilə. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, LN- 001F saylı KOD 50806028 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli 14 saylı qərarı ilə verilmiş 0.14 ha torpaq sahəsinin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 mülkiyyətinə verilməsi qərara alınmışdır. Lakin qeyd edilən şəhadətnamədə hər birinin rekvizitləri yazılarkən yanlışlıqlara yol verilmişdir. Belə ki, Ərizəçi1 əvəzinə Ərizəçi1 Zeynaladdin oğlu, Ərizəçi2 əvəzinə X1 Saidə Cəfər qızı əvəzinə X7 göstərilmişdir. Odur ki LN-001F saylı KOD 50806028 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli 14 saylı qərarı ilə verilmiş 0.14 ha torpaq sahəsinin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin nümayəndəsinin məhkəmə baxışı iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında işitrak edən Ərizəçi2 ərizədə yazılanları təsdiq edərək hüquqverici sənəddə olan səhvlik ona maneə yaratdığından ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində işitrak etmiş X5 izahatında ərizəçilər ilə qonşu qohum olduğunu, qeyd olunan aktda səhv yazıldığını, əslində isə onların soyadı, adı, ata adı Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 olduğunu bildirdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində işitrak etmiş X6 izahatında ərizəçilər ilə qonşu olduğunu, qeyd olunan aktda səhv yazıldığını, əslində isə onların soyadı, adı, ata adı Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 olduğunu bildirdi. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-001F KOD 50806028 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 əvəzinə Ərizəçi1 Zeynaladdin oğlu, Ərizəçi2 əvəsinə X2 Saidə Cəfər qızı əvəzinə X3 qeyd olunub. İş materyallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki Ərizəçi1 Zeynalbdın oğlu xx.xx.1949-cu ildə Gəncə şəhərində anadan olmuş ,Göygöl rayonu Üçtəpə kəndində qeydiyatdadır və soyadı Məmmədov, adı Cəfər , ata adı Zeybalabdın oğlu kimi qeyd olunub. İş materyallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki Ərizəçi3 xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş , Gəncə şəhəri Nizami rayonu Cavadxan küçəsi ev 53, mənzil 17-də qeydiyatdadı və soyadı İsmayılzadə , adı Saidə , ata adı Cəfər qızı kimi qeyd olunub. İş materyallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki X14 xx.xx.1985ci ildə anadan olmuş ,soyadı Məmmədov , adı Elfaq, ata adı Cəfər oğlu kimi qeyd olunub. İş materyallarında olan Göygöl rayonu Üçtəpə kəndi İƏD-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, JN-001F KOD 50806028 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə səhvən X3 qeyd olunub əslində isə Ərizəçi3dır. İş materyallarında olan Göygöl rayonu Üçtəpə kəndi İƏD-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, JN-001F KOD 50806028 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə səhvən X4 qeyd olunub, əslində isə Ərizəçi2dur. İş materyallarında olan Göygöl rayonu Üçtəpə kəndi İƏD-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, JN-001F KOD 50806028 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə səhvən Ərizəçi1 Zeynaladdin oğlu kimi qeyd olunub, əslində isə Ərizəçi1 Zeynalabdin oğludur. Azərbaycan Respublikasının Konstitutsiyasının 26-cı maddəsinin İ bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Keçmiş Xanlar rayonu Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli, 14 saylı qərarı ilə 0.14 hektar torpaq sahəsinin Ərizəçi1b, Ərizəçi2, Ərizəçi3 mülkiyyətinə verilməsinə dair “ Torpağın mülkiyyətə verilməsinə” JN-001F saylı KOD 50806028 şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində pul ərizəçiyə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. JN-001F saylı, KOD 50806028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə « Ərizəçi1 Zeynaladdin oğlu» olan hissəsinin « Ərizəçi1», « X11» olan hissəsinin « Ərizəçi2», « X7» olan hissəsinin « Ərizəçi3 », məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-50-65 İş № 2(066)-1460/2023 13 noyabr 2023-cü il Ərizəçi1 Göygöl rayonu Üçtəpə kəndinə Ərizəçi2 Göygöl rayonu Üçtəpə kəndinə Ərizəçi3 Gəncə şəh.,Nizami ra., Cavadxan küç., ev 53, mən., 17 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə Gəncə şəhəri, F.Əliyev küçəsi 03 Göygöl Rayon Məhkəməsinin 2(066)-1460/2023 nömrəli, 13 noyabr 2023-ci il tarixli qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma : qətnamənin surəti " 03 " vərəq. Göygöl Rayon Məhkəməsinin hakimi: Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-1460/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1460/2023
13.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver