Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1495/2023 05.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 19 yanvar 1965-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda doğulmuş Şəmilova (ailə quranadək Rüstəmova) Təranə Bayram qızının doğum haqqında şəhadətnamədə ana qırafasında X5 göstərilmiş X1 olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir . Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Göygöl rayonu Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin nümayəndəsinin məhkəmə baxışı iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında işitrak edən ərizəçinin nümayəndəsi X9 izahatında ərizəni müdafiə edərək bildirdi ki Göygöl (keçmiş Xanlar) rayonu Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarına əsasən X1na, X2 və atası X14 fərdi yaşayış evinin tikintisi üçün 0.98 ha torpaq sahəsi verilmişdir.Torpağın paylı mülkiyyətə verilməsinə dair **********36 reystr nömrəli çıxarışda anasının adı“X17 “ qızı olduğu halda adı səhvən “Sona” kimi yazılmışdır.X1 17 iyul 1941-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olub 6 uşaq anasıdır. X20 ilə faktiki nikahlarından 19 yanvar 1965-ci il tarixdə Şəmilova (ailə quranadək Rüstəmova) Təranə Bayram qızı doğulub. Ərizəçi doğum haqqında şəhadətnaməsində ana adı səhvən Sona kimi göstərilmişdir . Ana adı səhvən Sona kimi göstərildiyindən atasından miras qalmış əmlakı qəbul etməsinə baxmayaraq vərəsəliyi rəsimləşdirə bilmir. Odur ki iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında xx.xx.2023-cü il tarixdə şahid qismində işitrak etmiş X18 və X10 izahatlarında ərizəçi ilə qohum olduqlarını və adı Sona yox Sənibər olduğunu bidirdilər. Məhkəmə ərizəçinin nümayəndəsinin və şahidlərin izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyesterindən Çıxarışdan görünür ki Hüququ rəsmiləşdirilən şəxs X4r, torpaq sahəsi Göygöl rayonu Zurnabad kəndində yerləşir, X5 qeyd olunub. İş materyallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki X8 xx.xx.1941-ci ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş, Göygöl rayonu Zurnabad kəndində qeydiyatdadır, soyadı Rüstəmova, adı Sənibər , ata adı Bahadur qızı kimi qeyd olunub. İş materyallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki Ərizəçi xx.xx.1965-ci ildə Ermənistan Respublikası Basarkeçər rayonunda anadan olmuş Göygöl rayonu Zurnabad kəndində qeydiyatdadı və soyadı Şəmilova , adı Təranə , ata adı Bayram qızı kimi qeyd olunub. İş materyallarında olan 377929 nömrəli doğum haqqında şəadətnamənin surətindən görünür ki Ərizəçi xx.xx.1965-ci ildə Ermənistan Respublikası Basarkeçər rayonunda anadan olmuş və ana adı X5 qeyd olunub. İş materyallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixində Göygöl rayonu Zurnabad kən inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş Arayışdan görünür ki Şəmilova X15 rayonu Zurnabad kənd İƏD-si üzrə nümayəndəliyinin 03 saylı təssərrüfatbaşına kitabın 01 səhvəsinə əsasən qeydiyyatdadır, lakin yaşamır, Təsəsrüfatbaşına 03 saylı kitabın 01 səhvəsində qeydiyyatda olan və yaşayan X7ər. Azərbaycan Respublikasının Konstitutsiyasının 26-cı maddəsinin İ bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 19 yanvar 1965-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda doğulmuş Şəmilova (ailə quranadək Rüstəmova) Təranə Bayram qızının doğum haqqında şəhadətnamədə ana qırafasında X5 göstərilmiş qırafada X1 olması faktı müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində pul ərizəçiyə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 19 yanvar 1965-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda doğulmuş Şəmilova (ailə quranadək Rüstəmova) Təranə Bayram qızının doğum haqqında şəhadətnamədə ana qırafasında X5 göstərilmiş qırafada, X1 olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Qalamdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-1495/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1495/2023
05.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver