Məhkəmə qərarları › İş №2(066)-1632/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1632/2025

11.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1632/2025 11.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X8 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dаir xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:

1. Ərizəçi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək mövcud torpaq sahəsini Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və müvafiq çıxarış verilməsini xahiş etmişlər, lakin Göygöl rayonu, Pənahlılar kəndində yerləşən 0,05 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-109, KOD 50811028 saylı "Torpağa mülkiyyət hüququna dair" şəhadətnamə, Göygöl rayonu, Pənahlılar kəndində yerləşən 0,19 ha sahədən ibarət yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə dair JN-232A, KOD 50811028 saylı "Torpağa mülkiyyət hüququna dair" şəhadətnamə və Göygöl rayonu, Çaylı kəndində yerləşən 0,35 ha sahədən ibarət yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə dair JN- 001A KOD 50811028 saylı "Torpağa mülkiyyət hüququna dair" şəhadətnamədə mərhum atası X9 adında uyğunsuzluq olması səbəbindən müvafiq orqan bundan imtina edib.

Məhkəmədə icraat:

2. Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair mülki iş üzrə məhkəməyə müraciət edərək Daşınaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi İdarəsinin arxiv məlumatlarında Göygöl rayonu, Pənahlılar kəndində yerləşən 0,05 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-109, KOD 50811028 saylı "Torpağa mülkiyyət hüququna dair" şəhadətnamənin, Göygöl rayonu, Pənahlılar kəndində yerləşən 0,19 ha sahədən ibarət yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə dair JN-232A, KOD 50811028 saylı "Torpağa mülkiyyət hüququna dair" şəhadətnamənin və Göygöl rayonu, Çaylı kəndində yerləşən 0,35 ha sahədən ibarət yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə dair JN-001A KOD 50811028 saylı "Torpağa mülkiyyət hüququna dair" şəhadətnamənin rəhmətlik atası X12 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası X5 Göygöl rayonu Pənahlılar və Çaylı kəndində torpaq sahələri miras qalmışdır. Vərəsəlik işlərinin apaılması üçün Notariat ofisinə müraciət ediblər. Notarius da öz növbəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edib və məlum olub ki, hər üç torpaq sahəsinin sənədlərində atasının soyadı yanlış olaraq Quliyev kimi, ata adı isə yanlış olaraq Firuddin kimi qeyd edilib. Halbuki, bu sənədlər həqiqətən də atasına məxsusdur. Bununla əlaqədar olaraq bu dəfə özü Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edib ki, bu faktı təsdiq etsinlər. Lakin onlar ona imtina məktubu veriblər. Odur ki, bu faktın məhkəmədən başqa yolla təsdiq edilməsi mümkün olmayıb. Atasından qalan mirası faktiki olaraq o, qəbul etmişdir. Bu barədə digər vərəsələrlə aralarında narazılıq yoxdur. Sadəcə olaraq sənədlərdəki hərf səhvlərinə görə vərəsəlik əməliyyatını həyata keçirmək mümkün olmur. Bu barədə sübutları ərizəsinə əlavə edir. Həmçinin zərurət olarsa şahidlərin də dindirilməsini xahiş edir.

4. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Bildirdi ki, atasının soyadı Quluyevdir. Hər üç sənəddə də səhvlik olub.

Tətbiq edilən hüquq: 5.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

Məhkəmənin mövqeyi və gəldiyi nəticə:

6. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

7. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, müraciətlərinə mərhum X9 vərəsəsi olmaqları barədə müvafiq sənədin əlavə edilmədiyi müəyyən olunmuşdur. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. 8.Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanladığı ərizəsində bildirilir ki, mərhum atası X6 Göygöl rayonu Pənahlılar və Çavlı kəndində torpaq sahələri miras qalmışdır. Vərəsəlik işlərinin apaılması üçün Notariat ofisinə müraciət ediblər. Notarius da öz növbəsində Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edib və məlum olub ki, hər üç torpaq sahəsinin sənədlərində atasının soyadı yanlış olaraq Quliyev kimi, ata adı isə yanlış olaraq Firuddin kimi qeyd edilib. Halbuki, bu sənədlər həqiqətən də atasına məxsusdur.Sübut kimi 1.Şəxsiyyət vəsiqəsi, 2. Ölüm şəhadətnaməsi, 3. Doğum haqqında şəhadətnamə, 4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin məktubları, 5. Notariusun məktubunu təqdim edib. Odur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin arxivində olan Göygöl rayonu, Pənahlılar kəndində yerləşən 0,05 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İV109, KOD 50811028 saylı "Torpağa mülkiyyət hüququna dair" şəhadətnamənin, Göygöl rayonu, Pənahlılar kəndində yerləşən 0,19 ha sahədən ibarət yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə dair JN-232A, KOD 50811028 saylı "Torpağa mülkiyyət hüququna dair" şəhadətnamənin və Göygöl rayonu, Çaylı kəndində yerləşən 0,35 ha sahədən ibarət yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə dair JN-001 A, KOD 50811028 saylı "Torpağa mülkiyyət hüququna dair" şəhadətnamənin rəhmətlik atası X12 məxsus olmasının təsdiq edilməsini xahiş etmişdir. 9.Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə ünvanlanmış daşınmaz əmlakın olubolmamasına dair arayışın verilməsi barədə məktubda bildirilir ki, 01 oktyabr 1968-ci il təvəllüdlü X13 adına Azərbaycan Respublikası üzrə daşınmaz əmlakın olub-olmamasına dair arayışın verilməsi barədə məktublarına “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Məktublarına cavab olaraq bildirilir ki, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən Göygöl rayonu, Pənahlar kəndində yerləşən 0.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-109, KOD 50811028 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət aktı X7 adına işlənilmişdir. Vətəndaşın ata adı dövlət aktında Firuddin kimi qeyd edilmişdir. Ləğv edilmiş Dəvlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən Göygöl rayonu, Pənahlar kəndində yerləşən 0.19 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə dair JN-232A, KOD-50811028 saylı "Torpağa mülkiyyət nüququna dair” X1 adına işlənilmişdir. Vətəndaşın ata adı şəhadətnamədə Firuddin kimi qeyd edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən Göygöl rayonu, Çaylı kəndində yerləşən 0.35 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə dair JN-001A, KOD-50811018 saylı "Torpağa mülkiyyət hüququna dair" X1 adına işlənilmişdir. Vətəndaşın ata adı şəhadətnamədə Firuddin kimi qeyd edilmişdir.

10. 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış məktubda bildirilir ki, sizin xx.xx.2025-ci il tarixli ərizənizə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən "Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır." Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən “Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır". Mülki Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən “Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdikləri şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir". Yuxarıda şərh olunanları nəzərə alaraq, təqdim etdikləri sənədlərdən müəyyən olunub ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, mirasın qəbul müddətini keçirmişdirlər. Ona görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə uyğun olaraq mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunur. 11.JN-001A, KOD 50811018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan torpaq sahəsi X10 məxsusdur. 12.JN-232A, KOD-50811028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan torpaq sahəsi X10 məxsusdur. 13.Torpağa mülkiyyət hüququna dair JN-109, KOD 50811028 saylı dövlət aktında qeyd olunan torpaq sahəsi X10 məxsusdur. 14.İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, X15 01 oktyabr 1968-ci il tarixdə Göygöl rayonu Pənahlılar kəndində doğulmuşdur. X2, anası Quluyeva Qəfli M.Qulu qızıdır. 15.AZ-İİ 535481 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2015-ci il tarixdə ölmüşdür. 16.AZ-İ 023842 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 2000-ci il tarixdə doğulmuşdur. X3, anası X4r.

17. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında arayışın surətindən görünür ki, X9 adı ərizədə qeyd edildiyi kimidir.

18. Odur ki, ərizə əsas hesab edilir.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307, 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizəçi ərizəsi təmin edilsin. Göygöl rayonu, Pənahlılar kəndində yerləşən 0,05 ha sahədən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-109, KOD 50811028 saylı "Torpağa mülkiyyət hüququna dair" şəhadətnamənin, Göygöl rayonu, Pənahlılar kəndində yerləşən 0,19 ha sahədən ibarət yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə dair JN-232A, KOD 50811028 saylı "Torpağa mülkiyyət hüququna dair" şəhadətnamənin və Göygöl rayonu, Çaylı kəndində yerləşən 0,35 ha sahədən ibarət yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə dair JN-001A KOD 50811028 saylı "Torpağa mülkiyyət hüququna dair" şəhadətnamənin xx.xx.1968-ci il təvəllüdlü (Göygöl rayon qeydiyyat şöbəsi, 70 №-li doğum akt qeydi) X12 məxsus olması faktı təsdiq olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar