Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-175/2025 21.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Göygöl rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı ildə anadan olmuş oğlu X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X7 onun oğludur. O, xx.xx.2006-cı ildə anadan olmuşdur, oğlu Elşən doğulan vaxtdan psixi cəhətdən xəstə olmuşdur və hazırda həmin xəstəlikdən əzziyyət çəkir. Oğlu Elşən psixi xəstə olduğu üçün özünü idarə edə bilmir. Həmçinin qeyd etmiş ki, Elşəni uşaq vaxtından müalicə etdirsələr də nəticəsi olmamışdır və hazırda da o, Gəncə şəhər Rayonlararası Ruhi-Əsəb Dispanserində və Gəncə şəhər Psixiatriya xəstəsanasında qeydiyyatdadır. Qeyd etmiş ki, Elşənin hazırda 18 yaşı var, o, özünü idarə edə bilmədiyi üçün hüquqlarını həyata keçirə bilmir, ona görə də onun fəaliyyət qabiliyyətinin olmaması məhkəmə qətnaməsi ilə təsdiq olunmalı və onun üzərində qəyyum təyin olunmalıdır. Məhkəmə iclası zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, X7 onun övladıdır, 18 yaşı var, uşaq anadan gəlmə xəstədir, doğulduğu vaxtdan bu yana danışa və gəzə bilmir, həmçinin uşağa birinci qrup əlillik verilib, həmin uşaq əlilliyinə görə təxmini 460 manat pensiya alır. Əlilliyə görə pensiyanı uşaq doğulduğu vaxtdan, yəni 2006-cı ildən bu yana alır. Bu vaxta kimi uşağı müalicə etdirməyə çalışsalar da bir faydası olmamış, bu səbəbdən həmin uşağın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsini, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etdi. Maraqlı şəxs Göygöl Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2006-cı ildə anadan olmuşdur. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci ildə Xanlar rayonu Üçtəpə kəndində anadan olmuşdur. X2 xx.xx.2024-cü il tarixli, ********** nömrəli protokolundn görünür ki, “Beyin MRT” müayinəsi nəticəsində xx.xx.2006-cı il təvəllüdlü Elşən bayramovda Korpus kallosumda incəlməsi, hər iki periatrial nahiyədə və periventrikulyar nahiyəsində, hər iki semioval mərkəzdə və subkortikal ağ maddədə T2/Flair hiperintens, siqnal artımlı sahələr aşkarlanır. PVL ocaqlarına daha uyğundur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 110/24 nömrəli Həkim Psixiatr rəyindən görünür ki, müayinə nəticəsində xx.xx.2006-cı il təvəllüdlü X5 F72.3-Ağır dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, İQ23G80.0-Uşaq serbral iflici, Spastik tetraparez müəyyən edilmişdir. Göygöl Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 sentyabr 2013-cü il tarixli, AZ-İİİ seriyalı 108498 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 04 iyul 2006-cı ildə Gəncə şəhərində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 2013-cü il sentyabr ayının 19-u günündə 559 nömrəli qeyd aparılmışdır. (atası Ərizəçi, anası isə X1r) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2025-ci il tarixli, 64 nömrəli rəyindən görünür ki, xx.xx.2006-cı il tarixdə anadan olmuş X7 ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri və davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir. X7 öz hərəkətlərinin mənasını başa düşmək və ya özünü idarə etmək və öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. X7 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanlarının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 317.3-cü maddəsinə görə, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşadığı yer üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.1-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.2006-cı il tarixdə anadan olmuş X7 ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri və davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir. X7 öz hərəkətlərinin mənasını başa düşmək və ya özünü idarə etmək və öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizası tərəfindən verilmiş rəylə də müəyyən olunmuşdur ki, o, hal-hazırda öz hərəkətlərinin mənasını başa düşüb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Buna görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə də, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 317-322, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində doğulmuş X7 (Fin: 74H09CM) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-175/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-175/2025
21.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver