Məhkəmə qərarları › İş №2(066)-187/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-187/2024

22.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-187/2024 22.02.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Ərizəçi1, Ərizəçi2 və Maraqlı şəxs aparıcı məsləhətçisi X2 iştirakı ilə, Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi” nə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək “hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi” nə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilərin atası X5 ilə anası X8 (doğum haqqında şəhadətnaməyə əsasən) 28 dekabr 1958-ci il tarixdə Göygöl rayon (Xanlar rayonu) Qeydiyyat şöbəsində akt qeydləri kitabında 186 № ilə qeydə alınmış nikah bağlamışlar. Birgə nikah dövründə valideynlərinin 8 dekabr 1959-cu il təvəllüdlü X12, xx xxxxxx 1962-ci il təvəllüdlü X9, xx xxxxx 1964-cü il təvəllüdlü X10 və 10 may 1968-ci il təvəllüdlü X6 adlı 4 övladları olmuşdur. X1 20 yanvar 2004-cü il tarixdə, anaları X7 06 sentyabr 2009-cu il tarixdə, qardaşları X12 22 may 2020-ci il tarixdə və bacıları X6 isə 16 may 2020-ci il tarixdə vəfat etmişlər. Analarının ilkin sənədi olan doğum haqqında şəhadətnaməsində X3 qeyd olunmasına baxmayaraq, nikah haqqında şəhadətnaməsində analarının adı Elfira, (analarının ölüm haqqında şəhadətnaməsində Enfira), qardaşları Raufun doğum haqqında şəhadətnaməsinin ana qrafasında Zemfira, bacıları Rimmanın doğum haqqında şəhadətnaməsinin ana qrafasında Enfira, bacıları Anjelanın doğum haqqında şəhadətnaməsinin ana qrafasında Zifura kimi qeyd olunmuşdur. Yuxarıda qeyd olunan hüquqmüəyyənedici sənədlərin hamısı Maraqlı şəxs tərəfindən müxtəlif illərdə tərtib olunmuşdur. Analarının doğum haqqında şəhadətnaməsində X8 qeyd olunmasına baxmayaraq həm onun özünə məxsus sənədlərdə, həm də ərizəçilərin övladlarının sənədlərində müxtəlif adlar yazılmışdır ki, ərizəçilər bir sıra hüquqi əhəmiyyəti olan əməliyyatları həyata keçirə bilmirlər. Ona görə də onlar Maraqlı şəxsnə müraciət edərək akt qeydlərindəki səhvlərin düzəldilməsi və dəyişikliklər edilməsini xahiş etmişlər. Maraqlı şəxs rəisi vəzifəsini müvəqqəti icra edən cənab Elnur Namazovun 16 noyabr 2023-cü il tarixli, № 3-16-5/8-N-1-103/2023 və № 3-16-5/8-N-1-103/2023 saylı müraciətlərinə cavab məktubunda sənədlər arasında ziddiyyət yarandığından müraciətlərinin icrasından imtina edilərək, müvafiq düzəlişlərin edilməsi üçün məhkəməyə müraciət etmələri onlara tövsiyə edilmişdir. Ona görə də ərizəçilərin anaların adının Enfura olması faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Hesab edirlər ki, analarının doğum haqqında şəhadətnaməsində soyadının Namazova, adının Enfura, ata adının Dəmir olduğu nəzərə alınaraq, onlara təqdim olunmuş hüquqmüəyyənədici sənədlərdə qeydiyyatın düzgün olmaması ziddiyyəti aradan qaldırılmalıdır. Buna kifayət qədər əsaslar mövcuddur və bu işə aidiyyəti olan şəxslər arasında heç bir mübahisə yoxdur. Ona görə də onların analarının doğum haqqında şəhadətnaməsinin ana qrafasında yanlış yazılmış Elfira, Zenfira, Enfira və Zifura kimi qeyd olunmuş adların eyni şəxs Enfura olması faktı müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 və Ərizəçi2 izahatlarında ərizəni müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs aparıcı məsləhətçisi X4 izahatında ərizəçilərin əvvəl Qeydiyyat şöbəsinə müraciət etmələrini, Qeydiyyat şöbəsinin müraciətlərinə baxılmasından imtina etməsini, onların sənədlərində adlarının fərqli yazılmasını və həmin sənədlərin də düzəlməsinin İnzibati Məhkəməyə aid olmasını, odur ki, mülki iş İnzibati Məhkəmədə baxılmalı olduğundan ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin izahatını və çıxışını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Belə ki, hazırki işdən görünür ki, ərizəçilər faktiki olaraq “doğum və nikah haqqında şəhadətnamələrdə düzəliş edilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Bundan başqa, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Məhkəmə qeyd edir ki, ərizəçilər hazırki tələblə bağlı aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, imtina olunduğu təqdirdə isə inzibati məhkəməyə müraiciət etməlidirlər. Odur ki, ərizə inzibati icraat qaydasında baxılmalı olduğundan həmin ərizənin icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə mülki işin icraatına xitam verilir. Məhkəmə Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə əsasə tutaraq tərəflərə İnzibati İcraat qaydasında İnzbiati Məhkəməyə müraciət etməyi tövsiyə edir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Göygöl rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar