Məhkəmə qərarları › İş №2(066)-225/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-225/2024

18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-225/2024 18.03.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə qаrşı “kirayə müqaviləsinə xitam verilməsi və müqavilə əsasında icarə haqqının ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə qаrşı “kirayə müqaviləsinə xitam verilməsi və müqavilə əsasında icarə haqqının ödənilməsi” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, şəxsi mülkiyyət hüququnda özünə məxsus olan ünvan 1 ünvandakı mənzilinin Cavabdeh kirayəyə verməyinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə "Asan Xidmət" Mərkəzinin notoriat ofisində bağlanmış mənzil kirayə müqaviləsinə xitam verilməsinə və həmin müqavilə üzrə ödənilməmiş 998 manat kirayə haqqının və dövlət rüsumu kimi ödədiyi 30 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı dəqiqləşdirilməyə dair ərizə verərək, yalnız Cavabdeh müqavilə əsasında kirayə haqqının ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etdi. Ərizə Azərbaycan Republikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən qəbul edildi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə "Asan Xidmət" Mərkəzinin notoriat ofisində bağlanmış 28 yanvar 2022-ci il tarixli mənzil kirayə müqaviləsinə əsasən şəxsi mülkiyyət hüququnda iddiaçıya məxsus olan ünvan 2 ünvandakı 2 otaqlı mənzili cavabdehə kirayəyə verilmişdir. Əvvəllər cavabdeh kirayə pulunu vaxtlı-vaxtında ödəmişdir. Lakin xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya mənzilin kirayə haqqı kimi 280 manat kirayə haqqı və 38 manat kommunal xərclərə görə cəmi 318 manat borcu qalmışdır. Dəfələrlə iddiaçı müraciət etməyinə baxmayaraq cavabdeh həmin borcu müxtəlif bəhanələr gətirib ödəməmişdir. Sentyabr 2023-cü ildən hal-hazıra qədər isə cavabdehin hər ayda 170 manat hesabı ilə 680 manat borcu yaranmışdır. Beləliklə 2023-cü ilin dekabr ayının axırına kimi cavabdehin iddiaçıya 998 manat borcu yaranmışdır. Son vaxtlara kimi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kəlbəcər rayonunda dislokasiya olunmuş N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etdiyindən iddiaçı cavabdehin ona olan borclarının ödənilməsində tədbir görülməsi üçün həmin hərbi hissəyə müraciət etmişdir. İddiaçının müraciətinə həmin hərbi hissənin aidiyyəti səxslərindən biri 070 ***-**-** nömrəli telefonla X2 Bakı şəhəri, Qaradağ rayonu, Pirişkül qəsəbəsində yerləşən N №-li hərbi hissəyə köçürülməsini bildirmişdir. İddiaçı telefonla cavabdehə zəng edib ona olan mənzil kirayə haqqının borclarını ödəməsini bildirmişdir. Eyni zamanda onunla kirayə müqaviləsinin pozulmasını və evin açarının ona verilməsini xahiş etmişdir. Lakin cavabdeh mənzil kirayəsi üzrə dövlətdən hər ay kirayə pulu olaraq 300 manat məbləğində pul almasına baxmayaraq indiyədək mənzil kirayə müqaviləsi üzrə olan borclarını ödəməkdən və mənzilini boşaltmaqdan imtina etmişdir. Bu səbəbə görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, qeyd edilən mənzil ona məxsusdur. Cavabdeh 2023-cü ilin sentyabr ayından həmin ilin sonunadək olan kirayə haqqını ödəmir. Odur ki, iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. 28 yanvar 2022-ci il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, “kirayəyə verən” ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 43,4 kv/m, yaşayış sahəsi 29,6 kv/m, yardımçı sahəsi 13,8 kv/m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsini kirayəyə vermişdir. “Kirayə götürən” Cavabdeh “Kirayə verən” İddiaçı aylıq 300 manat kirayə haqqı ödəyir. Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 20980 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, N.Nərimanov bina 50, mənzil 29 İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə qаrşı “kirayə müqaviləsinə xitam verilməsi və müqavilə əsasında icarə haqqının ödənilməsi” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə "Asan Xidmət" Mərkəzinin notoriat ofisində bağlanmış 28 yanvar 2022-ci il tarixli mənzil kirayə müqaviləsinə əsasən şəxsi mülkiyyət hüququnda iddiaçıya məxsus olan ünvan 2 ünvandakı 2 otaqlı mənzili cavabdehə kirayəyə verilmişdir. Əvvəllər cavabdeh kirayə pulunu vaxtlı-vaxtında ödəmişdir. Lakin xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya mənzilin kirayə haqqı kimi 280 manat kirayə haqqı və 38 manat kommunal xərclərə görə cəmi 318 manat borcu qalmışdır. Dəfələrlə iddiaçı müraciət etməyinə baxmayaraq cavabdeh həmin borcu müxtəlif bəhanələr gətirib ödəməmişdir. Sentyabr 2023-cü ildən hal-hazıra qədər isə cavabdehin hər ayda 170 manat hesabı ilə 680 manat borcu yaranmışdır. Beləliklə 2023cü ilin dekabr ayının axırına kimi cavabdehin iddiaçıya 998 manat borcu yaranmışdır. Son vaxtlara kimi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kəlbəcər rayonunda dislokasiya olunmuş N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etdiyindən iddiaçı cavabdehin ona olan borclarının ödənilməsində tədbir görülməsi üçün həmin hərbi hissəyə müraciət etmişdir. İddiaçının müraciətinə həmin hərbi hissənin aidiyyəti səxslərindən biri 070 ***-**-** nömrəli telefonla X2 Bakı şəhəri, Qaradağ rayonu, Pirişkül qəsəbəsində yerləşən N №-li hərbi hissəyə köçürülməsini bildirmişdir. İddiaçı telefonla cavabdehə zəng edib ona olan mənzil kirayə haqqının borclarını ödəməsini bildirmişdir. Eyni zamanda onunla kirayə müqaviləsinin pozulmasını və evin açarının ona verilməsini xahiş etmişdir. Lakin cavabdeh mənzil kirayəsi üzrə dövlətdən hər ay kirayə pulu olaraq 300 manat məbləğində pul almasına baxmayaraq indiyədək mənzil kirayə müqaviləsi üzrə olan borclarını ödəməkdən və mənzilini boşaltmaqdan imtina etmişdir. Bu səbəbə görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 684.1-ci maddəsinə əsasən, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 684.2-ci maddəsinə əsasən, kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. 699.1-ci maddəsinə əsasən, kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur. 699.2-ci maddəsinə əsasən, kirayəlik əşya kirayəçiyə verilənədək ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə, əgər əldə edən kirayə müqaviləsindən irəli gələn öhdəliklərin icrasını öz üzərinə götürürsə, bu Məcəllənin 699.1-ci maddəsi müvafiq surətdə tətbiq edilir. 699.4-cü maddəsinə əsasən, kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə, əgər bunların həyata keçirilməsi nəticəsində kirayəçi müqaviləyə uyğun istifadədən məhrum olarsa, bu Məcəllənin 699.1-ci maddəsi müvafiq surətdə tətbiq edilir. Əgər üçüncü şəxslərin hüquqları və iddiaları müqaviləyə uyğun istifadəyə mane olursa, kirayəçi bu hüquqların və iddiaların həyata keçirilməsinin qadağan olunmasını tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya cəmi 680 (altı yüz səksən) manat kirayə haqqı borcu olması iş materialları ilə tam sübut olunur. Belə ki, 28 yanvar 2022-ci il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, “kirayəyə verən” ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 43,4 kv/m, yaşayış sahəsi 29,6 kv/m, yardımçı sahəsi 13,8 kv/m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsini kirayəyə vermişdir. “Kirayə götürən” Cavabdeh “Kirayə verən” İddiaçı aylıq 300 manat kirayə haqqı ödəyir. Göründüyü kimi, cavabdehin iddiaçıya 680 (altı yüz səksən) manat kirayə borcu olması iş materialları ilə tam olaraq öz təsdiqini tapmışdır. Qanunvericiliyin sübutetmə yükü ilə bağlı yuxarıda göstərilən mövqeyindən görünür ki, tələb edilən pulun iddiaçıya tam olaraq ödənilməsini sübut etmək vəzifəsi bir qayda olaraq cavabdehin üzərinə düşür. Hazırkı işdən isə görünür ki, cavabdehin borcunu qaytardığını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş. Belə olan halda məhkəmə hesab edir ki, borcun qaytarılması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh 680 manat kirayə haqqı alınaraq iddiaçıya verilməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 680 (altı yüz səksən) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov İş № 2(066)-225/2024 AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN QƏTNAMƏDƏNÇİXARİŞ Göygöl Rayon Məhkəməsi 18 mart 2024-cü il Göygöl şəhəri. Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə qаrşı “kirayə müqaviləsinə xitam verilməsi və müqavilə əsasında icarə haqqının ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 680 (altı yüz səksən) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar