Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-236/2025 02.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Qurbanov Sənan Vüsal oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə və Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə və Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması” faktının müəyyən edilməsi barədə ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, mərhum X9 və mərhum X3nın adına olan JN-003F nömrəli (kod ********) və JN-003G nömrəli (kod ********) Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrində səhvən qeyd edilmiş anasının soyadının “İsayeva” soyadı əvəzinə “Abdullayevə”, anasının ata adının isə “Əlqaya” əvəzinə “Əliqaya” kimi qeyd edilməklə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli 14 saylı qərarına əsasən X9 və X3na fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.14 hektar və 0.01 hektar torpaq sahələri verilmişdir. 0.14 hektar torpaq sahəsinə JN-003F nömrəli (kod ********), 0.01 hektar torpaq sahəsinə isə JN-003G nömrəli (kod ********) Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələr verilmişdir. Hər iki Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrdə anasının soyadı “Abdullayevə” olduğu halda texniki səhv olaraq “İsayeva” və anasının ata (babamın) adının “Əliqaya” olduğu halda texniki səhv olaraq “Əlqaya” kimi qeyd edilmişdir. Anasının soyadı həqiqətdə Abdullayevədir və atasının adı isə Əliqayadır. Bunu sənədlər də təsdiq edir və məhkəməyə çağıracağı şahidlər də təsdiq edə bilərlər. X3 25 fevral 2011 -ci il tarixdə, X9 isə 29 iyun 2012-ci il tarixdə vəfat etmişlər. Atasına və anasına məxsus olan JN-003F nömrəli (kod ********), JN-003G nömrəli (kod ********) Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrdə olan texniki səhvlərin aradan qaldırlması və çıxarış almaq üçün müraciət etsə də müraciətindən qanunsuz şəkildə imtina edilmişdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə izahatında ərizəni müdafiə edərək göstərdi ki, hüquqlarını müdafiə etdiyi şəxs Ərizəçi valideynlərinə ümumi paylı mülkiyyət formasında Göygöl Rayonu Üçtəpə kəndinin ərazisində 14 sot və 1 sot olmaqla ayrı-ayrılıqda fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə verilən şəhadətnamədə texniki səhv olaraq ərizəçinin anasının, yəni X5 adı “X23” kimi qeyd edilmişdir. Hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Belə ki, aidiyyatı orqanlara müraciət etmələrinə baxmayaraq həmin orqanlar texniki səhvin aradan qaldırılması üçün müvafiq tədbir görməmişlər, ona görə də məhkəmə müdafiəsi təminatı hüququndan istifadə edərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişlər. Göstərilən faktın təstiqi ilə bağlı da məhkəməyə 2 şahid gətirmişlər. Odur ki, ərizənin təmin olunaraq mərhum ərizəçinin X9 və mərhum X3nın adına olan JN-003F nömrəli (kod ********) və JN-003G nömrəli (kod ********) Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamələrdə səhvən qeyd edilmiş ərizəçinin anasının soyadının “İsayeva” soyadı əvəzinə “Abdullayevə”, həmçinin ərizəçinin anasının ata adının isə “ Əlqaya” əvəzinə “Əliqaya” kimi qeyd edilməklə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Göygöl rayonu Üçtəpə kəndində doğulmaqla orada yaşamışdır. Hazırda Göygöl rayonu Üçtəpə bələdiyyəsində işləyir. Ərizəçi bacısı X14 ilə sinif yoldaşı olmuşlar. Ərizəçinin valideynlərini və bacı-qardaşlarını tanıyır. Ərizəçi anası X11 olmuşdur. X11 təxminən 2011ci ildə rəhmətə getmişdir və o dəfində iştirak etmişdir. Onun atasının adı Əliqaya olmuşdur. Ərizəçi valideynlərini və qardaşlarını tanımışdır. Onun valideyinləri vəfat etmişdir. O hazırda hansı torpaqdan söhbət getməsini bilir. Hazırda vərəsələrdən Ərizəçi və bacısı Məmmədova Zərraf sağdır. Digər ailə üzvləri isə rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 2003-cü ildən Göygöl rayonu Üçtəpə kəndində yaşayır, Ərizəçi yaşadığı evdən iki küçə aralıda olmaqla Ərizəçiı qonşu kimi tanıyır. Ərizəçinin atasını və anasını tanıyır. Onun atası Bahadur anası isə Maysara olmuşdur. Ərizəçi anasının adını X11 olaraq bilmişdir. Həmin kənddə X23 adında şəxs tanımamışdır. Abdullayeva Maysara vəfat edəndə təxminən 67- 70 yaşı olmuşdur. Vəfat edəndən bəri həmin evdə müvəqqəti Abdullayeva Maysaranın nəvələri yaşadı, lakin hazırda həmin ev boşdur, evdə heç kəs yaşamır. Ərizəçi 50-55 yaşı olar, hazırda Üçtəpə kəndinin baş tərəfində yaşayır. Maraqlı şəxslər Maraqlı şəxs1nə və Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanların nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Göygöl rayonu Üçtəpə kəndi İƏD-si üzrə Nümayəndəliyi tərəfindən X12 verilmiş xx.xx.2024-cü il tarixli, 657 saylı arayışdan görünür ki, mərhum atası X6 rayonu Üçtəpə kəndində qeydiyyatda olmaqla ölən günədək həmin ünvanda yaşamış və xx.xx.2012-ci il tarixdə vəfat etmişdir, vəfat etdikdən sonra adları çəkilən ailə üzvləri qalmışdır. X15, X27 (xx.xx.2015-ci ildə vəfat etmişdir), X28 (xx.xx.2014-cü ildə vəfat etmişdir), X25 (xx.xx.2017-ci ildə vəfat etmişdir). Göygöl rayonu Üçtəpə kəndi İƏD-si üzrə Nümayəndəliyin xx.xx.2024-cü il tarixli, 867 nömrəli arayışından görünür ki, Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli, 14 saylı qərarı ilə JN – 003G nömrəli kod 50806028 nömrəli şəhadətnamədə X5 ata adı texniki səhv olaraq “X23” kimi yazılmışdır. Şəxsin adının düzgüz yazılış forması isə “X11” kimidir. Əlavə olaraq X5 Göygöl rayonu Üçtəpə kəndində qeydiyyatda olmaqla ölən günədək həmin ünvanda yaşadığı qeyd olunmuşdur. Xanlar rayonu Üçtəpə kənd Soveti tərəfindən verilmiş İ-ИЕ seriyalı 327373 saylı “evlənmək haqqında” şəhadətnamənin surətindən görünür ki, 1936-cı il doğumlu X22 və 1940-cı il doğumlu X2 rayonu Üçtəpə kəndində evlənmişlər, evləndikdən sonra ərə İsayev, arvada isə Abdullayev soyadı verilmişdir, bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 25 mart 1963-cü ildə 3 nömrəli qeyd aparılmışdır. АЗ seriyalı 418433 nömrəli “doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X16 xx xxx 1959-cu ildə Göygöl rayonu Üçtəpə kəndində anadan olmuşdur. X9 və anası X17 olaraq qeyd edilmişdir. АЗ seriyalı 411312 “doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.1962-ci ildə Göygöl rayonu Üçtəpə kəndində anadan olmuşdur. X9 və anası X11 olaraq qeyd edilmişdir. Göygöl rayonu Üçtəpə kəndi İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 015636 nömrəli “ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X22 29 iyun 2012-ci ildə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 12 nömrə ilə qeyd aparılmışdır. Həminin Gəncə şəhəri Nizami rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 990546 nömrəli “ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2011-ci il tarixdə Göygöl rayonunda vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2011-ci il mart ayının 7-də 135 nömrə ilə müvafiq qeyd aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayonu Notariat ofisinin Ərizəçi ünvanladığı 24 iyun 2024-cü il tarixli, 165 saylı məktubundan görünür ki, vərəsələr arasında miras əmlaka dair mübahisə olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İşdə olan JN – 003F nömrəli, (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamnin surətindən görünür ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli, 14 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 0.14 ha torpaq sahəsi X22 və X13 ümumi mülkiyyətinə verilmiş, bu barədə qeydiyyat kitabında 6298 nömrə ilə müvafiq qeyd aparılmışdır. Həmçinin JN – 003G nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamnin surətindən görünür ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli, 14 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 0.01 ha torpaq sahəsi X22 və X13 ümumi mülkiyyətinə verilmiş, bu barədə qeydiyyat kitabında 6298 nömrə ilə müvafiq qeyd aparılmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə ərizəçinin etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə ünvanlanmış məktubdan görünür ki, ərizəyə baxılmış, lakin X22 və X5 vərəsəsi olması barədə müvafiq sənəd əlavə edilmədiyi üçün ərizə icra olunmamışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli Göygöl Rayon Məhkəməsinə ünvanladığı məktubdan görünür ki, arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Göygöl (keçmiş Xanlar) rayon Üçtəpə kənd sakinləri X22 və X13 adına tərtib edilmiş «Torpağa mülkiyyətə verilməsinə dair” JN – 003F kod 50806028 nömrəli və JN – 003G kod 50806028 nömrəli Dövlət aktının ləğvinə dair məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsindən asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən Dövlət aktılərdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə ərizəçinin izahatını və işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli, 14 saylı qərarları ilə fərdi yaşayış evinin tikintisi üçün X22 və X13 ümumi birgə mülkiyyətinə 0.14 ha və 0.01 ha torpaq sahələri verilmiş və bununla bağlı müvaviq olaraq JN – 003F nömrəli, kod 50806028 nömrəli və JN – 003G kod 50806028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktları verilmişdir. Lakin “torpağın mülkiyyətə verilməsi haqqında” şəhadətnamələrdə mərhum X1 və ata adı səhv olaraq “X23” kimi qeyd edilmişdir. Ərizəçi maraqlı şəxs kimi qeyd etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsəlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli Göygöl Rayon Məhkəməsinə ünvanladığı məktubdan görünür ki, arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Göygöl (keçmiş Xanlar) rayon Üçtəpə kənd sakinləri X22 və X13 adına tərtib edilmiş «Torpağa mülkiyyətə verilməsinə dair” JN – 003F kod 50806028 nömrəli və JN – 003G kod 50806028 nömrəli Dövlət aktının ləğvinə dair məlumatın aşkarlanmadığı bildirilmişdir. Həmin sənədin X8 məxsus olması faktının müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Belə ki, sənədi vermiş AİK artıq fəaliyyətini dayandırdığından ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Birgə mülkiyyətçiləri olması nəzərə alınmaqla, JN-003F saylı, KOD 50806028 saylı və JN-003G saylı, KOD 50806028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-236/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-236/2025
02.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver