Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-26/2024 08.02.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və iddiaçı X7 Cavabdeh2 iştirakı ilə, İddiaçı X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin verilməsi, miras qalmış əmlakın ada rəsmiləşdirilməsi, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş 0.11 ha torpaq sahəsinin onların mülkiyyətlərində olmasınin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin verilməsi, miras qalmış əmlakın ada rəsmiləşdirilməsi, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş 0.11 ha torpaq sahəsinin onların mülkiyyətlərində olmasınin müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X8 qanun üzrə vərəsəsi tanınması, X2 miras qalmış Göygöl rayonunun Toğana kəndində yerləşən fərdi yaşayış evini miras əmlak kimi qəbul etməsinin müəyyən edilməsi və həmin evin mülkiyyətinə verilməsinə; Göygöl rayon Toğana kəndində yerləşən miras qalmış fərdi yaşayış evinin yerləşdiyi JN-125A saylı şəhadətnamə ilə müəyyən edilmiş 0,11 ha torpaq sahəsinin mülkiyyətlərində olmasının müəyyən edilməsi, həmin şəhadətnamənin ad soyad qrafasının 1-ci xanasında göstərilmiş X9 X11 olmasının (X9 X11 ilə eyni şəxs olmasının) müəyyən edilməsi; Qəbul edilmiş qətnamənin mras qalmış fərdi yaşayış evinin və JN-125A saylı şəhadətnamə ilə müəyyən edilmiş 0,11 ha torpaq sahəsinin onun və şəhadətnamədə göstərilmiş mülkiyyətçilərin hüquqlarının tanınması üçün əsas hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı X11 məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun yəni X7 mərhum həyat yoldaşı X8 qanun üzrə vərəsəsi tanınması, mərhum həyat yoldaşı X4 miras qalmış Göygöl rayonunun Toğana kəndində yerləşən fərdi yaşayış evini onun miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi və həmin evin miras əmlak kimi onun mülkiyyətinə verilməsi, Göygöl rayon Toğana kəndində yerləşən miras qalmış fərdi yaşayış evinin yerləşdiyi 0.11 ha torpaq sahəsinin Mülkiyyətə Verilməsinə dair JN-125A saylı şəhadətnamənin ad soyad qrafasının 1-ci xanasında göstərilmiş X9 X11 olması faktının müəyyən edilməsi barədə гятнамя чыхарылмасыны хащиш етмишдир. Azərbaycan Respublikasıнын Mülkü Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Qeyd olunanlara görə мящкямя iddiaçı X15 гызыnın iddianın dəqiqləşdirilməsi барядя яризясини мягсядяуйьун щесаб еtdi. İddiaçı X11 iddiasını onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X12 28 mart 2021ci il tarixdə vəfat etmişdir. Göygöl rayonunun Toğana kəndində mərhum həyat yoldaşı X8 adına olan fərdi yaşayış evində yaşayır. Həyat yoldaşının vəfatından sonra birinci növbəli vərəsəsi olaraq evdə yaşayıb miras əmlakı faktiki olaraq qəbul etməsinə baxmayaraq digər vərəsələr olan övladları Habil, Samir, Aqil və Kamil miras əmlakin adına rəsmiləşdirilməsinə maneə yaradırlar. Torpaq sahəsinə və yaşayış evinə çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə müraciət etmiş, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə onun ünvanına bildiriş göndərmiş və həmin bildirişdə onların ailə üzvülərinə məxsus olan JN-125A, KOD50810018 saylı şəhadətnamədə göstərilmiş 0,11 ha torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü bildirilmişdir. O, vərəsəlik hüququndan istifadə etməkdən məhrum olduğundan məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında iştirak edən iddiaçı X11 izahatında iddianı müdafiə edərək onun yəni X7 mərhum əri X8 qanun üzrə vərəsəsi tanınması, mərhum əri X4 miras qalmış Göygöl rayonunun Toğana kəndində yerləşən fərdi yaşayış evini onun miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi, həmin evin miras əmlak kimi onun mülkiyyətinə verilməsi və Göygöl rayon Toğana kəndində yerləşən miras qalmış fərdi yaşayış evinin yerləşdiyi Torpağın Mülkiyyətə Verilməsinə dair JN-125A saylı şəhadətnamənin ad soyad qrafasının 1-ci xanasında göstərilmiş X9 X11 olması faktının müəyyən edilməsi barədə гятнамя чыхарылмасыны хащиш еtdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul edərək gostərdi ki, mərhum atası X4 miras qalmış Göygöl rayonunun Toğana kəndində yerləşən fərdi yaşayış evini miras əmlak kimi anası X11 qəbul etmişdir və hal-hazirdada onun istifadəsindədir. Onun özü atasından miras qalmış əmlakdan pay istəmir.İddianın təmin olunmasına etirazı yoxdur. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylıƏrazi İdarəsinəvə Göygöl Rayon Notariat Ofisinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndələrinin iştirakını təmin etməmişlər, məhkəmə işə cavabdehin vəmaraqlışəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib və iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X5 nikahları xx.xx.1977-ci ildə 12 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Abbasov, arvada Abbasova soyadı verilmişdir. İş materiallarında olan Göygöl rayon Toğana kənd İcra Nümayəndəliyi tərəfindən 29 mart 2021-ci il tarixdə verilmiş AZ-İİ № 212183 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Qüdrət İsmayıl oğlu 28 mart 2021-ci ildə vəfat etmişdir. İş materiallarında olan Qeydiyyat vəsiqəsindən və fərdi yaşayış evinin texniki pasportundan görünür ki, keçmiş Xanlar (indiki Göygöl) rayon Toğana kəndində yerləşən 27.2 kvm-dən ibarət bir otaqlı yaşayış evi X8 adına qeydə alınmışdır. İş materiallarında olan JN-125A, KOD 50810018 saylı «Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədən görünür ki, keçmiş Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 saylı qərarı ilə 0.11 ha torpaq sahəsi Xanlar (indiki Göygöl) rayon Toğana kənd sakini X9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə ərazi idarəsinin X10 ünvanladığı xx.xx.2021-ci il tarixli bildirişdə Göygöl rayonunun Toğana kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı ərizəyə baxıldığı, aparılan araşdırma zamanı, torpaq sahəsinin Ərazi idarəsinin elektron baza məlumatlarına əsasən digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edildiyindən ərizənin icrasının mümkün olmadığı göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-i Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda X10 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün mərhum X8 adına miras qalmış Göygöl rayonunun Toğana kəndində yerləşən fərdi yaşayış evinə (qeydiyyat vəsiqəsi: 12/423) dair DƏDR-dən yüklülüyün olub olmaması barədə arayış (Forma-1) verilməsinə göstəriş verilməsi xahiş etmişdir. İş materiallarında olan Göygöl rayon İHB-nın Toğanalı kənd İnzibati Ərazi Dairası üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli 211 nömrəli məktubunda Torpağın Mülkiyyətə verilməsinə dair JN-125A KOD 50810018 saylı şəhadətnamədə X9 texniki səhv yazıldığı, düzgün yazılışının X11 (AZE 0*******) olması, X13 adlı şəxsin Toğanalı kəndində yaşamadığı göstərilmişdir. İş materiallarında olan Cavabdeh1 (xx.xx.2021-ci il tarixli, reyestrdə 8İ-20249 № ilə), Cavabdeh3 (xx.xx.2021-ci il tarixli reyestrdə 8İ-14906 № ilə), Cavabdeh2 (xx.xx.2021-ci il tarixli reyestrdə 8İ-14907 № ilə) və Cavabdeh4 notatial qaydada təsdiq olunmuş ərizələrində xx.xx.2021-ci il tarixdə ölmüş ataları X4 miras qalmış əmlakın onlara çatası hissəsini qəbul etmədiklərini göstərmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-12227/2023 nömrəli məktuba əlavə edilmiş,mütəxəssis rəyində - Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən olundu: - Qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə tərəflərin və mütəxəssis iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofotomaterialları üzərində dəqiqləşdirildiyi,
1. Göygöl rayon Toğanalı kəndində yerləşən JN-125A (kod-********) nömrəli Şəhadətnamə ilə müəyyən edilmiş 1100.0 kv.m torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş cizgi planda əks olunmuşdur. (Baxplan 1) 2.Torpaq islahatı əsasında tərtib olunmuş, ərazinin kompleks yerquruluşu layihəsinin elektron materiallarına əsasən, Göygöl rayon Toğanalı kəndində yerləşən JN- 125A (kod-********) nömrəli Şəhadətnamə ilə müəyyən edilmiş 1100.0 kv.m torpaq sahəsinin 141.0 kv.m hissəsi, Xanlar bələdiyyəsinin 10 aprel 2007-ci iltarixli 05 saylı qərarı ilə Cavabdeh2na ayrılmış 1200.0 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. Göygöl rayon Toğanalı kəndində yerləşən 488BB nömrəli Toğanalı Bələdiyyəsinin mülkiyyətində olan torpaq 1747.0 kv.m torpaq sahəsinin 1055.0 kv.mhissəsi, Xanlar bələdiyyəsinin 10 aprel 2007-ci iltarixli 05 saylı qərarı ilə Cavabdeh2 ayrılmış 1200.0 kv.m torpaq sahəsi ilə üstüstə düşür. Həmin torpaq sahələrinin yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş cizgi planda əks olunmuşdur. (Bax plan 2 və 3) 3.Göygöl rayon Toğanalı kəndində yerləşən JN-125A (kod-********) nömrəli Şəhadətnamə ilə müəyyən edilmiş 1100.0 kv.m torpaq sahəsinin, elektron baza materiallarına istinadən digər hüqui vəfiziki şəxslərin adına qeydə alınmış hüquqmüəyyənedici sənədlərdə göstərilən torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmadı. 4.Göygöl rayon Toğanalı kəndində yerləşən 488BB nömrəli Toğanalı Bələdiyyəsinin mülkiyyətində olan torpaq 1747.0 kv.m torpaq sahəsinin 1055.0 kv.m hissəsi, Xanlar bələdiyyəsinin 10 aprel 2007-ci iltarixli 05 saylı qərarı ilə Cavabdeh2 ayrılmış 1200.0 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. Həmin torpaq sahələrinin yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş cizgi planda əks olunmuşdur. (Baxplan 3) Göründüyü kimi Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarı ilə Xanlar (Göygöl) rayonu, Toğana kəndində yerləşən 0.11 ha torpaq sahəsi X9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətinə verilmişdir. Bu barədə JN-125A, KOD 50810018 saylı «Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, JN-125A, KOD 50810018 saylı «Torpağın Mülkiyyətə Verilməsinə dair X1 texniki səhv olaraq X3 qeyd olunmuşdur. İddiaçı X7 həyat yoldaşı X12 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Qeyd edilən şəxs vəfat etdiyi vaxtdan Göygöl rayonunun Toğana kəndində yerləşən fərdi yaşayış evi miras olaraq iddiaçı X11 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Hazırda iddiaçı mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etsə də, mirasın qəbul müddətini keçirdiyinə görə ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Odur ki, iddiaçı X11 mərhum həyat yoldaşı X4 miras qalmış Göygöl rayonunun Toğana kəndində yerləşən fərdi yaşayış evinə dair mirası qəbul etməsi faktının müəyyən edilməsinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Konstitutsiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüşşəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1134.1-ci maddəsinəəsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuşşəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədəərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninəçatası miras payını bərabər olaraq miras alırlar. Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edə bilər. Həmin Məcəllənin 307.2.9-cü maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktını və vərəsəliyin açılma yerini müəyyən edə bilər. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi: İddia təmin edilsin. X7 X8 qanun üzrə vərəsəsi tanınsın. X2 miras qalmış Göygöl rayonunun Toğana kəndində yerləşən fərdi yaşayış evini X7 miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilsin və həmin ev miras əmlak kimi X7 mülkiyyətinə verilsin. Göygöl rayon Toğana kəndində yerləşən miras qalmış fərdi yaşayış evinin yerləşdiyi 0,11 ha torpaq sahəsinin Mülkiyyətə Verilməsinə dair JN-125A saylı şəhadətnamənin ad, soyad qrafasının 1-ci xanasında göstərilmiş X9 X11 olması faktı müəyyən edilsin. Ərizə üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər.
Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.
Hakim QələmdarAbbasov