Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-281/2025 06.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh2, Göygöl Rayon Notariat ofisinə, Ləğv Prosesində olan Cavabdeh3 ASC-yə və üçüncü şəxs Azərbaycan Əmanətlərinin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dаir iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh2, Göygöl Rayon Notariat ofisinə, Ləğv Prosesində olan Cavabdeh3 ASC-yə və üçüncü şəxs Azərbaycan Əmanətlərinin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 X2 ilə Cavabdeh2 arasında Göygöl rayon notariat ofisində bağlanmış 10 yanvar 2007-ci il tarixli, 26A saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onları iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh2, Göygöl Rayon Notariat ofisinə, Ləğv Prosesində olan Cavabdeh3 ASC-yə və üçüncü şəxs Azərbaycan Əmanətlərinin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dаir iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-281/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-281/2025
06.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver